Sənədsiz mal qalığını necə sənədləşdirməli? – Cavabsız suallar…

posted in: Xəbər | 2

malSual: Müəssisənin mal-material qalığı var, fərdi şəxslərdən alınıb, lakin sənədləri yoxdur. Onu mühasibat uçotunda necə qeyd edə bilərəm? Qeyd olunduğu halda bunun qanunauyğun hər hansı bir cəriməsi varmı? Təşəkkür edirəm.

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasında əsas prinsiplərdən biri də informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini özündə ehtiva edən ardıcıllıq prinsipidir. Müvafiq olaraq mal qalıqları indiki dövrdə deyil, onların alındığı dövrdə rəsmiləşdirilməklə mədaxil edilməli idi. Vergi ödəyicisinin sahibliyində olan malların alışının lazımi qaydada rəsmiləşdirilməməsi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Onu da qeyd edək ki, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi dəyərləndirilir və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyətə səbəb olmur. Bu baxımdan da maliyyə sanksiyasına məruz qalmamaq üçün uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsini, təqdim olunan vergi hesabatları ilə müqayisədə fərqlər yarandıqda dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasını (səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövrlər üzrə) tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 55.1.6-cı, 55.2-ci, 58.8-ci və 130-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 2007-ci il tarixli I – 73/1 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının konseptual əsasları”.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ödənişli təcrübəçi mühasib tələb olunur

mühasibÖdənişli təcrübəçi mühasib tələb olunur


İşəgötürən: Mazarina
Vəzifə: mühasib (təcrübəçi)

Əmək haqqı: 200-300 AZN

İş barədə məlumat

– İş qrafiki: 09:00-dan 18:00-dək
– Şənbə, Bazar İstirahət günü

Namizədə tələblər

– Ali təhsilli olmalı (təhsilinin maliyyə, mühasibat sahəsində olması üstünlükdür)
– Mühasibat sahəsində nəzəri biliklər
– MS Office proqramlarında (xüsusən Excel) sərbəst işləmək bacarığı
– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“0” dərəcə ƏDV sertifikatının vaxtı ayın ortası bitərsə, ayın sonu VHF-ni qarşı tərəfə necə verməliyik?

posted in: Vergi, Xəbər | 0

ədvSual: Sualım “0” dərəcə ƏDV üzrə sertifikatla bağlıdır. Belə ki, müəssisəmiz müntəzəm xidmət göstərir (rabitə xidməti). Elə kateqoriya müəssisələr var ki, bizə “0” dərəcə ƏDV üzrə sertifikat təqdim etmişlər və təbii ki, göstərdiyimiz xidmətə görə “0” dərəcə ƏDV-yə cəlb olunurlar. Sualım belədir: əgər sertifikatın müddəti, misal üçün, aprelin 14-ü bitirsə və yeni sertifikat təqdim edilmirsə aprel ayında göstərilən xidmətə görə ƏDV hansı %-lə hesablanmalıdır?

Cavab: Bildiririk ki, malı, işi xidməti təqdim edən şəxsə alıcı tərəfindən müvafiq sertifikat təqdim olunduğu halda ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq olunur. Sertifikat təqdim olunmadıqda Azərbaycan Respublikası ərazisində Hasilatın Pay Bölgüsü Haqqında Saziş çərçivəsində yerinə yetirilməsinə baxmayaraq iş və xidmətlərə 18% dərəcə ilə ƏDV tətbiq edilir. Bu baxımdan da sorğunuzda qeyd olunan tarixədək ƏDV tətbiq olunmamalı, həmin tarixdən sonrakı gündən etibarən ƏDV ümumi qaydada 18 faiz dərəcə ilə tətbiq olunmalıdır.

Bax: Müxtəlif Sazişlər üzrə “ ƏDV haqqında Protokol”lar.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Maliyyə menecerinin köməkçisi axtarılır

maliyyə

İşəgötürən: Zeta Group
Vəzifə: Maliyyə menecerinin köməkçisi
İş barədə məlumat

– Müəssisənin maliyyə strateji planın həyata keçirilməsi və büdcəsininin hazırlanmasında yaxından iştirak etmək
– Maliyyə üzrə bütün layihələri istiqamətləndirərək, nəzarət edilməsi və bir-biri ilə əlaqələndirilməsində iştirak etmək
– Müəssisənin bütün aktiv və passivlərinin idarəedilməsi üzrə müəssisədaxili qaydaların işlənib hazırlanması və rəhbərliyə təqdim edilməsində iştirak etmək
– Perspektiv və cari maliyyə planlarının, proqnozlaşdırılmış balans və pul vəsaitlərinin hərəkətinin layihələşdirilməsi və düzgün xərclənməsinə nəzarət edilməsində iştirak etmək
– Dövriyyə vasitələrinin normativlərinin işlənib hazırlanması, sürətləndirmək məqsədi ilə əlaqəli tədbirlərin görülməsi
– Müəssisənin fəaliyyətinin maliyyə nəticələrini tənzim etmə üsullarını işləyib hazırlamaq (məhsulun maya dəyəri, elementlərin formalaşmasının optimal variantlarının müəyyən olunması, xərclərin bölüşdürülməsi, qiymət qoyma və s.)
– Müəssisənin maliyyə-iqtisadi nəticələrini makro-iqtisadi cəhətdən təhlil etmək
– Kommersiya müəssisələri, kredit və lizinq təşkilatları və digər təşkilatlar ilə işgüzar əlaqələrin qurulmasını təmin etmək
– Müəssisənin öhdəlikləri üzrə bütün ödəmə sənədlərin təsdiq olunmasına nəzarət etmək
– Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasının həyata keçirilməsi, onların optimal strukturunun müəyyən edilməsi, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanması, qiymətli kağız portfelinin idarə olunması
– Gəlirlərin vaxtlı vaxtında daxil olmasının və borcların ödənilməsinin təmin edilməsi
– Müəssisə və maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsi
– Tədarükçülərin və podradçıların hesablarının ödənilməsininin təmin edilməsi
– Satılmış və göstərilmiş xidmətlərdən mənfəətin hesablanmasına, əsas vəsaitlərin istifadəsinə, həmçinin bilavasitə müəssisənin əsas fəaliyyəti ilə bağlı olmayan əməliyyatların xərclərinin aparılmasına nəzarət edilməsi
– Mənfəət və digər vergilərin hesablanması, vergilərin minimallaşdırılmasının planlaşdırılması və idarə olunması, dövlət və yerli büdcələrə vergi və rüsumların köçürülmələri və s. kimi işlərin aparılması
– Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunu təmin etmək
– İş qrafiki: həftənin 5 günü
– İş saatları: 09:00-dan 18:00-dək
– İş yeri baş ofis

Namizədə tələblər

– Maliyyə sahəsində ali təhsil;
– Müvafiq təcrübə (minimum üç illik)
– Büdcələşma və planlama üzrə biliklər
– Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS), ACCA , CIMA, CFA üzrə biliklər

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.