Ən yüksək əmək haqqı verilən ölkələr (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

əmək haqqıSiz hansı ölkələrdə daha yüksək əmək haqqı verilməsi ilə heç maraqlanmısınızmı? Sizə qazandığınız qədər əmək haqqı ödənilmədiyi barədə nə vaxtsa heç düşünmüsünüzmü?

Ən yüksək əmək haqqı alan ölkələrin adları çəkilib. Gəlin bu on ölkənin sakinlərinin ən yüksək təmiz gəlirlərinə diqqət yetirək. Təmiz gəlir nə deməkdir? Bu, bütün yığımlar və vergilər çıxıldıqdan sonra işçinin əlinə verilən təmiz maaşdır. Mahiyyətinə görə bu, mal və məhsullar almağa və göstərilən xidmətlərə görə pul ödənişlərə etməyə imkan verir. Hansı ki, işçilər bunu əməkhaqqını ağır zəhmətləri hesabına əldə edə bilirlər.

Beləliklə, hansı ölkələrdə ən yüksək maaşlar verilir?

Bunu elə indi aydınlaşdıraq:

  1. Fransa

Fransa özünün çox mürəkkəb danışıq dili top onluqda yer alıb! Fransız iqtisadiyyatı öz həcminə görə dünyada yeddinci yerdədir. Adambaşına düşən fransız ÜDM-nin ABŞ-dakından niyə aşağı olduğunu iqtisadçı Pol Kruqman izah edib: “Fransızlar da amerikalı kolleqaları kimi çox məhsuldar işləyirlər. Amma, Fransada iqtisadi cəhtdən aktiv əhali hissəsi azdır, iş günü  isə qısadır”. Yei gəlmişkən, 35 saatlıq iş həftəsi ilə bağlı qanun bu ölkədə 1999-cu ildə qəbul edilib. Orta hesabla fransızlar bütün vergilər çıxıldıqdan sonra il ərzində yalnız 28 799 dollar pul alırlar ki, bu da onların real əməkhaqqının 49,4 faizini təşkil edir. Bu iqtisadi cəhətdən inkişaf etmiş ölkələr arasında məcmu vergi həcminə görə ikinci yer deməkdir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

  1. İsveç

Ümumdünya bankının heabatına görə, bu gözəl Skandinaviya krallığı adambaşına düşən ÜDM-nin həcminə görə dünyada altıncı yerdə durur. İsveçdə ixraca hesablanan qarışıq iqtisadiyyat hökm sürür. Meşə materialları, hidro-elekrik enerjisi və dəmir filizləri xarici bazarda aktiv ticarətlə birlikdə ölkə iqtisadiyyatının nüvəsini təşkil edir. İsveç maşınqayırması öz məhsullarının 50 faizini ixrac edir. Bu ölkədə hökm sürən sosialist demokratiyası, Skandinaviya sosial təminat  modelini dəstəkləyir, hansı ki, İsveç vətəndaşlarına onların sağlamlığı ilə bağlı tam zəmanət verir və ali təhsil almaq imkanı qazandırır. Admlar da öz növbəsində gəlirlərinin 42,4 faizini dövlətə verməli olurlar, amma buna baxmayaraq onlar il ərzində 29 185 dollar təmiz gəlirə malik olurlar.

  1. Kanada

Kanada- bu ölkəni amerikalılar sevirlər, lakin eyni zamanda ona etibar da etmirlər. Kanada – əsil həqiqətdə çox varlı ölkədir. ABŞ-ın qonşusu olan bu ölkə Venesuela və Səudiyyə Ərəbistanından sonra neft ixracına görə üçüncü yerdə durur. Ölkədə həmçinin faydalı qazıntılardan sink, uran, qızıl, nikel, alüminium ehtiyatları da kifayət qədərdir. Kanada həmçini böyük taxıl və digər dənli bitkilər ixracatçısıdır. Orta kanadalının təmiz gəliri 29 365 dollar təşkil edir, vergilərin ödənilməinə isə qazancın 31 faizi gedir. Bu pullar səhiyyə və təhsilə xərclənir. Kanadada iş həftəsi 36 saatdır.

  1. Avstriya

Siz bilirdinizmi ki, bu gözəl təbiəti və zəngin tarixi olan mərkəzi Avropa ölkəsi adambaşına düşən ÜDM-nin həcminə görə dünyada 12-ci yeri tutur? Həqiqətən Avstriyanın çox inkişaf etmiş sənayesi var. Bundan əlavə, millli iqtisadiyyatın mühüm hissəsi beynəlxalq turizmə əsaslanır, hansı ki, o, Avstiya ÜDN-nin 9 faizini təşkil edir. Adamlar vergiləri ödədikdən sonra orta hesabla 31 173 dollar gəlir əldə edirlər ki, bu da qazancın 49,4 faizinin müxtəlif vergilərə getdiyini nəzərə aldıqda, çox yaxşı göstəricidir. Aydındır ki, sözügedən məbləğ səhiyyə xidməti və ali təhsil məsrəflərinin ödənilməsinə gedir.

  1. Almaniya

Almaniya reytinqdə birinci yeri tutmamsına baxmayaraq, bir sıra ayrı-ayrı nominasiyalard qələbə çalıb. Misal üçün, Almaniya Avropnın ən böyük və ən güclü iqtisadiyyatıdır. Lakin, burada vergilər də çox yüksəkdir – 49,8%. Demək olar ki, qazancın yarısını təşkil edir! Siz buna inanırsınızmı? Buna baxmayaraq, Almaniya dünyada ilk olaraq universal səhiyyə sistemini tətbiq edib, burada insanlar pulsuz tibb xidməti alırlar, eləcə də bütün səviyyələrdə ali təhsil. Onu da qeyd etmək lazımdır ki, alman işçinin orta illik təmiz gəliri 31 252 dollar təşkil edir.

  1. Avstraliya

Sosialist demokratiyasının olduğu daha bir ölkə. Avstraliya iqtisadiyyatı – dünyada ən güclü iqtisadiyyatlardan biri hesab olunur. Bu ölkə ərzaq və neft məhsulları, mineralların güclü ixracatçısı hesab olunur, özü isə yalnız bir neçə növ məhsul idxal edir. Hələ 2013-cü ilin göstəricilərinə görə Avstraliya  yaşam üzrə səviyyəyə görə İsveçrədən sonra ikinci yerə çıxmışdı. Burada təmiz gəlir il ərzində 31588 dollar təşkil edir, vergilərə görə isə qazancın 27,7 faizi tutulur. Bu, ölkədə səhiyyənin və təhsilin yüksək səviyyəsindən xəbər verir. Avstraliyalılar həftə ərzində 36 saat işləyirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əlillər üçün mərkəzin mühasibindən mənimsəmə faktı

mühasibOrenburq vilayət prokurorluğu Buzuluksda əlillər üçün reabilitasiya mərkəzinin  baş mühasibini xidməti vəzifəsindən sui-istifadə yolu ilə  dələduzluq etməkdə ittiham edib.

İdarədən bildiriblər ki, ittiham olunan 2016-cı ilin dekabr ayından 2017-ci ilin aprel ayına kimi müəssisəyə məxsus 66 min rublu mənimsəyib. Üç aydan sonra qadın daha 80 min rubl məbləğində oğurluq edib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu cinayət işi üzrə ittiham aktını prokurorluq artıq baxılmasından ötrü Buzuluks rayon məhkəməsinə göndərib.

Xatırladaq ki, bir müddət əvvəl İmanqulovskiy qocalar evinin direktor müavini də  analoji cinayət əməli üstündə mühakimə olunmuşdu. Direktor müavini o zaman qocalar evindən 1 milyon rubl oğurlamışdı və bunun üstündə  2,5 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qazaxıstanda kasıb insanlar 10 dəfə az vergi ödəyəcək

posted in: Vergi, Xəbər | 0

vergiQazaxıstan Prezidenti Nursultan Nazarbayev parlamentin hər iki palatasının birgə iclasında əməkhaqqısı aşağı olan vətəndaşlardan tutulan verginin məbləğini on dəfə azaltmağı təklif edib.

Dövlət başçısı nisbətən az əməkhaqqı alan qazaxıstanlılara yardım məqsədilə 2019-cu il yanvar ayının 1-dən həmin şəxslərin vergi yükünün on dəfə azaldılmasını və onlardan 1 faiz həcmində vergi tutulması təklifini irəli sürüb.

Onun sözlərinə görə, bu addımın atılması ölkənin iki milyon sakininin yaşayışına müsbət təsir göstərəcək: “Muzdlu işçilərin üçdə birindən çoxunun – bu, iki milyondan artıq insan deməkdir – əməkhaqqı işəgötürənlərə əlavə vergi yükü düşmədən artacaq”.

N.Nazarbayev onu da bildirib ki, gələcəkdə Qazaxıstanda fiziki şəxslərin gəlir vergisinin proqressiv şkalası qəbul edilə bilər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1000 manat məvaciblə Mühasib-Auditor tələb olunur

Mühasib-AuditorMühasib-Auditor tələb olunur


İşəgötürən: “Fintrend” BOKT

Əmək haqqı: 900-1000 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nərgiz
İş barədə məlumat
– Büdcə proqnozlarının hazırlanması və maliyyə təhlili etmək
– Mühasibat uçotu və hesabatlığa aid bütün funksiyaları həyata keçirmək
– Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və vaxtında təqdim etmək
– 6 günlük iş qrafiki: istirahət günü – bazar
Namizədə tələblər
– İqtisad sahəsində ali təhsilin olması
– Azərbaycan dili mükəmməl, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur
– Maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinin olması
– Bank təcrübəsi mütləqdir
– İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması
– Daim təşəbbüskar, davamlı fəaliyyət göstərməli
Həmçinin bax: Sumqayıt Texnologiyalar Parkı “Maliyyə analitiki” axtarır

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.