Foreks (xarici valyuta alış satışı) əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarına uçota alınmaqla VÖEN əldə etməlidir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, bu zaman əldə edilən gəlirdən Vergi Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq, növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilməklə dövlət büdcəsinə ödənməlidir.
Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.
Mənbə: vergiler.az
Bax:
Fiziki şəxs evini və ya obyektini satarkən nə qədər vergi ödəməlidir?
İşçiyə ezamiyyə normasından artıq verilən məbləğlər hansı tutulmalara cəlb olunur?
İcra sənədlərinə görə tutulmalar necə hesablanır?
POS-terminaldan istifadədən yayınmağa görə tətbiq olunan sanksiyalar
Nəqliyyat vasitəsinin yanacaq xərclərinin gəlirdən çıxılması