Gilan Sənaye Qrupu mühasib köməkçisi sahəsində təcrübəçi axtarır.
Öhdəliklər:
- Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
- Hesablamaları yoxlamaq və dəqiqliklə hesablar sisteminə köçürmək;
- Ödəniş üçün çekləri hazırlamaq;
- Ödəniş sənədləri, qaimələr, tədarük sifarişləri, kreditor borcu üçün qovluqların saxlanılması və yenilənməsini həyata keçirmək;
- Hesablara və xərc mərkəzinə uyğun uçot aparmaq;
- Qaimələr, tədarük sifarişləri və digər mühasibat sənədlərini yoxlamaq və düzəlişlər etmək.
Tələblər:
- Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
- MS Proqramları (Word, Excel) ilə işləmə bacarığı;
- Yaxşı ünsiyyət qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik.
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: İş təcrübəsi tələb olunmur
İş yeri: Azərbaycan / Hacıqabul
Təhsil: Bakalavr
Tələb olunan ixtisas: Mühasibat uçotu və Audit, Maliyyə
Dillər: Azərbaycan – Əla / İngilis – orta
İT bilikləri: word,excel,outlook,1C
Mənbə: gilanholding.com
gilanholding.com/careers/vacancies/ linkinə daxil olaraq müvafiq vakansiya üzrə CV-nizi göndərə bilərsiniz.
Son müraciət tarixi 30 noyabrdır.