Məsafədən işləyən işçiyə ödənilən əmək haqqı

posted in: Xəbər | 0

əmək haqqı, gəlir vergisinin hesablanması,Özəl sektorda fəaliyyət göstərən işəgötürən karantin dövründə məsafədən işləyən işçisinin əmək haqqını azalda bilərmi?

İqtisadçı ekspert Anar Bayramov bu suala cavab olaraq bildirib ki, “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 nömrəli qərarına əsasən karantin dövründə dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqı saxlanılır, fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilir.

Misal 1. Tutaq ki, Maliyyə sektorunda fəaliyyət göstərən işəgötürən işçinin məsafədən işləməsini təmin etsə də, ona bildirir ki, evdən işlədiyi üçün əmək haqqını tam yox, 80 faiz həcmində ödəyəcək.

Bu halda əmək haqqının qeyd olunan səbəbdən azaldılması qaydalara uyğun deyil və işçilərin əmək şəraitinin şərtlərinin pozulması kimi qiymətləndirilməlidir.

Misal 2. Tutaq ki, sığorta sektorunda fəaliyyət göstərən işəgötürən evdən işləyən işçilərin əmək haqqının 20 faiz azaldılmasına və əmək şəraitinin dəyişməsi ilə əlaqədar işçilərə xəbərdarlıq olunmasına qərar verib.

Əmək Məcəlləsinin 56-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, əmək şəraitinin şərtləri dəyişdirilməmişdən azı bir ay əvvəl işçi yazılı məlumatla və ya əmrlə (sərəncamla) xəbərdar edilməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilməlidir.

Göründüyü kimi, işçi evdən işləyən zaman əmək haqqının azaldılmasına razılıq verməklə işinə davam edə və ya əmək şəraitinin dəyişməsi nəticəsində əmək müqaviləsinə xitam verilməsi səbəbindən işdənçıxma müavinəti əldə edə bilər.

Eyni hal pandemiya ilə əlaqədar işçilərin əmək haqqının azadılmasına da tətbiq oluna bilər.

İşəgötürən işçilərini pandemiyanın təsirindən qorumaq üçün növbəli iş rejiminə və ya natamam iş vaxtına keçməyə qərar verdiyi halda işçiləri öncədən məlumatlandırmaqla onların razılığını almalıdır.

Mənbə: vergiler.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ vergi sistemi (3-cü hissə)

posted in: Vergi, Xəbər | 0

ABŞ vergi sistemi, emek, ABŞ-da mühasiblər əmək haqqıABŞ vergi sistemi (3-cü hissə)

2-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.

Pilləli vergitutma orta və kiçik müəssisələr üçün çox böyük əhəmiyyətə malikdir. Sosial sığorta haqları (social insurance tax) tərəfindən təmin edilən gəlirlərə gəldikdə isə, onlar artım tendensiyasına malikdirlər. Muzdlu işçilər və işəgötürənlər üçün kombinə edilmiş faiz dərəcəsi 15,3% təşkil edir. Miraslardan və hədiyyələrdən vergilər (inheritance and gift taxes) fiziki şəxslər 18% – dən 55% – ə qədər (əgər əmlakın dəyəri 600 min dollardan çoxdursa) dərəcə ilə ödəyirlər. Federal vergi daxilolmalarının ümumi həcmindəki onların payı azdır (12%) və bu verginin yerli səviyyədə əhəmiyyətinin artması səbəbindən azalmağa meyllidir.

ABŞ-ın 50 ştatının vergi gəlirlərinin strukturu federal vergi strukturundan əhəmiyyətli dərəcədə fərqlənir. Ümumilikdə, öz daxilolmaları ümumi gəlirlərin təxminən 80%-ni təşkil edir, yerdə qalan 20% isə – bu, federal subsidiyalardır (qrantlar).

Satışdan daxil olan verginin (sales tax) ümumi daxilolmaların həcmində payı 30-40%-ə çatır. Onun vergitutma obyekti mal və xidmətlərin dəyəridir. Vergi dərəcələri ştatlar tərəfindən müəyyən edilir və 48% aralığında dəyişir. 44 ştatda əhalidən gəlir vergisi tutulur, qalan ştatlarda isə o, yerli özünüidarə orqanlarına “köçürülür”. Vergi dərəcələri 2-dən 10-a qədər dəyişir. Bu vergitutmaya cəlb edilən obyektlər fərqlənir. Ancaq birləşmə və istifadənin asanlığı məqsədilə əksər ştatlar dərəcələrini bazanın müəyyən bir faizi, federal baza vergisi olaraq hesablayırlar. Eyni zamanda, onların öz vergi bəyannaməsi forması var və vergi subyektlərinin federal vergi üzrə öhdəliklərini müəyyənləşdirərkən ödənilən dövlət vergisinin məbləği tutulur.

Şəxsi gəlir vergisi

Federal büdcənin ən böyük mənbəyi. O, fərdi biznesdən gəlir də daxil olmaqla, əhalinin şəxsi gəlirindən tutulur. Gəlir vergisi tutulmayan minimum və müəyyən endirimlərin, həmçinin müxtəlif şəxsi xərclərin (məsələn, nəqliyyat xərcləri, xeyriyyə fondlarına qoyuluşlar, uşaqlara qulluq xərcləri, müəyyən hüdudlarda tibbi xidmət xərcləri və s.) olmasını nəzərdə tutur. Vergi dərəcələri mütərəqqidir, Klintonun islahatından sonra ailəli cütlüklər üçün bu qədər təşkil edir: 36,9 min dollar gəlir halında – 15%; 36,9-89,2 min dollar gəlir üçün – 28%; 89,2-140 min dollar gəlirdən ötrü – 31%; 140-250 min dollara görə – 36%; 250 min dollardan yüksək gəlirə görə – 39,6%.

Gəlir vergisi də demək olar ki, bütün ştatlarda tutulur və iqtisadi vəziyyətə təsiretmə metodu kimi istifadə olunan maliyyə cəhətdən o qədər də çox deyil. Demək olar ki, bütün ştatlarda həm fiziki, həm də hüquqi şəxslərin ödədiyi əmlak vergisi tutulur. Vergi dərəcələri fərqlənir və 0,5% – dən 5% – ə qədər dəyişir. Bundan əlavə, ştatlar tərəfindən miras vergisi, hər növ aksiz vergisi, kapital vergisi və lisenziya haqqını tuturlar və işəgötürənlər işsizlik müavinətinin ödənilməsi üçün məcburi ödənişlər edirlər.


4-cü hissəyə nəzər yetirmək üçün keçidə daxil olun 


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycanda bu il muzdlu işçilərə 95 milyon manat kompensasiya ödənilib

posted in: Xəbər | 0

müavinət, vergilərin hesablanması, bazar qiyməti, müavinət, işsizlikdən sığorta, güzəşt, əmək haqqı, gəlir vergisi,gəlir vergisi,Pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində bu ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 mln. manat kompensasiya ödənilib.

Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 mln. vəsait verilib.

“Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 mln. manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 mlrd. həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 mln. manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub”, – deyə M. Cabbarov qeyd edib.

Nazir əlavə edib ki, 3 mln. manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq.

Mənbə: apa.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vakansiya: Baş Mühasib – Qurman Plyus MMC

baş mühasib, vakansiya,Vakansiya: Baş Mühasib tələb olunur.

İşəgötürən: Qurman Plyus MMC.

Vakansiya barədə məlumat:

– İş qrafiki həftənin 6 günü saat 09:00-dan-18:00-dək

– Bazar günü istirahət

– Nahar şirkət tərəfindən verilir.

– Ofis Zabrat tərəfdə yerləşir.

Baş mühasib üçün tələblər:

– Yalnız Qadın namizədləri

– Mühasibatlıq sahəsində ali təhsil

– Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi (İstehsal və satış və s.)

– Microsoft Excel, Microsoft Word proqramlarında əla işləmək bacarığı

– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı

– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı

– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı

– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-siz baxılmır.

Mənbə: finstaff.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 871 872 873 874 875 876 877 2. 359