“Əmək Məcəlləsi”nə ediləcək dəyişikliklər kənd təsərrüfatında müddətli mövsümi əmək müqavilələrinin bağlanmasını qadağan etmir. Belə ki, sözügedən məcəllənin 47-ci maddəsinə uyğun alaraq müddətli əmək müqaviləsinin bağlanması mümkündür.
Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Həmin maddəyə əsasən, təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə ilboyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı, eləcə də işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqavilələri bağlana bilər. Bu isə o deməkdir ki, kənd təsərrüfatında da mövsümü işlərin yerinə yetirilməsi zamanı bu növ müqavilələrdən istifadə oluna biləcək.
Məcəlləyə əsasən, işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda da müddətli əmək müqaviləsi bağlanıla bilər.
Dəyişikliklə qanunvericiliyə əmək münasibətləri ilə bağlı aydın və ölçülə bilən meyarlar daxil edilir. Eyni zamanda, dəyişiklik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmilləşdirilməsini yolverilməz hesab etsə də bu hal müddətli əmək müqavilələrin bağlanmasını qadağan etmir”, – deyə deputat qeyd edib.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisinin son plenar iclasında ikinci oxunuşda qəbul olunub.
Mənbə: vergiler.az
Bax:
Ezamiyyədə olan işçinin maaşının hesablanması
Auditor rəyi malların mədaxilini təsdiq edən sənəd hesab olunurmu?
Əməliyyatın düzgün sənədləşdirilməməsinə görə maliyyə sanksiyası
Xarici ölkədə çalışan Azərbaycan vətəndaşı hansı hallarda öz ölkəsində gəlir vergisi ödəməlidir?
İxtisar olunan işçilərə müavinət necə hesablanır?
Satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı?
İxtisar olunan işçilərə müavinət necə hesablanır?