Özbəkistanda aksiz dərəcəsi artacaq??

posted in: Vergi, Xəbər | 0
aksiz dərəcəsi
Özbəkistanda aksiz dərəcəsi artacaq??

Ölkənin Maliyyə Nazirliyi tütün məhsullarına tətbiq edilən aksiz vergisinin dərəcəsinin artırılması və bunun nəticəsinə ölkədə siqaretin qiymətinin 50 faiz artacağı ilə bağlı informasiyaları təkzib etmişdir. Nazirliyin açıqlamasında bildirilmişdir ki, 2018-ci il üçün aksiz vergisinin dərəcəsi Özbəkistan Prezidentinin 29 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiqlənmişdir. Aksiz markalarının dərəcəsi 2018-ci il yanvarın 1-də artırılmışdır və onun yenidən artırılacağı barədə informasiya əsassızdır.

Qeyd edək ki, bundan bir qədər əvvəl 2018-ci il büdcəsi ilə bağlı rəsmi proqnozda başqa məsələlərlə yanaşı, tütün məhsullarından və alkoqollu içkilərə tətbiq edilən aksiz markasının dərəcəsinin artırılacağı, eləcə də əmlak vergisinin azaldılacağı bildirilmişdir.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Moskvada qadın-mühasibi qarət edən şəxs Almaniyada ələ keçirilib

posted in: muhasibat, Xəbər | 0

mühasibAlmaniya hakimiyyət orqanları qarətdə iştirak edən 30 yaşlı Kirill Şumilovu Rusiya hüquq-mühafizə orqanlarına təhvil veriblər. Aralarında mühafizə xidmətinin əməkdaşı da olan qarətçilər mühasib qadına və qızına hücum ediblər və bir milyon rubldan çox vəsaiti oğurlayıblar. Barəsində hökm çıxarıldıqdan sonra Şumilov xaricə qaçmağa nail ola bilib.

Müəyyən edilib ki, Şumilov 2011-ci il iyunun 15-də üç nəfər tanışı ilə cinayət əlaqəsinə girib. Onlardan biri, xüsusi mühafizə xidməti müəssisəsində işləyən şəxs, mühasib-kassirin bir neçə müəssisənin işçilərinə əmək haqqı paylamaq üçün iri məbləğdə pul alacağı günü və vaxtı xəbər verib. Mühafizədə işləyən və onun şərikləri həmçinin qadının pul vəsaitlərini bankdan gözətçi olmadan alacağını ehtimal ediblər.

Qadın Moskvanın Leninskiy prospektində yerləşən banka öz şəxsi avtomobilində qızı ilə birgə gedib. Qarətçilər onları dövlət nömrə nişanı olmayan iki avtomobildə təqib ediblər.

Şumilov bankdan pulu alıb çıxan qadının qarxasınca gedib. Leninskiy prospektində 86 saylı binanın yanındakı “Perekrestok” mağazasının yaxınlığında, o və əlbir olduqları şəxslər qadının avtomobilinə hücum ediblər. Quldurlardan biri qadının oturduğu tərəfdən maşının qapısını açıb. Əlindəki kəlbətini göstərərək, onu ölümlə hədələyib, həmin şəxs bu zaman qızın qolundakı 15 min rubl dəyərində olan qolbağı da almağa müvəffəq olub.

Əlində kəlbətinlə qadının diqqətini yayındırdığından, dəstənin digər üzvləri avtomobildən pul olan çantanı və zərərçəkmişlərin şəxsi əşyalarını götürüblər. Onların ümumilikdə ələ keçirdikləri “qənimət” 1 milyon 278 min rubl təşkil edib.

Cinayət axtarışı əməkdaşları cinayətin planlaşdırılmasından əvvəlcədən məlumatlı olublarmış. O səbəbdən qarətçilərdən birini ələ keçirmək mümkün olub. Digər quldurlar isə qaçaraq aradan çıxa biliblər.

Oğurlanmış çantanı alaraq qaçan Şumilov və digər şübhəlilərin yeri tezliklə müəyyən edilib. Kirildən bir yerə getməmək barədə iltizam alınıb. Ona qarşı “bir qrup şəxsin əvvəlcədən əlbir olmaqla xüsusilə külli miqdarda əmlakın oğurlanması” maddəsilə cinayət işi qaldırılıb. Şumilovu 10 ilədək həbs cəzası gözləyirdi

Bu, bir epizodlu cinayət işinin istintaqı üç ilə yaxın çəkib. Yalnız 2014-cü il martın 25-də Moskva şəhərinin Çeremuşkinskiy rayon məhkəməsi Şumilov barəsində cəzasını ümumi rejimli islah koloniyasında çəkməklə 5,5 il müddətinə hökm çıxarıb. Lakin, Kiril məhkəmə hökmü çıxarılan gün zala gəlməyərək, qaçıb aradan çıxır. Onun barəsində axtarış elan edilir. Şumilov Almaniya ərazisində saxlanılır və o, Almaniyadan Rusiyaya ekstradisiya olunub.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir vergisinin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

posted in: Vergi, Xəbər | 0

İşçilərə hesablanmış əmək haqından gəlir vergisinin və sosial ayırmaların hesablanması qaydası, uyğunsuzluqların həlli

İşəgötürən tərəfindən işçilərin əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

Gəlir vergisinin hesablanması, tutulması, ödənilməsi və bəyan edilməsi

İşəgötürən tərəfindən Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq muzdla işləyən fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlayaraq onun əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirləri 2500 manatadək olduqda Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan və ölkə üzrə yaşayış minimumunun 1 misli məbləğində olan hissəsi (2018-ci il üzrə 173 manat) azaldılır və qalan hissədən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq 14 faizi dərəcə ilə, 2500 manatdan çox olduqda isə 2500 manata qədər olan hissədən 14 faiz, yəni 350 manat və 2500 manatdan çox olan hissədən 25 faiz dərəcə ilə ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulur və növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilir. Ödənilmiş vergilər “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən illik-növbəti ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən isə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyan edilməlidir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

POS-terminal vasitəsilə ödənilən məbləğin NKA-ya vurulmamasına görə bizi hansı cərimələr gözləyir?

posted in: Vergi, Xəbər | 0

Sual: ƏDV ödəyicisi olan fiziki şəxs ticarətlə məşğuldur. Obyektində POS-terminal və nəzarət kassa aparatı quraşdırılıb. Hər ikisindən istifadə edilir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan respublikasinin qanununa əsasən pos-terminala ödəniş edən müştəriyə çek də təqdim olunur. Qeyd etmək istərdim ki, ay ərzində həm nəzarət kassa aparatına, həm də POS-terminala mədaxil olan vəsaiti dövriyyə kimi hesabatlarda qeyd olunur, və yaranan 18% vergi öhdəliyi də büdcəyə ödənilir. Bilmək istərdim ki: pos-terminala mədaxil olan nağd şəkildə ödənişi əlavə olaraq nəzarət kassa aparatının yaddaşına da salmaq lazımdırmı ya yox? Nəyə əsasən? Və bunun nə kimi cəriməsi var?

Cavab: Bildiririk ki, malların alıcısına NKA çekinin verilməsi istehlakçının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu ilə bəyan edilən 14 gün ərzində qüsurlu malın geri qaytarılmasının və ya dəyişdirilməsinin təmin edilməsinə xidmət edir.

Belə ki, həmin Qanuna əsasən istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Məhz bu səbəbə görə pos-terminalla ödəniş edən şəxsə NKA çekinin verilməsi tələb olunur.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) satılan malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) NKA-nın çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

ƏDV tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir ki, buraya da nağd və ya nağdsız şəkildə edilmiş ödənişlər, avanslar və s. daxildir. Vergitutma məqsədləri üçün eyni məbləğin həm POS-terminala, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.

Təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri nağdsız qaydada POS-terminal vasitəsilə ödənilərkən həmin məbləğin NKA-ya mədaxil edilməməsinə görə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 58.7-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.9-cu16.1.11-1-ci58.7-ci və 173.2-ci maddələri, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 1995-ci il 19 sentyabr tarixli 1113 nömrəli Qanununun 7-ci və 17-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4-cü bəndi.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.