Bildiyimiz kimi, 2018-ci il 1 yanvar tarixindən ölkə üzrə yaşayış minimumu 173 manat təyin edilmişdir. (Yaşayış minimumu təsdiq edilib). Bundan başqa “İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvar ayının 1-dən etibarən qüvvəyə minir ki, bu qanuna əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir:
- Sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi;
- Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi.
Bütün bunlar özlüyündə Əmək haqqının hesablanmasına öz təsirini göstərir. Məsələn, aylıq 500 manat əmək haqqısı olan işçinin 2017 və 2018-ci il üçün Əmək haqqından tutulmalarının müqayisəli şəkildə hesablanması aşağıdakı kimi olacaqdır:
2017 | 2018 | |||||
Əmək Haqqı Məbləği | 500 | 500,00 | ||||
Gəlir vergisi | 48,30 | 45,78 | ||||
Pensiya Fondu 3% | 15,00 | 15,00 | ||||
İşsizikdən Sığorta Haqqı(sığortaolunan tərəfindən) | 0 | 2,5 | ||||
Pensiya Fondu 22% | 110 | 110 | ||||
İşsizikdən Sığorta Haqqı (sığortaedən tərəfindən) | 0 | 2,5 | ||||
İşçinin aldığı net əmək haqqı | 436,70 | 436,72 |
2018-ci il üçün nümunəvi əmək haqqı cədvəlini aşağıdakı linkdən yükləyə bilərsiniz. (əmək haqqı cədvəli 2018)
2018-ci il üçün əməkhaqqı cədvəli
P.S. 2018-ci il üçün Vergi Məcəlləsində Gəlir vergisi dərəcələrində dəyişiklik olarsa, yenilənmiş formanı diqqətinizə çatdıracağıq.
4 Responses
Fama
salam .Men Gozellik salonu acmaq isteyirem ve bilmek isteyirem memnen gelir vergisi ne qeder tutula biler
cemasib
Emek haqqinin hesablanmasi
Ziya
Salam,
2018-ci il üçün Əmək haqqı cədvəlinizdə M sütununda Gəlir vergisi hesablanan xanalarda, nə üçün funksiyanı bu qədər uzun yazdığınızı bilmək istərdim:
=IF(L12<=173,0,IF(L12=2500,L12<2500),L12*14%,350+(L12-2500)*25%)))
Məncə bu funksiya daha optimaldır:
=IF(L11<=173,0,IF(L11<=2500,(L11-173)*14%,350+(L11-2500)*25%))
kərim
Salam bəs işçinin əlavəiş yeridirsəbu hesablamar nə qaydada olur gəlir vergisi aydındı bəs 0.5% ?