Mühasib tələb olunur

mühasibatİşəgötürən: “Refinance Kİ” MMC

İş barədə məlumat

– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: saat 09:00-dan 18:00-dək, şənbə günləri saat 10:00-dan 15:00-dək

Namizədə tələblər

– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– İş stajı: mühasibatlıq, kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1,5 il iş stajının olması
– Yaş həddi: 23-35
– Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Əmək haqqı: 300-400 AZN

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakı Baş Gömrük İdarəsinə yeni rəis təyin edildi

posted in: Xəbər | 0
gömrükBakı Baş Gömrük İdarəsinə yeni rəis təyin edildi

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov sərəncama göndərilib.

Onun yerinə Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov təyin olunub.

Bundan başqa, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi Baba Salayev də sərəncama göndərilib. Onun yerinə Məsum Eynalı oğlu Rəsulov təyin edilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məşğulluq sahəsində icra mexanizmləri təkmilləşdiriləcək

posted in: Xəbər | 0
məşğulluqMəşğulluq sahəsində icra mexanizmləri təkmilləşdiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində  (ƏƏSMN) peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sistemi tətbiq ediləcək.

ƏƏSMN-dən verilən məlumata görə, əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, özünüməşğulluq proqramının səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması üçün yaradılmış İşçi qrupunun ilk iclası keçirilib.

İşçi qrupunun rəhbəri, ƏƏSMN-nin müavini Mətin Kərimli məşğulluq orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin səmərəli təşkilinin, məşğulluq xidmətləri üzrə fəaliyyətin nümunəvi xidmət konsepsiyasına uyğun qurulmasının əsas hədəflərdən olduğunu qeyd edib.

Nazir müavini ilk növbədə fəaliyyət zamanı qarşıya çıxan və konkret nəticələrin əldə olunmasına mane olan problemlərin müəyyən olunmasının, bu məqsədlə məşğulluq orqanları tərəfindən müvafiq təkliflərin verilməsinin vacibliyini diqqətə çatdırıb.

İşçi qrupu tərəfindən konkret istiqamətlər üzrə görüləcək işlərdən bəhs edən M. Kərimli məşğulluq xidmətləri sferasında şəffaflığın və xidmətlərin çevik təşkilinin təmin olunması üçün əsasən bu xidmətlərin elektron müstəvidə qurulması məsələsinə toxunub. O bildirib ki, işsizlikdən sığorta ödənişinin verilməsi prosedurunun da elektron qaydada təşkili imkanları nəzərdən keçirilməlidir. Bu, qeyd olunan ödəniş növünün təyinatı və ödənilməsi prosesinin tam şəffaflaşmasına və xeyli sadələşdirilməsinə səbəb ola bilər.

Nazir müavini həmçinin işsiz və işaxtaranların məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması sahəsində işlərin keyfiyyətinin və səmərəliliyinin artırılması, eləcə də, bu kursların keçirilməsi və nəticələri barədə hesabatlılığın təmin olunması üçün işçi qrupu tərəfindən görüləcək işləri qeyd edib.

M. Kərimli, eyni zamanda, peşə hazırlığına cəlb olunmaq üçün elektron qaydada müraciət sisteminin tətbiq edilməsinin məqsədəuyğun ola biləcəyini vurğulayıb. İclasda özünüməşğulluq proqramının ünvanlı sosial yardım proqramı ilə əlaqəli icrası və ünvanlı sosial yardımı alan aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunması sahəsində tədbirlərin səmərəli təşkili, proqramın ünvanlılığının qiymətləndirilməsi üzrə monitorinq sisteminin, məşğulluq mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi mexanizminin formalaşdırılması və s. istiqamətlərdə görüləcək işlər müzakirə olunub. İşçi qrupunun üzvlərinə konkret tapşırıqlar verilib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasiblərə artıq ehtiyac olmayacaq?!

mühasibMühasiblərə artıq ehtiyac olmayacaq?!

Rusiya maliyyə nazirinin birinci müavini Tatyana Nesterenko mühasib peşəsinin Rusiya əmək bazarından tədricən yoxa çıxacağını proqnozlaşdırır. Məmurun fikrincə, kağız sənədlərin əvəzinə elektron sənədlər gəldikdə, mühasibə olan tələbat da yoxa çıxacaq.

Nazir müavini hesab edir ki, Rusiya bazarını böyük dəyişikliklər gözləyir. “Xəbərdarlıq etmək istərdim ki, hal-hazırki vəziyyətdə olan mühasib peşəsi bazarda sıradan çıxmaqda davam edəcək”, – Nesterenko Moskva maliyyə forumunda belə bəyan edib.

Nazirliyin nümayəndəsi dövlət sektorunda mühasiblərin saxlanılmasından ötrü ildə bir trilyon rubl vəsait lazım gəldiyini söyləyib. Onun sözlərinə görə, kağız və maliyyə təminatına məsul olan dövlət qulluqçularının sayı indi 1,1 milyon nəfərdən çoxdur.

Nesterenko əməkdaşların ümumi ştatını ixtisar etməyi təklif edib. “Bir milyon nəfər insandan 600 min nəfərini saxlamaq olar”, – məmur xanım belə söyləyib. Nazir müavini eyni zamanda kağız sənədlərdən tamamilə imtina etməyi, elektron sənədlərlə iş zamanı isə sənədləri əl ilə daxil etməyi minimuma endirməyi, ümumiyyətlə, həmin sənədləri klaviaturanın köməyi ilə daxil etməyi qadağan etmək lazım gəldiyini bildirib.

Bununla yanaşı, mühasib peşəsi sağlamlıq üçün ən təhlükəli peşələrdən biri hesab olunur. Həkimlərin rəyinə görə, cansıxıcı ofisdə oturaq iş maliyyə sahəsindən olan zəhmət adamları üçün bel ağrılarına və piylənməyə gətirib çıxarır.  Bundan əlavə, mühasibatlıq əməkdaşları digər həmkarları ilə müqayisədə görmə qabiliyyətlərinin pisləşməsindən – əsasən də “quru göz sindromu” adlandırılan xəstəlikdən daha tez-tez şikayətlənirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.