Sual: MMC ƏDV ödəyicisindən sadələşdirilmiş vergi ödəyicisinə hansı qaydalarla keçməlidir?
Cavab: Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.
Əsas: Vergi Məcəlləsinin 158-ci maddəsi.
Mənbə: taxes.gov.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?
İşəgötürən işçini ixtisar etdiyi halda müavinət
Uçotda olmayan fiziki şəxslərdən malların alışı zamanı sənədləşmə prosedurları
İcarə haqqından gəlir vergisinin hesablanması
Əmək müqaviləsinin ləğv edilməsi
İcarəyə götürülmüş əsas vəsaitlərə təmir xərclərinin hesablanması
Bu halda qeyri-rezidentin ödədiyi məbləğ ödəmə mənbəyində vergiyə düşürmü?
Başqa işə keçirilmənin sənədləşdirilməsi
Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?