Azərbaycan vətəndaşı olan Zahid Əlimuradov fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında yerli vergi orqanına elektron ərizə göndərərək bəyan ediləcək heç bir məlumatının olmadığını bildirib. Bu halda, onunla bağlı səyyar vergi yoxlaması keçirilə bilərmi? Fiziki şəxslərin vergi uçotundan çıxarılması haqqında göndərdiyi ərizəni ləğv edə bilərmi?
Vergilər Nazirliyindən bildirilib ki, vergi uçotundan çıxarılanadək vergi ödəyicisinin uçota alınması barədə vergi şəhadətnaməsi, ƏDV ödəyicisi olduğu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizə, təsərrüfat subyekti (obyekti) olduğu halda, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizə, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) NKA qeydiyyatda olduğu halda NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə, aktiv bank hesablarının bağlanması barədə həmin hesabların açıldığı bank idarələrinin arayışları, təqdim edilməmiş bəyannamələr (hesabatlar) təqdim edilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi, habelə təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminallar olduğu halda, həmin POS-terminalların qeydiyyatdan çıxarılması təmin edilməlidir.
Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti daxil olduqda, həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər. Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarılaraq ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir. Ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, vergi uçotunuzun ləğv olunmadığı halda, ərizənizin icrasına xitam verilməsi barədə uçotda olduğunuz vergi orqanına yenidən müraciət edə bilərsiniz.
Vergi ödəyicisi kimi uçotunuz ləğv olunduğu halda isə fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməlisiniz.
Mənbə: vergiler.az
Bax:
Pandemiya ilə bağlı alınan maliyyə dəstəyi vergi uçotunda necə əks etdirilməlidir?
Gəlir vergisindən güzəşt əldə etmək üçün hansı sənədlər lazımdır?
Obyekt valideynin adına olduqda icarə müqaviləsi bağlanılmalıdır?
Yararsız malların uçotdan silinməsi gəlirdən çıxılır?
VÖEN-i olmayan şəxsdən mal aldıqda onu necə rəsmiləşdirməliyik?
Mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir?
POS-terminal ilə satış zamanı ƏDV tutulan əməliyyatın aparıldığı vaxt hansı tarixdir?
İnventarlaşdırma nəticəsində olan artıq gəlmə vergi öhdəliyi yaradır?
Qonorardan sosial sığorta haqqı hesablanmalıdır?
İşçinin əmək haqqından işəgötürən tərəfindən həyata keçirilən tutulmalar hansılardır?