Azərbaycan maliyyə sektorunun işçi bazası bir ayda 200 nəfər artıb

posted in: Maliyyə, Xəbər | 0

maliyyəAzərbaycan maliyyə sektorunun işçi bazası bir ayda 200 nəfər artıb.


Azərbaycanda maliyyə sektorunda muzdla çalışan işçilərin ümumi sayı mart ayı ərzində 200 nəfər artaraq 2018-ci il aprelin 1-nə 23,9 min nəfər təşkil edib.

Rəsmi statistikaya istinadən verilən xəbərə görə işçilərin 4,5 min nəfəri və ya 19%-i dövlət, 19,4 min nəfəri və ya 81%-i özəl sektorda çalışıb. Qeyd edək ki, artım özəl sektor hesabına baş verib.

Bildirək ki, bu sahədə çalışan işçilərin sayı 2005-ci ildəki 11,8 min nəfərdən 2014-cü ildə 30,9 min nəfərədək yüksəlib, daha sonra azalmağa başlayaraq 2015-ci ildə 30,1 min nəfər, 2016-cı ildə 25 min nəfər olub. 2017-ci il ərzində isə 5,2% və ya 1,3 min nəfər azalaraq 2018-ci il yanvarın 1-nə 23,7 min nəfər təşkil edib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat manat məvaciblə mühasib axtarılır

mühasibMühasib tələb olunur.


İşəgötürən: RS IR Group 
Tələblər:

– Cinsi: Xanım
– Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla
– Yaş: 30-40
– Əmək məcəlləsi, vergi məcəlləsi;
– İdarəçilik qabiliyyətlərinə malik olmalı;
– Beynəlxalq mühasibatlıq bilgiləri;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli

Vəzifələr:

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq müəssisənin mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

İş şəraiti:

-həftədə 5 gün
-saat: 9:00-18:00
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Əmək haqqı: 400-600 AZN

Telefon: (012) 440-17-77,+994(55) 440-17-77

Təcrübə: 1 ildən başlayaraq

Qrafik: Tam iş günü

Təhsil: ali

Mənbə: rabota.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib fırıldaqları (9-cu sxem)

mühasibMühasibatlıq – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da çəkinmirlər.

Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının nəbzini öz əllərində məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.


9-cu sxem.
Seminarlarda iştiraka görə ödənilən xərclər zamanı edilən saxtakarlıq

Müəssisədə mühasib çox vaxt cari maliyyə bölüşdürülməsinə də cavabdehlik daşıyır və ödənişləri ödəmək qaydalarını müəyyən edir, o səbəbdən pul məbləği əldə edənlər “düzgün” ödənişlərə görə mühasibi “mükafatla” şirnikləndirməkdə maraqlı ola bilərlər.

Vicdanlı mühasib bu cür təklifləri rədd edir və onlar barədə rəhbərliyə məlumat verir. Daha sırtıq mühasib isə bunları, əsasən də rəhbərlikdə lazımsız suallar yarada bilməyəcək təklifləri asanlıqla qəbul edə bilər.

Mühasib özünün hansısa kurslar, məşğələlər və ya seminarlarda iştirakına görə müəssisə tərəfindən ödənilən ödənişlər zamanı da müəyyən məbləğdə pullar çırpışdıra bilər. Müxtəlif mühasibatlıq məsələlərinə həsr olunan seminarlar hazırda tez-tez keçirilir. Qeyd etmək lazımdır ki, bu seminarlar elə də ucuz başa gəlmir, xüsusilə də bir neçə gün çəkən tədbirlər zamanı xeyli vəsaitlər sərf edilir ki, bu məbləğdən “mükafat” da böyük ola bilər.

Hələ dua etmək lazımdır ki, mühasib o seminarlarda bilavasitə iştirak etsin və öz gələcək fəaliyyəti üçün dəyərli biliklər əldə etsin. Reallıqda isə biz az müşahidə etməmişik ki, mühasib seminarda iştirak edirəm deyib, evdə oturur və işə də gəlmir…

Əksər vaxtlarda müəssisə rəhbəri mühasibin özünə pulu ödənilən “məzuniyyət” götürdüyündən heç şübhələnmir də. Daha inandırıcı görünsün deyə, mühasib özü ilə “seminara” mühasibatlıqdan daha kimisə, məsələn, öz müavinini də aparsın. Təbii ki, belə vəziyyətdə iştirak üçün xərclər də artacaq, “mükafatın” məbləği də yüksələcək.

Buna görə, mühasib hansısa seminar, kurs, məşğələ və s, bu kimi tədbirlərdə iştiraka görə ödəniş etmək üçün razılıq istədikdə, həmin məsələyə çox diqqətlə yanaşmaq lazımdır. İlk növbədə, düşünün, mühasibdən ötrü bu seminar zəruridirmi? Çox mümkündür ki, seminarın mövzusu sizin müəssisənin profilinə uyğun gəlməsin. Misal üçün, sizin müəssisə ofislərə, şəxsi müştərilərə içməli su təchizatı ilə məşğul olur, seminar isə gömrük ödənişləri ilə bağlı hesabata həsr olunub.

Mütləq şəkildə öyrənin ki, seminarı hansı təşkilat həyata keçirir. Rəhbər-kolleqalarınız və ya mühasiblərdən həmin təşkilat barədə soruşub maraqlanın. Ümumiyyətlə, həmin təşkilatın belə seminarlar keçirə bilmək hüququ olub-olmadığı ilə bağlı məlumat toplayın.

Misal üçün, seminara görə ödəniş sənədində pulun köçürülməsində vasitəçi olaraq başqa birinin çıxış etməsi, sizi ən azından şübhələndirə bilər. Belə halda çox güman ki, mühasibiniz nələrisə sizdən gizlədir.

Seminar təşkilatçılarından tədbirin keçiriləcəyi yerlə maraqlanın. Əgər, desələr ki, seminar icarəyə götürülən binada keçiriləcək, icarəyə verənlə əlaqə saxlayıb, seminarın həqiqətən keçirilib-keçirilməməsini dəqiqləşdirin.

Nəhayət yekunda həmin tədbirin ödənişini həyata keçirmək barədə qərar versəniz, onda mühasibinizin orada iştirakını hökmən yoxlayın. Ola bilsin ki, mühasibiniz ümumiyyətlə, ora getməsin və bu əlbəttə ki,  əməkdaşınıza olan etibarı ciddi şəkildə zədələyə bilər.

8-ci sxemi bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı hallarda sadələşdirilmiş vergi ödəyicilərinə səyyar vergi yoxlaması açıla bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Cənab prezidentin son fərmanına əsasən sadələşdirilmiş vergi ödəyicilərində səyyar vergi yoxlamaları aparıla bilərmi? Ümumiyyətlə Vergilər Nazirliyi tərəfindən hansı sahələrdə yoxlamalar aparıla bilər?

Cavab: Bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılmağına baxmayaraq vergi yoxlamalarına moratoriumun tətbiqi istisna edilmiş, hal-hazırda qeyd olunan Qanuna dəyişiklik edilərək onun müddəti 1 yanvar 2021-ci il tarixədək uzadılmışdır.

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetində keçirilən iclasda verilən tapşırıqların irəli gələrək Vergilər Nazirliyinin Kollegiyası tərəfindən illik dövriyyəsi 120.000 manatdan (sonradan bu hədd 200.000 manatadək artırılmışdır) aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (mənbəyi bəlli olan məlumatlar əsasında və ya vergi orqanının vergi ödəyicisi barəsində apardığı araşdırma nəticəsində vergidənyayınma riski yüksək olan vergi ödəyiciləri, əmək müqavilələrinin başlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə 13.11.2015-ci və 13.06.2016-cı il tarixli Qərarlar qəbul olunmuşdur.

Bax: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410-IVQ nömrəli Qanunu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 31 oktyabr 2017-ci il tarixli 845-VQD nömrəli Qanunu.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.