Dünyanın ən zəngin adamı və Amazon şirkətinin qurucusu Jeff Bezos ətraf mühitin qorunmasına 791 milyon dollar vəsait sərf edib. Milyarder bu haqda özünün Instagram səhifəsində məlumat verib.
Sahibkar “innovativ, ambisiyalı və dinamik qərarlar üzərində işləyən” 16 ekoloji təşkilata pul verib. Məsələn, ianələr Vəhşi Təbiət Ümumdünya Fonduna (WWF), ClimateWorks fonduna və dünya resursları İnstitutuna göndəriləcəkdir. Onlar beş milyondan 100 milyon dollara kimi vəsaitlər alacaqlar. Bezosun sözlərinə görə, ayrılan məbləğ – bu, yalnız başlanğıcdır, o, xeyriyyəçiliyə bundan sonra da pullar xərcləmək niyyətindədir.
“Son bir neçə ay ərzində inanılmaz dərəcədə ağıllı insanlardan öyrənmişəm ki, onların həyatında əsas məqsəd iqlim dəyişikliyinə və təbiətə mənfi təsirlərə qarşı mübarizə aparmaqdır. Onların gördüyü işlər məni ruhlandırır, mən onlara kömək etdiyimə görə şadam”, – Bezos belə yazıb.
Noyabr ayının əvvəlində sahibkar öz şirkətinin 3 milyard dollarlıq səhmlərini satıb. Beləliklə, ümumilikdə 2020-ci ildə planetin ən varlı adamı öz şirkətinin 10 milyard dollardan çox qiymətli kağızından qurtulub. Bezosun sərvətinin 183,8 milyard dollar olduğu təxmin edilir.