Sual: Təşkilat ƏDV ödəyiçisidir. Təsisçilərdən biri xarici vətəndaşdır. Azərbaycana gəlib müəssisənin işi ilə tanış olmağa. Gəliş üzrə xərcləri (aviabilet, hotel) mənfəətdən çıxmaq olar, yoxsa yox?
Bax: İşçilərə verilən kirayə xərcləri gəlirdən çıxılırmı?
Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.
Digər tərəfdən, vergi qanunvericiliyin tələbinə əsasən gəlirdən gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxıla bilər.
Bu baxımdan da xarici təsisçinin ölkəyə gəlməsi ilə əlaqədar çəkilən xərclər hüquqi şəxs tərəfindən gəlirdən çıxıla bilməz.
Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?
Bax: Mülki Məcəllənin 52-ci maddəsi. Vergi Məcəlləsinin 108-ci maddəsi.
Mənbə: taxes.gov.az