Kanadanın ÜDM II rübdə rekord həddə – 38,7 faiz aşağı düşüb

posted in: Xəbər | 0
birbank biznes

Kanadanın Statistika idarəsinin məlumatına görə, 2020-ci ilin II rübündə ölkə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə rekord həddə  – 11,5% azalıb. İnterfaks agentliyi yazır ki, aprel-iyun aylarında Kanadanın ÜDM illik ifadədə 38,7% azalıb. Ölkənin daxil olduğu resessiya isə koronavirus pandemiyası ilə əlaqədardır.

Əhalinin gəlirləri ikinci rübdə işsizliyin yüksəlməsi səbəbi ilə 13,1 faiz azalıb. İxrac 18,4%, idxal isə 22,6% aşağı düşüb. Əsas kapitala investisiya qoyuluşları göstəricinin uçota alınmasının başlanğıcından bəri maksimum 16,2% azalmışdır.

Qeyd edək ki, Avropa İttifaqı statistika idarəsinin məlumatına görə, II rübdə avrozonanın 19 ölkəsinin ümumi daxili məhsulu 12,1% azalıb. ÜDM-nin belə bir düşüşü, bu göstəricinin nəzərə alındığı 1995-ci ildən bəri ən əhəmiyyətli bir enişi hesab olunur.

Ən yüksək eniş özünü İspaniyada göstərib. Belə ki, orada ÜDM 18,5% azalıb, sonra 13,8 faizlə Fransa, 12,4 faizlə İtaliya gəlir. Əvvəlki rüblə müqayisədə itkilər baxımından son sırada 10,1 faizlə Almaniya durur.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email