“Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin qərarı

posted in: Xəbər | 0
birbank biznes

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 76
Bakı şəhəri, 6 mart 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17
oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi
orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi
orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi
sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına
köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişikliklər
edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Vergilər Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1904) ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6-cı yarımbənd əlavə edilsin:

   “3.2.6. məqsədli təqaüdlərin ödənilməsinə.”.

  1. 3.3-cü bənddə “faizi” sözü “faizinədək olan məbləği” sözləri ilə əvəz edilsin və həmin bənddən “(lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla)” sözləri çıxarılsın.

Azərbaycan Respublikasının
Baş naziri                               Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email