Vakansiya: Mühasib – Təcrübəçi
Müəssisənin adı: “Atlas Alliance Group” MMC
İş yeri: Bakı şəhəri
Maaş: AZN 250-300
Mühasib – Təcrübəçi üçün tələblər:
– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
– İş təcrübəsi və ya praktikanın olması üstünlükdür lakin vacib deyil.
– Yaş həddi 21-30
– MS Office – Word və Excel proqramı bilikləri
– Rus və İngilis dilləri bilikləri üstünlükdür.
– Beynəlxalq mühasibat uçotu standartları bilikləri üstünlükdür
– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmaq
– Analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalıdır.
Əsas Vəzifə Öhdəlikləri:
Aşağıdakı proseslərin öyrənilməsi və sonra bu proseslərdə iştirak:
• Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Mal-materialların uçotunun aparılması;
• Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
• Təhtəl hesab, şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edilməsi;
• Müəsisənin debitor və kreditorlar üzrə hesablaşmalarının dəqiqliyini təmin edilməsi;
• Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu və s. tələbat fonduna və digər ehtiyyat fondlarına ayırmaları tərtib edilməsi;
• Vergi orqanlarına və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsi;
• Digər mühasibat işlərinin yerinə yetirilməsi.
CV-ləri / elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Mövzu hissəsinə “Mühasib – təcrübəçi” qeydi zəruridir
Mənbə: jobsearch.az