Azərbaycanda vergi uçotuna alınmamış obyektlərin sahibləri cərimə ödəyəcək

posted in: Xəbər | 0
birbank biznes

Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıVergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri də bu ildən təsərrüfat subyektinin (obyektinin) vergi orqanlarında uçota alınmamasına və yaxud təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat, digər şəxslərə münasibətdə isə 400 manat maliyyə sanksiyasının tətbiq edilməsidir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, dəyişikliyə qədər Vergi Məcəlləsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin istifadə etdiyi təsərrüfat subyektinin (obyektinin) uçota alınmamasına və uçota alınmış təsərrüfat subyekti (obyekti) barədə düzgün olmayan məlumatların təqdim edilməsinə görə, hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmurdu. Lakin təcrübədə bəzi vergi ödəyiciləri təsərrüfat subyektləri (obyektləri) barədə uçot məlumatlarını vergi orqanlarına ya ümumiyyətlə təqdim etmir, ya da düzgün təqdim etmirdi ki, bu da uçot-baza məlumatları əsasında düzgün təhlillər aparılmasına və ödəyici barəsində düzgün təsəvvür formalaşmasına mane olurdu.

Bu səbəbdən edilmiş dəyişiklik uçot intizamının yüksəldilməsi və vergi ödəyicisinin uçot məlumatları barədə vergi orqanlarında düzgün və ətraflı məlumatların toplanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Mənbə: report.az


Print Friendly, PDF & Email