Mühasibatlıq Departamentinə Təcrübəçi tələb olunur

Təcrübəçiİşəgötürən: Manufacturing Company

Tələblər:

– İqtisadiyyat sahəsində ali təhsil müəssisəsini yeni bitirmiş olmalı;
– Öyrənməyə və inkişaf etməyə meyilli;
– Dil biliyi : Azərbaycan, İngilis və Rus dilində sərbəst danışmaq və yazmaq;
– Kompüter biliyi: Microsoft Office (xüsusilə Word və Excel) proqramlarında işləmək bacarığı;
– Yüksək ünsiyyət qurmaq və özünü təqdim etmək bacarıqları
– İşgüzarlıq;
– Stressə davamlı
– Staj qrafiki: müsahibə zamanı müzakirə olunacaq;
– Karyera yüksəlişi imkanı;

– Nəqliyyatla təminat
– Təcrübə proqramı ödənişsizdir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ünvan: Bakı şəh., Qaradağ r-nu, Salyan şossesi

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “Mühasibatlıq Departamentinə Təcrübəçi” qeyd edərək öz CV-lərini  / elektron ünvanına göndərməyi xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Daşınmaz əmlak satışı: Fiziki şəxsin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Daşınmaz əmlakVergi Məcəlləsinin 150.1.9-cu maddəsinə əsasən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2.-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin həmin Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur.

Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin həmin Məcəllənin 102.1.3.2-ci,  102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2.-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd olunanlara əsasən: Fiziki şəxsin yaşayış yeri üzrə 5 ildən az müddətdə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsindən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləği yaşayış sahəsini təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, yaşayış sahəsini satan şəxs 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, həmin yaşayış sahəsinin satışı sadələşdirilmiş vergidən azaddır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib üzrə vakansiya elan olunur

Mühasib üzrə vakansiya

  • İşəgötürən: Təmiz Qaz QSC
  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Nəhmətova
Həmçinin bax: 500 manat məvaciblə Mühasib axtarılır
İş barədə məlumat
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması və gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
– Elektron portal ilə işləmək
– Vergi və mühasibat uçotu üzrə təsərrüfat əməliyyatlarının müxabirləşməsinin aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Mal-materialların uçotunun aparılması
– Əsas vəsaitlərin uçotunun aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyati orqanlara təqdim edilməsi ilə bağlı işləmə xüsusiyyəti
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş yeri: Bakı şəhəri
– İş qrafiki: I-V günlər, tam iş vaxtı
– Həftədə 2 gün istirahət
– Əmək haqqı – 800 AZN
Namizədə tələblər
– Müvafiq sahədə 3 ildən yuxarı iş təcrübəsi
– MMUS-ni bilməli
– 1C 8.2 mühasibatlıq və UUP ilə işləmə bacarığı
– Ali iqtisadi təhsilli
– Yaş: 25-45
Seçim 3 mərhələdən ibarətdir:
– Vakansiya üzrə tələblərə uyğun namizədlərin seçilməsi
– Seçilmiş namizədlərə yazılı imahanın keçirilməsi ;
– Yekun müsahibəŞəkilsiz CV-lərə baxılmayacaqdır və yalnız seçilmiş CV-lərlə əlaqə saxlanılacaqdır.Mənbə: boss.az

Həmçinin bax: 800 manat məvaciblə Mühasib tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşəgötürənlərə qeyri-formal məşğulluğun mənfi nəticələri barədə məlumat verilib

posted in: Xəbər | 0
məşğulluqQeyri-formal məşğulluq qanunvericiliyə zidd olmaqla, əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaradır.
Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakının Binəqədi rayonunda işəgötürənlərin iştirakı ilə təşkil etdiyi seminarda diqqətə çatdırılıb.
Tədbirdə Xidmətin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xidməti ərazisində (Abşeron və Bakının Binəqədi rayonları) fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələri iştirak edib.
Seminarda “Pərakəndə ticarət iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan geniş bəhs olunub. Qeyd edilib ki, qeyri-rəsmi məşğulluq işçilərin sosial müdafiə sisteminə çıxışına imkan vermir, onların əmək hüquqlarının, o cümlədən əməyin mühafizəsinin təmin edilməməsinə, digər tərəfdən, əmək məhsuldarlığının aşağı düşməsinə, keyfiyyətsiz məhsul və xidmətlərin bazara çıxmasına səbəb olur. Ona görə də işəgötürənlər bu məsələyə daim məsuliyyətlə yanaşmalı və hər bir işçi ilə əmək münasibətlərini tam rəsmiləşdirməlidirlər.
“İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzusunda da işəgötürənlərə ətraflı məlumatlar verilib. İşçilərin məzuniyyət hüquqlarının təmin edilməsinin işəgötürənlərin əsas vəzifələrindən biri olduğu vurğulanıb. İşçilər üçün nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları və s. ilə bağlı Əmək Məcəlləsinin tələbləri diqqətə çatdırılıb, müvafiq izahatlar verilib.
Tədbirdə işəgötürənlərin müvafiq mövzularda sualları cavablandırılıb, iştirakçılara müfafiq mövzuları əhatə edən maarifləndirici çap materialları təqdim edilib. İşəgötürənlərin nümayəndələri də çıxış edərək əmək qanunvericiliyinə əməl olunması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, işçilərin məzuniyyət hüquqlarının təmin edilməsi sahələrində müəssisələrində görülən işləri qeyd ediblər.