“Apple” şirkəti rüblük, rekord məbləğdə – 21,7 milyard dollarlıq mənfəət barədə hesabat verib. Bu, şirkətin 45 illik tarixində ən yaxşı nəticədir, deyə “The Wall Street Journal” bildirir.
İyun ayında sona çatan ikinci rübdə IT nəhənginin gəlirləri əvvəlki illə müqayisədə 36 faiz artıb və 81,4 milyard dollar təşkil edib. Bundan əlavə, iPhone satışından əldə edilən gəlir də ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,41 milyard dollardan 39,57 milyarda qədər artıb.
Bundan əvvəl iyul ayının əvvəlində şirkət çiplərin çatışmazlığı səbəbindən Mac və iPad istehsalı ilə bağlı problemləri olduğunu açıqlamışdı. Analitiklər, ehtimal ki, bu səbəbdən “Apple” səhmlərinin düşməsinə gətirib çıxaracaq gəlir artımının yavaşlamasını proqnozlaşdırmışdılar. Şirkətin baş direktoru Tim Kuk qeyd edib ki, “Apple” öz məhsullarına detalların vaxtında çatdırılması ilə bağlı hələ də çətinlik çəkir.