2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?
Bildiyimiz kimi, 2019-cu il 1 yanvar tarixindən Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə və bu sahələrdə çalışanlar üçün gəlir vergisi və pensiya ayırmalarında ciddi dəyişiklik olmuşdur. Belə ki, bu sahələrdə çalışan əməkdaşların gəliri 8000 manatadək olduqda gəlir vergisindən azad edilir, eyni zamanda “Sosial sığorta haqqında” qanuna dəyişikliklər 2019-cu ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir ki, bu qanuna əsasən Sosial sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
- Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının 200 manatadək olan hissəsinin 3% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 10%-i;
- Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – əməkhaqqının 200 manatadək olan hissəsinin 22% faizi, 200 manatdan yuxarı olan hissəsinin isə 15%-i
Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!
Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisinin aylıq 500 manat əmək haqqısı olan işçisinin 2018 və 2019-cu il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:
2018 | 2019 | |||||
Əmək Haqqı Məbləği | 500 | 500,00 | ||||
Gəlir vergisi | 45,78 | 0 | ||||
Pensiya Fondu (işçi tərəfindən) | 15,00 | 36 | ||||
İşsizikdən Sığorta Haqqı(sığortaolunan tərəfindən) | 2.5 | 2,5 | ||||
Pensiya Fondu (işəgötürən tərəfindən) | 110 | 89 | ||||
İşsizikdən Sığorta Haqqı (sığortaedən tərəfindən) | 2.5 | 2,5 | ||||
İşçinin aldığı net əmək haqqı | 436,72 | 461,50 |
2019-cu il üçün Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz.
Yükləyin: 2019-ci il üçün ƏməkHaqqı Cədvəli
9 Responses
Rüstəm
Salam. Sualım ondan ibarətdir ki, müqavilə əsasında işləyən işçilərin əmək haqqından tutulmalar 2019-cu ildə necə hesablanacaq? Təşəkkürlər.
Arzu
Salam
Müharibə veteranlarına olan güzəştlər 400 azn və əlavə iş yeri olan işçilərin adi işçilərdən heç bir fərq olayacaq? Yəni 2018 ilə qədər müharibə veteranına 400 azn güzəşt olunurdu və əlavə iş yeri olan işçidən yox əsas iş yerindən 173 azn qüzəşt olunurdu
Hal hazırda fərq olmayacaq?
Əhədova Aybəniz
salam mən dövlət müəssisəsində işləyirəm.2019-cu il yanvar ayından hesablanmış əmək haqqından gəlir vergisi nece tutulacaqdır?
Rasim
Emek muqavilesi
Cəfərova Mayisə
Muhasibatlıqla bağlı olan hər son xəbərlər, yeniliklər, qaydalar mənim üçün maraqlıdır
Qoshqar
2019 cu ilde işə götürən tərəfindən ödənilən pensionu fonda səhflik var düşünürəm ki çunki 500 azn əmək haqqıda 200 azn 44 azn hesablanır 300 azn ise 15 % hesablanaraq 45 azn edir toplamda 67 azn etməlidir lakin siz 89 azn yazmısınız.
Həsənova Z
Salam Sizin qrupdan xoşum gəlir .Qrupunuza üzv olmaq istəyirəm
Hasanova Zarifa
Salam Sizin qrupdan xoşum gəlir .Qrupunuza üzv olmaq istəyirəm
Vüqar
Salam
2019 -cu il üçün əmək haqqından tutulmalar necə hesablanacaq bölməsində qeyd etmisiz ki sığorta edən tərəfindən ödənilən sığorta haqqı üzrə əmək haqqının 200 manatadək hissəsinin 3%, 200 manatdan yuxarı hissəsinin isə 10% tutulma.
Bu mövzuda sığorta edən və sığorta olunanın tutulmaları fkrimcə texniki olaraq yerləri səhv düşüb.