Mühasiblər üçün psixoterapiya

MühasiblərMühasiblər üçün psixoterapiya və ya 10 mühüm qayda

1-ci hissə

Bizlərin çoxunda  daimi stresin səbəbi ətrafımızdakı həqiqətin təhrifedici bir hiss kimi qavranılmasıdır. Öz növbəsində bu cür qavrama çox vaxt həyat haqqında ardıcıl olmayan və ziddiyyətli təsəvvürlərdən qaynaqlanır.

İnsanın təsəvvüründəki aləmə təsir vasitəsi kimi istifadə olunan məntiqi düşüncə metodu stresin miqyasının dəfələrlə azalmasına kömək edir. Bu metod rasional psixoterapiya adlanır. O, kütləvi üsullardan ibarətdir, lakin biz,  xüsusilə, məhz  mühasiblər üçün əhəmiyyətli olan qaydalara diqqət yetirmək istərdik.
Mühasibat Uçotu Kursları

1-ci Qayda.

Öz səlahiyyət sahənizi müəyyən edin

Həmişə konkret olaraq nəyə cavabdeh olduğunuzu dəqiq bilməlisiniz. Şirkətlərin vəziyyəti ilə əlaqəli ortaya çıxan problemləri öz üzərinizə yıxmaq lazım deyil. Siz ümumilikdə bütün biznesə görə deyil, yalnız öz işinizə görə cavabdehsiniz. O, necə inkişaf edəcək, bax bu, mülkiyyət sahiblərindən, direktordan asılıdır, sizdən yox. Direktor və ya sahibkarın işlərin aparılmasında riskli üsullardan istifadə etmələrində siz təqsirkar deyilsiniz. Mənfi nəticələr sizin deyil, onların fəaliyyəti, onların səhvləri nəticəsində  ortaya çıxıb. Buna görə strateji cəhətdən səhvə yol verən sözügedən rəhbər işçilər məsuliyyət daşıyırlar, siz yox! Çünki siz zamanında bütün risklərlə bağlı xəbərdarlıqlarınızı onların diqqətinə çatdırmısınız.

İkinci bir tərəfdən, problem hansısa obyektiv səbəb üzündən ortaya çıxırsa belə, buna görə də özünüzü üzməyə dəyməz. Tutaq ki, şirkət mal almaq üçün kredit götürüb, həmin mallar gömrükdə “asılıb qalıb”. Sizin işiniz – hər şeyi düzgün yerinə yetirməkdən ibarətdir: zəruri olan sənədləri tərtib etmək, ola bilsin, kreditin ödənişinə nəzart etmək, lazım olan yerə pul ödənişlərini müddətində yerinə yetirmək, bundan artığına gərək də yoxdur! Rəhbərlik nə qədər istəyir özünü dağıtsın, bunun sizə heç bir aidiyyatı yoxdur. Bu mühasibin nəzarətinə aid məsələ deyil!

Bu cür yanaşma metodu sizə emosiyalar altında deyil, dərk olunmuş seçim üzrə işləməyə yardım edəcək. Biz bütün dünyada baş verənlərə nəzarət etməyə cəhd göstərməməliyik və bunu edə də bilmərik, amma biz öz səlahiyyətimizdə olanlara təsir edə bilərik və təsir etməliyik də.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib

posted in: Vergi, Xəbər | 0

görüşNoyabrın 21-də Vergilər Nazirliyində iqtisadçı-ekspertlərlə görüş keçirilib. Görüşün məqsədi cəmiyyətə, o cümlədən vergi ödəyicilərinə məlumatların tam, dəqiq və dolğun çatdırılması, yaranacaq sualların vaxtında və hərtərəfli cavablandırılması, izahat işlərinin düzgün istiqamətdə qurulması üçün kütləvi informasiya vasitələrinin mütəmadi müraicət etdiyi iqtisadçı-ekspertlərin mövzu barədə ərtaflı məlumatlandırılması, onların sual və təkliflərinin dinlənilməsindən ibarət olub.

Bax: Bölüşdürülməmiş mənfəətin xərcə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaradırmı?

Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanovun iştirak etdiyi  görüşdə Vergilər Nazirliyi tərəfindən vergi sahəsində aparılan islahatlar, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri müzakirə edilib. Tədbirdə nazirliyin rəhbər vəzifəli şəxslərinin vergi qanunvericiliyinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimatları dinlənilib, ekspertlərin sualları cavablandırılıb, səsləndirdikləri təkliflər qeydə alınıb.

Mənbə: taxes.gov.az

Bax: Azərbaycanda 25 yerli şirkət ləğv olundu

Mühasibat Uçotu Kursları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Müxtəlif sahələr üzrə Ödənişli təcrübə proqramı

ödənişli təcrübəMüxtəlif sahələr üzrə Ödənişli təcrübə proqramı

Şirkət:  A+CO MMC

İş qrafiki: 6 günlük

Əmək haqqı: 145 AZN

A+CO MMC (Xırdalan Şərab) bakalavr və magistr pilləsinin yeni bitirən məzunlar üçün yeni Ödənişli təcrübə proqramı elan edir.
Bax: 900 manat məvaciblə Mühasib tələb olunur

Təcrübə Proqramına aşağıda qeyd edilən sahələr üzrə qəbul edilir.

1. İnsan Resursları (xanım namizədlər)
2. İstehsalın planlaması (xanım namizədlər)
3. İnformasiya Texnologiyaları (kişi namizədlər)
4. Maliyyə (xanım namizədlər)
5. Laboratoriya (xanım namizədlər)
6. Satış (kişi namizədlər)
7. Mühasibatlıq (xanım namizədlər)
8. Audit (kişi namizədlər)

Bax: 3000 manat məvaciblə Maliyyə direktoru tələb olunur

Digər tələblər

1. Göstərilən vəzifə üzrə ixtisas
2. İşinə məsuliyyətli
3. Verilən tapşırıqların vaxtında icrası
4. Stresə davamlı
5. Aktiv və sosial

Müraciət üçün  / adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə (yuxarıda göstərilən sahələri əlavə etməklə)  seçdiyiniz sahəni qeyd etməyiniz tövsiyyə olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda 25 yerli şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0

şirkət ləğv olundu

  • “Elmir-İ Firması” (VÖEN: 3100195731) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Abşeron rayonu, Saray qəsəbəsi, V. Axundov, ev 12 A ünvanına bildirə bilərlər.
  • “Boruavadanlig.Az” MMC (VÖEN: 2904888381) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 5, mənzil 45 ünvanına bildirə bilərlər.
  • “İnterna-X” MMC (VÖEN: 4501704471) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, mənzil 9 ünvanına bildirə bilərlər.
Bax: Bölüşdürülməmiş mənfəətin xərcə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaradırmı?
  • “Başak-İnam Sığorta Şirkəti” ASC (VÖEN: 1300045461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, ev 15, mənzil 4A ünvanına bildirə bilərlər.
  • “Atlaz Group” MMC (VÖEN: 4501704751) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “Günay 1983” MMC (VÖEN: 4501704211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “Arvin” MMC (VÖEN: 4501704341) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “Unisservice” MMC (VÖEN: 1302709141) “Posservice MMC-yə (VÖEN: 1002371531) qoşulduğu üçün ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 78V, mənzil 199 ünvanına bildirə bilərlər.
Bax: Nizamnamə kapitalı 48 min manat olan ASC yaradıldı
  • “Art Style” MMC  (VÖEN: 4501704621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 4/26, mənzil 9 ünvanına bildirə bilərlər.
  • “Tacşah” MMC (VÖEN: 1401934951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay ev 16, m. 7A, ünvanına bildirə bilərlər.
  • “Art Class” MMC (VÖEN: 1404103181) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Aestheticmed” MMC (VÖEN: 1403369091) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Azeji” MMC (VÖEN: 1701993291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 ünvanına bildirə bilərlər.
  • “Rauf 1979” MMC (VÖEN: 3102791101) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Saray qəsəbəsi, N. Zeynalova küçəsi, ev 15 ünvanına bildirə bilərlər.
  • “C-R-K” MMC (VÖEN: 1503073441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, ev 21 ünvanına bildirə bilərlər.
Bax: 4 xarici şirkət Azərbaycandan getdi
  • “Məhəmməd Quliyev 1992” MMC (VÖEN: 8200274231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Cəbrayıl Rayonu, Böyük Mərcanlı, M.Ə. Rəsulzadə ünvanına bildirə bilərlər.
  • “Məhəmməd Quliyev” MMC (VÖEN: 8200274101) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Cəbrayıl Rayonu, Böyük Mərcanlı, M.Ə. Rəsulzadə ünvanına bildirə bilərlər.
  • “Məhəmməd Quliyev 1992 Tikinti” MMC (VÖEN: 8200274361) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Cəbrayıl Rayonu, Böyük Mərcanlı, M.Ə. Rəsulzadə ünvanına bildirə bilərlər.
  • “BB İnternəşnl A Konstrukşn Kompani AZE” MMC  (VÖEN: 1600610501) “Dədə Qorqud adına İstirahət Mərkəzi” MMC  (VÖEN: 1401394451)  və “Kometa-K” MMC (VÖEN: 1300102081) birləşərək yeni “Quba İstirahət Mərkəzi” MMC-nin yaradılması nəticəsində ləğv olunduqlarını elan edirlər.
  • “GAP Studio” MMC (VÖEN: 1701747621) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Əlimərdan bəy Topçuvaşov küçəsi, ev 11, mənzil 43 ünvanına bildirə bilərlər.
  • “GAP Media” MMC (VÖEN: 1701522481) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Əlimərdan bəy Topçuvaşov küçəsi, ev 11, mənzil 43 ünvanına bildirə bilərlər.
  • “Həsən 1984” MMC (VÖEN: 1804081801) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanına bildirə bilərlər.
  • “Məhəmməd 1992” MMC (VÖEN: 8200274081) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Cəbrayıl Rayonu, Böyük Mərcanlı, M.Ə. Rəsulzadə ünvanına bildirə bilərlər.
  • “Neolayn” MMC (VÖEN: 1500855361) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, ev 19, mənzil 38 ünvanına bildirə bilərlər.
  • “L and C-2012” MMC (VÖEN: 1601506961) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 114, mənzil 140 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat Uçotu Kursları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.