Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları təsdiq edilib

posted in: Xəbər | 0
birbank biznes

kassa əməliyyatları, Nağd pul vəsaitinin uçotu, Əmək qabiliyyəti, müavinət, Xüsusi karantin rejimi, icbari tibbi sığorta, Dövlət büdcəsi, gömrül rüsumları, gömrük rüsumlarının dərəcələri, Vahid büdcə təsnifatı , Ölkəyə mal gətirilməsi, işçilərin sayı ilə bağlı məhdudiyyət, Karantin rejimi yumşaldılır, Xüsusi karantin rejiminin sərtləşdirilməsi, Sərtləşdirilmiş xüsusi karantin rejimi, Riskli vergi, karantin rejimi yenidən uzadıldı, Sərt karantin rejimi, e-qaimə fakturanın Vahid Forması, E-qaimə faktura, dövlət dəstəyi, Elektron alış aktı, ictimai iaşə, müştəri qəbulu, Xüsusi karantin rejimi, karantin rejimi, 190 manatlıq birdəfəlik ödəmə, Xidməti vəsiqə, işləməyəcək yerlər, Təşkilatlarda çalışanlar, həftəsonu qadağası, həftə sonu qadağası, Vahid büdcə təsnifatı, Kənd təsərrüfatı, təlim, dərslər dayandırıldı, karantin dövrü artırılır, sahibkarlıq subyektləri, Özünüməşğulluğun təşkili, Müavinətlər, karantin rejiminin müddəti uzadıldı, vergi ödəyiciləri, Müvəqqəti vergi rejimi, idxal, digər rayonlara getmək, ƏDV-dən azad, , əmək haqqı, Karantin qaydaları, xüsusi karantin rejimi, sərəncam,işçi qrupların tərkibi, iş yerlərinin standartları, məzuniyyət, tibb müəssisəsinə təhkimolunma, sahibkarlara dəstək, Vergidən azadolunma məqsədləri, Novruz bayramı, İdxal gömrük rüsumları, Koronavirus, təlim-tədris dayandırıldı, gömrük rüsumları, Nazirlər Kabineti, aksiz dərəcələri, məhsul, gömrük güzəştlərinin tətbiqi, vergi, Gömrük rüsumları ,vəsait, nağdsız, qiymətləndirilmə, KOB indeksi, Turizm Reyestri, Publik hüquqi şəxs, Dövlət qulluğuna qəbul, Dövlət qulluğuna qəbul, İcbari tibbi sığorta, yanacaq ehtiyatı, , Vahid büdcə təsnifatı, İcbari tibbi sığorta, hüquqi şəxs, Hüquqi şəxslərin dövlət reyestri, gömrük rüsumu, kvalifikasiya standartının hazırlanması, Peşə, idxal, ixrac,məzuniyyət hesablanması, gömrük rüsumları, idxal, ixrac,İş və istirahət günləri, dövlət reyestrinin aparılması hüquqi“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 7 oktyabr 2020-ci il
№ 377

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 7 oktyabr
tarixli 377 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Uyğunluq sertifikatının forması, uyğunluq
nişanından istifadə və verilməsi
QAYDALARI
1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.3-cü maddəsinə uyğun olaraq uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.2.1. milli standartlaşdırma qurumu – Qanunun 1.0.18-ci maddəsinə əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs;

1.2.2. uyğunluğun qiymətləndirilməsi – malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.2.3. uyğunluğun qiymətləndirilməsinin obyektləri – mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodları.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulan mənaları ifadə edir.

2. Uyğunluq sertifikatının forması

2.1. Uyğunluq sertifikatının aşağıdakı formaları tərtib edilir:

2.1.1. malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı;

2.1.2. mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı.

2.2. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndləri ilə müəyyən edilən uyğunluq sertifikatlarında aşağıdakı məlumatlar göstərilir:

2.2.1. sertifikatın adı;

2.2.2. sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi;

2.2.3. blankın qeydiyyat nömrəsi;

2.2.4. sertifikatın verilmə tarixi;

2.2.5. sertifikatın qeydiyyat nömrəsi;

2.2.6. sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı;

2.2.7. standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi;

2.2.8. sertifikatın verilmə əsası;

2.2.9. əlavə məlumat (olduqda);

2.2.10. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı;

2.2.11. möhür yeri (olduqda).

2.3. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilənlərdən əlavə malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir.

2.4. Uyğunluq sertifikatı dövlət dilində tərtib edilir.

2.5. Dövlət dilində tərtib edilmiş uyğunluq sertifikatı digər dillərə tərcümə edildikdə tərcümənin düzgünlüyü notariat qaydasında təsdiqlənməlidir.

2.6. Malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

2.7. Uyğunluq sertifikatı tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud zədələnmiş sertifikatlar etibarsızdır.

3. Uyğunluq nişanından istifadə və onun verilməsi

3.1. Uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifikatlaşdırılmasını bildirir.

3.2. Uyğunluq nişanının forması bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilir.

3.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatı ilə təmin edilmiş uyğunluğun qiymətləndirilməsinin obyektlərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanı tətbiq edilə bilər.

3.4. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz.

3.5. Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə müşayiət olunmaya bilər.

3.6. Uyğunluq sertifikatı ilə təmin edilmiş malın partiyası uyğunluq sertifikatının surəti ilə müşayiət edilir.

3.7. Uyğunluq nişanı aydın görünən olmalı və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malın uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.

3.8. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə sertifikatlaşdırılmamış mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir.

3.9. Qanunun 13.5-ci maddəsinə uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edildikdə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin iştirakı ilə tətbiq edilmək üçün hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən tamamilə məhv edilmə ilə nəticələnən, onların sonrakı bərpası və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir. Məhvetmə 2 (iki) nüsxədə tərtib edilmiş akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin imzası ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir. Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin adı, soyadı, atasının adı (hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin adı, soyadı və atasının adı), akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı, ünvanı və onun səlahiyyətli nümayəndəsinin adı, soyadı, atasının adı, nişanların məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən nişanların sayı göstərilir.

Faylları yükləyin:

Mənbə: nk.gov.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email