Bank hesabının açılması prosedurunun geniş izahı

posted in: Xəbər | 0

Bank hesabıDövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınmaq haqqında ərizə ilə ilk növbədə vergi orqanına müraciət etməlidirlər. Xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınmaq haqqında şəhadətnamə aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verə bilərlər.  Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə iki gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açılması məqsədilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir. Borc varsa, tam ödənilməli və yalnız bundan sonra prosedurlar həyata keçirilməlidir.

Həmçinin bax: E-ticarət zamanı Bank ƏDV hesablayır?

Vergi orqanı şəhadətnamə-dublikatı vergi ödəyicisinə təqdim etdikdən sonra məlumatları bir gün müddətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Vergilər Nazirliyinin müəyyən etdiyi formada  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir. Banklar hüquqi şəxslər üçün, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat təqdim etdikdən sonra bank hesabları açırlar (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla). Şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş bankda (bankın filialında) hesab açmaq olar. Şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir.

Banklar hüquqi və fiziki şəxs­lərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin edirlər. Şəhadətnamə-dublikat iki hissədən ibarət olur. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsi isə müvafiq qeydlər aparıldıqdan sonra vergi orqanına göndərilir. Vergi orqanı bank idarəsindən bildirişi aldıqdan sonra göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətinə həmin məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə  elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Şəhadətnamə-dublikatın bildiriş hissəsi bank idarəsi tərəfindən 10 gün müddətində qaytarılmadıqda, vergi orqanı bunun səbəblərini vergi ödəyicisi və müvafiq bank idarəsi ilə dəqiqləşdirməlidir. Şəhadətnamə-dublikat 10 gün ərzində istifadə edilmədikdə geri alınır və hesabın açılmaması barədə bankdan daxil olmuş rəsmi məlumata əsasən, onun etibarsız olması haqqında vergi ödəyicisinin uçot məlumatlarında müvafiq qeydlər aparılır.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

posted in: Xəbər | 0

Sosial sığorta haqqıSual: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildikdə və ya işçilərin sayı və ya ştatları ixtisar edildikdə işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin qanununun 15-ci maddəsinə görə işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Bilmək istərdik ki, yeni ixtisar qaydasına əsasən ixtisar edilən işçilərə ödənilən müavinətə görə vergi tutulmalıdırmı?

Həmçinin bax: Əmək haqqından gəlir vergisinin və sosial ayırmaların hesablanması

Cavab: Bildiririk ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında. Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azad edilir. Müvafiq olaraq işçilərin ixtisarı zamanı qeyd olunan qaydada onlara ödənilən vəsait gəlir vergisinə cəlb olunmamalıdır.

Həmçinin bax: Xəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

Bax: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi, Əmək Məcəlləsinin 70-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

1300 manat məvaciblə Baş mühasib tələb olunur

Baş mühasib tələb olunurİşəgötürən: “Təmirmaş-2” MMC

  • Şəhər: Sumqayıt
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Rövşən Əliyev – İnsan Resursları şöbə müdiri
Həmçinin bax: 800 manat məvaciblə mühasib axtarılır
İş barədə məlumat:
– Gündəlik uçotun təşkili və aparılmasını təmin etmək
– Maliyyə və vergi uçotu üzrə hesabatları hazırlamaq
– Büdcə proqnozlarının hazırlanması və maliyyə təhlili etmək
– Əmək haqqı və ona bərabər tutulan ödənişlər üzrə hesablamaları və uçotu aparmaq
– Ödəniləcək vergiləri və sığorta ayırmalarını hesablamaq və ödənilməsini təmin etmək
– Mühasibat uçotu və hesabatlığa aid digər funksiyaları həyata keçirmək
– Satışlar üzrə müqavilələrin uçotunu aparmaq
– Əsas vəsaitlərin inventar uçotunu aparmaq
– Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və vaxtında təqdim etmək
– 6 günlük iş qrafiki: istirahət günü – bazar
– Nahar şirkət tərəfindən təmin edilir
– İş yeri: Sumqayıt şəhərində
Namizədə tələblər:
– Yaş: 25-40
-Ali təhsil-Maliyyə, Mühasibat uçotu və audit, Biznesin idarəedilməsi
– İş təcrübəsi ən azı 5 il
– Dil bilikləri- azərbaycan dili (əla), rus (əla), və ingilis (orta)
– Kompüter biliyi: 1C, MS Office proqramları (Word, Excel, Power Point) professional səviyyədə olmalı.
– Qeyd olunan sahə üzrə daim elmi biliklərin artırılması həvəsiVakansiya üzrə CV təqdim etmək istəyən şəxslərdən, mövzuda “Baş mühasib” qeyd edərək, elektron ünvanına şəkilli CV göndərmələri xahiş olunur.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9″a (IFRS 9) dair məsələlər müzakirə edilib

posted in: Vergi, Xəbər | 0

Maliyyə HesabatlarıAzərbaycan Banklar Assosiasiyasında (ABA) “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9″a (IFRS 9) dair məsələlər müzakirə edilib.

Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan digər bankların müvafiq nümayəndələri ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri arasında görüş keçirilib. Görüş çərçivəsində “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 9″la bağlı məsələlər müzakirə olunub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.