Balansı qorumaq həmişə vacibdir
Maliyyə hesabatları, müəssisənin müəyyən bir dövr ərzində iqtisadi və maliyyə vəziyyətini ümumiləşdirmək üçün hazırladığı hesabatlardır. Onlar şirkətin nəyə sahib olduğunu, nəyə borclu olduğunu, nə qazandığını və pul vəsaitlərinin hərəkətini izah edən rəqəmləri bir araya gətirir.
Hesabatların köməyi ilə siz ayrı-ayrı əməliyyatları dərindən araşdırmadan fəaliyyət göstəricilərini və maliyyə vəziyyətini anlamaq olar. Onlar menecerlərə nəticələri zamanla nəzərdən keçirmək üçün ardıcıl bir yol təqdim edir.
Beynəlxalq mühasibat uçotu standartlarına əsalanaraq hazırlanmış hesabatlar müxtəlif maraqlı tərəflərə (rəhbərlər, investorlar, analitiklər, kreditorlar və gündəlik qərarlar qəbul edən digər tərəflər) eyni dildə danışmağa kömək edir.
Maliyyə hesabatlılığının əsas məqamları
– maliyyə hesabatları aktivləri, öhdəlikləri, kapitalı, gəlirləri, xərcləri və pul vəsaitlərinin hərəkətini standart formatda ümumiləşdirir.
– əsas hesabatlar balans hesabatı, gəlir hesabatı, kapitalda dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatdır.
– bir çox şirkət həmçinin əsas bəyanatların nəyi göstərdiyini izah edən maliyyə hesabatlarına izahlı qeydləri də dərc edir.
– maliyyə hesabatlarının təhlili likvidliyi, ödəmə qabiliyyətini, gəlirliliyi və riski qiymətləndirməyə kömək edir.
Maliyyə hesabatları niyə tərtib olunur?
Çünki, onlar:
- biznesin maliyyə sağlamlığına dair strukturlaşdırılmış bir baxış təqdim edirlər. bu, investisiya, maliyyə və əməliyyat qərarları üçün vacibdir.
- sizə zamanla fəaliyyəti izləməyə imkan verir. tək bir dövr üçün məlumatlar biznes haqqında yanlış təsəvvür yarada bilər. maliyyə hesabatları gəlir, xərclər, borc və pul vəsaitlərində dəyişiklikləri müəyyən etməyə kömək edir.
- nəhayət, onlar hesabatlılıq yaradırlar: ardıcıl standartlara uyğun tərtib edilən hesabat əsasında ehtimalları sorğulamaq və nəticələrin nəyə əsaslandığını yoxlamaq daha asan olur.
Maliyyə hesabatlarının elementləri
Maliyyə hesabatları əməliyyatların və digər hadisələrin maliyyə təsirlərini iqtisadi xüsusiyyətlərinə görə geniş siniflərdə qruplaşdırmaqla təsvir edir. Bu geniş siniflər maliyyə hesabatlarının elementləri adlanır. Balans hesabatında maliyyə vəziyyətinin ölçülməsi ilə birbaşa əlaqəli elementlər aktivlər, öhdəliklər və kapitaldır. Mənfəət və zərər haqqında hesabatda fəaliyyətin ölçülməsi ilə birbaşa əlaqəli elementlər gəlir və xərclərdir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat adətən mənfəət və zərər haqqında hesabat elementlərini və balans hesabatı elementlərindəki dəyişiklikləri əks etdirir; odur ki, Konseptual Çərçivə bu hesabata xas olan heç bir element müəyyən etmir.
Balans hesabatının elementləri
Aktiv – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır (resursdur).
Öhdəlik – müəssisənin kеçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatlarının (resurslarının) müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur.
Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir.
Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə aktivdən istifadə olunması və ya onun xaric olması nəticəsində aşağıda göstərilən formalardayaranır:
(a) müəssisəyə daxil olması gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin potensial artımı;
(b) müəssisədən xaric olması gözlənilən ekvivalentlərinin pul vəsaitlərinin və ya onların potensial azalması.
Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə bu aktivin satışı, pul vəsaitlərinə və ya onların ekvivalentlərinə çevrilməsi (məsələn, qazanılmış faizlər üzrə debitor borclarının ödənilməsi) və ya ondan istifadə edilməklə istehsal olunmuş məhsulun satışı nəticəsində müəssisəyə daxil ola bilər. Aktivin istifadəsi nəticəsində gələcək iqtisadi səmərənin əldə olunması pul vəsaitlərinin və ya onların ekvivalentlərinin xaric olmasının azaldılması ilə ifadə oluna bilər. Məsələn, müəssisə tərəfindən təmizləyici qurğunun əldə edilməsi nəticəsində ətraf mühitin çirkləndirilməsi üzrə cərimə ödənişlərinin azalması şəklində yaranan qənaətin əldə olunması .
Mənfəət və zərər haqqında hesabatın elementləri
Gəlir – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.
Xərc – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.
Kapitalın saxlanılmasını təmin edən düzəlişlər
Müəssisənin aktivlərinin və öhdəliklərinin dəyərinin yenidənqiymətləndirilməsi və ya yenidən müəyyənləşdirilməsi kapitalda artımı və ya azalmanı yaradır. Bu artımın və ya azalmanın gəlir və xərc anlayışlarına uyğun gəlməsinə baxmayaraq kapitalın saxlanılmasının müəyyən konsepsiyalarına müvafiq olaraq onlar Mənfəət və zərər haqqında hesabatda təqdim edilmir. Bu artım və ya azalma kapitalın saxlanılmasına düzəlişlər və ya yenidənqiymətləndirmə üzrə ehtiyat adı altında müvafiq olaraq Mühasibat balansında və Kapitalda dəyişikliklər haqqında hesabatda əks olunur. (Bax: Kapitalın Saxlanılması üzrə konsepsiyaların açıqlanması bu konseptual əsasların 46-52-ci maddələrində öz əksini tapmışdır)
