2018-ci ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergilər2018-ci ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin noyabr ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə bəyannaməni növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2018-ci ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 4-cü rübü üzrə bəyannamə növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələr üçün Mühasib üzrə vakansiya

MühasibVəzifə: Mühasib

İşəgötürən: Humboldt

  • Şəhər: Bakı
  • Yaş: 18 – 25 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Fuad Babayev
Bax: 1 ildən az təcrübəsi olan mühasib köməkçisi tələb olunur
İş barədə məlumat
– Humboldt Alman dili və iş mərkəzinin daxili və xarici mühasibatını aparmaq
– Axşam gələn tələbələrə kurs barədə məlumat vermək və ödənişləri almaq
– Əməkdaşların maaşlarının hesablanması
– Dövlət orqanlarına vergi hesabatlarının verilməsi (bu məslədə dəstək veriləcək)
– İş qrafiki: 1-6 günlər, saat 18:00-dan 22:00-dək
Namizədə tələblər
– Mühasibat təhsili
– Excel və ya 1C mühasibat proqramında işləmə bacarığı
– Axşam növbəsində işləmək
– Yalnız oğlan işçilər axtarılır
– Mühasibat oxuyan tələbələrə üstünlük verilir
Müraciət üçün xahiş olunur CV göndərəsiniz.

Bax: Maliyyə Bazarlarına Nəzarət Palatası Mühasib axtarır

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Facebook-un ƏDV ilə bağlı yeni qərarı

posted in: Vergi, Xəbər | 0

ƏDV“Facebook” sosial şəbəkəsi 2019-cu  ilin yanvar ayından başlayaraq Rusiyada qeydiyyatda olan istifadəçilərin reklam alışına 20% həddində əlavə dəyər vergisi  tətbiq edəcək. Şirkətdən verilən məlumata görə bu yenilik  Rusiyanın bütün reklam hesablarına aid olacaq.

Bax: Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

Qeyd olunur ki, vergi reklamın kommersiya və ya şəxsi məqsədlər üçün yerləşdirilməsindən asılı olmayaraq tutulacaq.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu işçilərin orta aylıq əməkhaqqısı artıb

posted in: Xəbər | 0

əməkhaqqıYanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3059,0 manat, qeyri-neft sektorunda 483,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 691,2 manat olub.

Bax: Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

Mənbə: azertag.az