Vergilər Nazirliyi markalanmış mal və məhsulların mənşəyinin müəyyən edilməsi və izlənməsi ilə bağlı yeni qanun hazırlayır.
Bunu Vergilər Nazirinin müavini İlkin Vəliyev deyib.
İlkin Vəliyevin sözlərinə görə, “Track & trace” (təqib et və izlə) məsələlərini özündə əks etdirən yeni qanunvericilik bazası bu ilin ortalarınadək hazır olacaq: “Hazırda qaydaların hazırlanması prosesi gedir. Yalnız qanunvericilik bazası ilin ortalarına qədər hazırlanıb tamamlanacaq. Amma tətbiqi bir qədər vaxt apara bilər”.