2500 manat məvaciblə Baş mühasib tələb olunur

mühasibVəzifə: Baş Mühasib

İşəgötürən: PKF Audit Azerbaijan

Vakansiya haqqında

Əmək haqqı: 1200 – 2500 AZN
Yaş həddi: 25 – 35
İş rejimi: 09:00 – 18:00  5/7
İş yeri: Bakı

Bax: 1 ildən az təcrübəsi olan mühasib köməkçisi tələb olunur

Vəzifə öhdəlikləri

– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Vergi ödənişlərinə nəzarət etmək
– Vergi bəyannamələrini yığmaq
– Daxili nəzarət (audit)
– Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
– Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
– İşçilərə nəzarət və təlim
– İlkin sənədlərə nəzarət

Tələb olunan bilik və bacarıqlar

– Müvafiq sahədə ali təhsil
– Müvafiq təcrübə (minimum üç illik)

– 1C Mühasibat Proqramının peşəkar biliyi
– Excel və Word proqramlarının peşəkar biliyi
– Vergi Məcəlləsi
– Müvafiq sertifikatlar üstünlük sayılacaq

Bax: Bölgəyə 1 il iş təcrübəsi olan Mühasib tələb olunur

CV-ni hara göndərmək lazımdır?

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini  / electron ünvanına mövzu yerinə ’’Baş Mühasib’’ yazaraq göndərməsi xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu ölkədə az gəlirli vətəndaşların vergisi azaldılacaq

posted in: Vergi, Xəbər | 0

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev təşəbbüs irəli sürərək bəyan etmişdi ki, ölkədə aparılan islahatlar sadə (aşağı gəlirli) insanların dəstəklənməsinə yönəldilməlidir. Artıq parlamentin qəbul etdiyi qanuna əsasən, 2019-cu il yanvarın 1-dən az gəlirli qazaxıstanlıların vergiləri aşağı salınacaq.

Bax: Torpaq vergisinin ödəyiciləri

Prezidentin təşəbbüsünə əsasən, 2018-ci il üzrə aylıq gəliri 60.125 tengedən (164 ABŞ dolları) aşağı olan vətəndaşlardan fərdi gəlir vergisi 10 dəfə az tutulacaq. Hökumət hesab edir ki, bu qanunun qüvvəyə minməsi nəticəsində 2 milyondan artıq vətəndaşın maaşında artım olacaq və bu zaman işəgötürənlərin maliyyə yükü ağırlaşmayacaq. Bununla yanaşı, Baş nazirin müavini Erbolat Dosayev açıqlama verərək qeyd etmişdir ki, qanuna dəyişikliklər nəticəsində qarşıdakı üç il ərzində yerli büdcələr 94 milyard tenge (təxminən 256,5 milyon dollar) vəsait itirəcək. 2019-cu ildə güzəştə görə yığılmayacaq 29 milyard tenge (80 milyon dollar) isə dövlətin büdcəsindən kompensasiya ediləcək.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1 ildən az təcrübəsi olan mühasib köməkçisi tələb olunur

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Tax Clinic MMC

  • Şəhər: Bakı
  • Yaş: 21 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Aysel xanım
Bax: Maliyyə Bazarlarına Nəzarət Palatası Mühasib axtarır
İş barədə məlumat
– Mühasibat uçotunun aparılması
– Dövlət orqanlarına hesabatların təqdim edilməsi
– Vergi uçotunun aparılmsı
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İstirahət gunləri: qeyri iş günləri

 

Namizədə tələblər

– Müvafiq sahədə ali təhsil
– Ofis proqramlarını bilməli
– İşində məsuliyyətli olmalı
– Riyazi savadı və məntiqi düşünmə qabiliyyəti olmalı

Mənbə: boss.az

Bax: Mühasib – operator tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib

posted in: bank, Xəbər | 0

açıq valyutaMaliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyəti “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”nı təsdiq edib.

Qaydalar Azərbaycan Respublikası Qanununun 34.2.11-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları (bundan sonra – banklar) üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.

Bax: Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Qanunda kiçik dəyişiklik edilib

Açıq valyuta mövqeyi bankın ayrı-ayrı xarici valyutalarda, habelə bank metallarında balans və balansdankənar tələblərinin və balans və balansdankənar öhdəliklərinin məbləğləri arasındakı fərq, qısa açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta öhdəlikləri məbləğinin onun tələbləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi, uzun açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi, məcmu açıq valyuta mövqeyi bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstərici, qapalı valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyidir.

Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq olunur:

– müddəti bir ilədək olduqda – 20 faizlə (kreditə konvertasiya əmsalı – 0,2);

– müddəti bir ildən çox olduqda – 50 faizlə (kreditə konvertasiya əmsalı – 0,5);

– müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verildikdə – 10 faizlə (kreditə konvertasiya əmsalı – 0,1).

Qaydalara görə, açıq valyuta mövqeyi hesablanarkən ehtiyat hesabına balansdan silinmiş və balansdankənar hesablarda uçotu aparılan aktivlər istisna edilir. Açıq valyuta mövqeyi hesablanarkən balans aktivləri müvafiq ehtiyatlar (adi və məqsədli ehtiyatlar) çıxılmaqla nəzərə alınır. Bank tərəfindən bağlanmış bütün hedcləşdirmə müqavilələri açıq valyuta mövqeyinin hesablanması zamanı nəzərə alınır. Bank tərəfindən hedc müqaviləsi bağlandığı halda, Azərbaycan Respubikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (Palata) və Mərkəzi Banka bu barədə məlumat təqdim olunur. Təqdim olunan məlumatın forması Palata tərəfindən müəyyən olunur. Bağlanmış hedc müqaviləsi icra olunmadıqda, bu barədə bank tərəfindən Palataya məlumat verilir və Palatanın müraciəti əsasında hedc müqaviləsi Mərkəzi Bank tərəfindən icra edilə bilər.

Bax: Vəfat edən şəxslərin krediti ümidsiz sayılacaq

Açıq valyuta mövqeyi hesablanarkən balansdankənar öhdəliklər xalis məbləğdə (depozit hesabındakı vəsaitlərlə və uzunmüddətli öhdəlikləri üzrə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik olan bankların, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 2 pillə aşağı olan bankların qarantiyaları ilə təmin olunmuş hissə çıxılmaqla) nəzərə alınır.

Qeyd edək ki, açıq valyuta mövqeyi hesablanarkən struktur valyuta mövqeləri nəzərə alınmır. Açıq valyuta mövqeyi bank tərəfindən günlük əsasda sərbəst dönərli və qapalı valyutalar üçün günün məzənnəsi əsasında hesablanır.

Xarici valyuta məzənnəsinin və bank metallarının dəyərinin dəyişməsi ilə bağlı risklərin məhdudlaşdırılması məqsədi ilə açıq valyuta mövqeyi limiti bu aşağıda müəyyən edilən hədlərdən çox olmamalıdır:

Açıq valyuta mövqeyi SDV üzrə Qapalı valyutalar üzrə Bank metalları üzrə
Uzun açıq valyuta mövqeyi (bir valyuta üzrə) 10% 7%
Qısa açıq valyuta mövqeyi (bir valyuta üzrə) 10% 7%
Məcmu uzun açıq valyuta mövqeyi 20% 14% 3 %
Məcmu qısa açıq valyuta mövqeyi 20% 14% 3 %

Açıq valyuta mövqeyi limitləri əməliyyat günü ərzində bankların açdıqları valyuta mövqeləri nəzərə alınmadan yalnız əməliyyat gününün yekun göstəricilərinə şamil edilir.

Qeyd edək ki, açıq valyuta mövqeyinə dair günlük, həftəlik və aylıq əsaslarda hazırlanmış hesabatlar bu qaydalarda müəyyən edilmiş formada hazırlanır. Açıq valyuta mövqeyinə dair günlük hesabat növbəti iş günü saat 15:00-dək, günlər üzrə tərtib olunmuş həftəlik hesabatlar növbəti həftənin ilk iş günü, aylıq hesabatlar növbəti ayın ilk iş günü Palataya təqdim edilir. Hesabata həm ölkə daxilində, həm də ölkə xaricində yerləşən filial və şöbələr üzrə icmal məlumatlar daxil edilir. Azərbaycan Respublikası ərazisindən kənarda filial və şöbəyə malik olan banklar, həmçinin bu filial və şöbələrə dair məlumatların əks olunmadığı hesabatı da təqdim edir.

Xatırlaqdaq ki, yeni qaydalar 2019-cu ilin martın 1-dən qüvvəyə minəcək.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.