Yaxşı mühasibi necə tapmalı?

mühasibRusiya saytlarından birində fərdi sahibkarlıqla məşğul olan hüquqi şəxslərin öz şirkətləri üçün yaxşı mühasib axtarışından bəhs edən yazı dərc edilib. Məqalənin maraq doğuracağını nəzərə alıb, onu tərcümə etmək qərarına gəldik. Həmin yazını diqqətinizə çatdırırıq.

Maliyyə və vergi hesabatlılığı tədricən bütün rusiyalıların həyatının reallığına çevrilməkdədir. Əgər, sadə vətəndaşlar, fiziki şəxslər belə bir zərurətlə müntəzəm rastlaşmasalar da, fərdi sahibkarlar bu cür məsələlərlə müntəzəm olaraq qarşılaşmalı olurlar. Bundan ötrü isə təkcə zaman deyil, həm də maliyyə məsrəfləri gərək olur. Hesabatlarda xırda səhvlər üzündən belə biznes üçün acınacaqlı vəziyyət yarana bilər. O səbəbdən, yaxşı mütəxəssisi necə tapmalı sualı yenicə qeydiyyatdan keçmiş fərdi sahibkarlardan ötrü xüsusilə aktuallıq kəsb edir.

Həmçinin bax: Uğurlu mühasib olmaq üçün 4 üsul

Problemin həlli variantları

Yekaterinburqdan və ya Rusiyanın digər şəhərlərindən olan fərdi sahibkarlar üçün lazımi mühasibat uçotunu təşkil etməkdən ötrü 3 üsul mövcuddur, hansı ki, onların hər birinin öz xüsusiyyətləri var.

  1. Bu məsələyə şəxsən diqqət yetirmək. Bu məsələdə sahibkaralara profil təhsili olan işçilər münasib gəlir. Lakin, bütün işləri düzgün və lazımi səviyyədə təşkil etmək üçün yenə də xeyli səy göstərmək lazım gələcək. Qeyd etmək lazımdır ki, mühasibat işlərinin aparılması xeyli zaman alır, bundan isə biznes zərər çəkir.
  2. Ştatlı mütəxəssis tutmaq. Əmək bazarı belə bir imkan yaradır, amma mütəxəssis axtarışında əsas məsələ səhvə yol verməməkdir. Mühasib avtomatik olaraq biznesin ən müəddəslərindən müqəddəsi sayılan – konfedensial kommersiya məlumatları və maddi aktivlərə çıxış əldə edir. Ona görə, təkcə təcrübəli və savadlı işçi axtarmaqla kifayətlənmək olmaz, işə cəlb etdiyiniz mütəxəssis həm də məsuliyyətli bir şəxs olmalıdır ki, siz ona özünüzə etibar edirmiş kimi etibar edə biləsiniz. Və burada metod, sınaq və səhvlər işə keçmir, belə ki, istənilən uğursuzluq sizdən ötrü kritik vəziyyət yarada bilər.
  3. İxtisaslaşdırılmış şirkətlərə müraciət etmək. Peşəkar mühasibat xidməti göstərən şirkətlər Yekaterinburqda az deyil. Həmin şirkətlərdə peşəkarlar işləyir və onların mühasibat uçotunun aparılması və vergi hesabatlılığı sahəsində təcrübələri var. Müştəri ilə rəsmi müqavilə bağlanıldıqda, orada hər iki tərəfin öhdəlikləri öz əksini tapır. Mühasibat uçotunun və hesabatlılığın bu üsulla aparılması məsrəflər minimaldır: sahibkar bu zaman vaxt itkisinə yol vermir, ödənilən məbləğ isə ştatda olan mühasibə ödənilən əməkhaqqından aşağı olur.
Həmçinin bax: Mühasib olmaq üçün 5 səbəb

Hər şeyi yaxşı dəqiq ölçübbiçin!

Təəəssüflər olsun ki, universal reseptlər mövcud deyil. Hər bir sahibkar öz biznesindən, şəxsi bilik və bacarıqlarından çıxış etməklə seçim edir. Kimlərəsə nühasibat işlərinin aparılmasını öz üzərinə götürmək sərf edir. Kimsə hesab edir ki, təcrübəli mühasibin ştat cədvəlinə daxil edilməsi, daha rasional yoldur. Lakin, hazırda Yekaterinburqda sahibkarların bir çoxu özünü yaxşı tərəfdən tanıtmış və regionda rəsmi şəkildə fəaliyyət göstərən şirkətlərlə işləməyə üstünlük verir. Belə şirkətlərdən biri də Redfokses-dir. Komanda işləməyə həmişə hazırdır. Komandanın məcmu təcrübəsi və fərdi sahibkarlıqla əlaqəli bütün proseslər üzrə dərin bilikləri, hətta ömrü boyu mühasib işləmiş şəxsin peşəkar baqajından daha üstündür. Konfidensiallığı, işlərin zamanında görülməsini təmin edlir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Miqrasiya məcəlləsinə dəyişiklik – Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması 15 günə kimi artırıldı

posted in: Xəbər | 0

Miqrasiya“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1218-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 46.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti həyata keçirirlər;

3.2. həmin Məcəllənin 54.11-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

4. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 5.4-cü bəndə “54.11-ci maddəsinin birinci cümləsində,” sözlərindən sonra “54.11-1-ci maddəsində,” sözləri əlavə edilsin;

4.2. 5.6-cı bənddən “30.1-ci,” sözləri çıxarılsın;

4.3. 5.11-ci bəndə “37.8-ci maddəsində (ikinci halda),” sözlərindən sonra “46.4-cü maddəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

Həmçinin bax: İnzibati Xətalar Məcəlləsində dəyişiklik – Bu cəriməni ödəmədikdə aylıq 30% dəbbə pulu hesablanacaq

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2018-ci il.

Şirkətin bir neçə bank hesabında vergi sərəncamı olarsa

posted in: Vergi, Xəbər | 0
vergi sərəncamıParalel hesablarda vergi sərəncamları.

Bir neçə hesabda vergi sərəncamı olduqda və pul bir hesabdan ödənilərsə, digər hesabda da vəsait dondurulmuş qalırmı?

SUAL: Hüquqi şəxsin bir neçə bankda cari hesabları mövcuddur. Vergi orqanı tərəfindən bu banklara sərəncamlar göndərilir. Banklardan biri hüquqi şəxsin cari hesabından vergi borcunu silir və ya müştəri özü ƏDV sub-uçot hesabından sərəncamın məbləğını ödəyir. Bu zaman digər bankda olan vergi sərəncamını vergi orqanı geri götürənədək həmin hüquqi şəxsin hesabında olan (65.8-ci bənd üzrə sərəncamın məbləğ dondurulmaq şərti ilə) yerdə qalan vəsaitdən müştəri digər əməliyyatları apara bilərmi?

CAVAB: Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək vergi orqanının hüququ hesab olunur, bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.

Vergi orqanı tərəfindən sərəncamın geri götürülməsinədək dondurulmuş məbləğ vergi ödəyicisi tərəfindən istifadə edilə bilməz. Vergi ödəyicisinin hesabında olan dondurulmuş məbləğdən artıq olan məbləğ isə vergi ödəyicisi tərəfindən istifadə edilə bilər.

Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının bilavasitə hüququdur.

65-ci maddədə vergilər üzrə borcların alınması qaydasına görə,  vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir:

  • vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə;
  • vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə;
  • məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq;
  • vergi ödəyicisinin yazılı razılığı olduqda.

Vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.

Vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir. ƏDV üzrə vergi borclarının ödənilməsi üçün ƏDV depoziti hesabında vergi ödəyicisinin kifayət qədər vəsaiti olmadıqda, ƏDV üzrə vergi borclarının dovlət büdcəsinə alınması üçün həmin şəxsin digər hesablarına bu Məcəllədə nəzərdə tutulmuş qaydada sərəncam verilə bilər.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərancamın daxil olduğu gün icra edilir.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya vergilər üzrə borcların və faizlərin tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərəncamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir.

Vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin valyutada olan bank hesabına yönəldildikdə, bank və ya digər kredit təşkilatı hesabdakı vəsaiti bu Məcəllənin 60.1.2-ci maddəsində müəyyən edilmiş qaydada dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.

Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə artıq alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin 87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik – Bu cəriməni ödəmədikdə aylıq 30% dəbbə pulu hesablanacaq

posted in: Xəbər | 0
cəriməAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci və 21-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979; № 12, maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1067-VQD nömrəli, 24 aprel tarixli 1073-VQD, 1075-VQD nömrəli, 1 may tarixli 1110-VQD və 1117-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 38.1-ci maddənin ikinci cümləsinə “qanunvericiliyin” sözündən sonra “, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 150.15-ci və 150.16-cı maddələr əlavə edilsin:

Həmçinin bax: Miqrasiya məcəlləsinə dəyişiklik – Əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması 15 günə kimi artırıldı

“150.15. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir.

150.16. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə onun Azərbaycan Respublikasına gəlməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödədikdə onun Azərbaycan Respublikasına gəlməsi ilə bağlı qadağa dərhal götürülür.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.