İlkin dəyərin ölçülməsi metodları

posted in: Uncategorized | 0

Ehtiyatların ilkin dəyərinin  ölçülməsində daha dürüst nəticəyə nail olmaq üçün tətbiq edilməsi məqsədə uyğun sayılan normativ məsrəflər metodu və ya pərakəndə satış qiyməti metodundan istifadə edilə bilər. Normativ məsrəflər metodu xammalın, materialların, sərf edilən əməyin, səmərəliliyin və istehsal gücünün istifadəsinin normativ dərəcələrini nəzərə alır. Onlar mütəmadi olaraq təhlil edilir və lazım gəldikdə, cari şərtlər nəzərə alınmaqla yenidən baxılırlar.


Pərakəndə ticarətdə eyni marjalı çox saylı və tez-tez dəyişən mallardan ibarət olan ehtiyatların qiymətləndirilməsi üçün hər hansı digər metoddan istifadə edilməsi məqsədə uyğun olmadığı üçün pərakəndə satış qiyməti metodundan istifadə edilir.


Ehtiyatların ilkin dəyəri satış qiymətinin müvafiq faiz dərəcəsilə ifadə olunmuş ümumi marja dəyərinə azaldılması vasitəsilə müəyyənləşdirilir. Tətbiq edilən faiz dərəcəsi ilkin satış qiymətindən aşağı qiymətləndirilmiş ehtiyatların təsirini də özündə əks etdirir. Adətən, pərakəndə ticarətin hər bir bölməsi üçün orta faiz dərəcəsi tətbiq edilir.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *