Vaksinləşmənin ləng getməsi dünyanı trilyonlarla dollardan məhrum edəcək

posted in: Xəbər | 0
birbank biznes

Əhalinin vaksinasiya olunması tempindəki lənglik, dünya iqtisadiyyatında ciddi itkilərə gətirib çıxaracaq, “The Economist” nəşri belə proqnoz verib.

“The Economist Intelligence Unit” (EIU) tərəfindən aparılan bir araşdırma göstərib ki, əhalisinin 60 faizi 2022-ci ilin ortalarına qədər peyvənd vurulmayan ölkələr, 2022-2025-ci illərdə ÜDM-nin 2,3 trilyon dollarlıq hissəsini itirəcək. Bu məbləğin təxminən üçdə iki hissəsi inkişaf etməkdə olan ölkələrin payına düşəcək ki, bu da onların böhrandan sonrakı bərpasını daha da gecikdirəcək.

ÜDM payının qiymətləndirilməsinə görə ən böyük zərbəni Saxara səhrasından cənubda yerləşən Afrika ölkələri alacaq – ümumilikdə 2022-2025-ci illər üçün proqnozlaşdırılan səviyyədən üç faiz aşağı. Mütləq ifadədə peyvəndin aşağı templərinə görə Asiya daha çox zərərə düşəcək – regionun 1,7 trilyon dollar itirəcəyi proqnozlaşdırılır.

Tədqiqatda peyvənd kampaniyasının dünyada qeyri-bərabər irəlilədiyi qeyd olunub. Daha yüksək gəlir səviyyəsinə malik ölkələrdə avqust ayına qədər ən azı bir vaksin dozasını əhalinin təxminən 60 faizi əldə edib. Yoxsul ölkələrdə isə bu, cəmi 1 faiz təşkil edir. Proqramın icrasının ləngiməsi insanların narazılığına gətirib çıxarır, bu, digərlərindən ləng peyvəndlənmə gedən ölkələrdə sosial təlatümlər riskini artırır.

“Delta” – ştamının geniş yayılması da bir tərəfdən əlavə problemə çevrilib. Belə ki, hökumətlərin vaksinin sözügedən problemi səmərəli həll edə biləcəyinə olan ümidlərini şübhə altına salıb. Tədqiqatçılar qeyd etmişlər ki, siyasi liderlər koronavirusun yayılmasının məhdudlaşdırılması strategiyasını yenidən nəzərdən keçirməlidirlər ki, onu uzunmüddətli perspektivə uyğunlaşdırsınlar.

Yeni ştam və ləng peyvəndləmə tempi Asiyanın iqtisadiyyatına artıq zərbə vurub. Region şirkətlərinin sentyabr ayının yekunları üzrə mənfəəti, ehtimal ki, altı rüb ərzində ilk dəfə aşağı düşəcək, “Reuters” belə yazıb. Bölgənin cənub-şərqindəki fabriklərin məhsuldarlığı, 2020-ci ilin iyun ayından bu yana iyul ayında ən sürətli eniş göstərib.



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email