Braziliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

BraziliyaBraziliya vergi sistemi

1-ci hissə

Braziliyada yaşayan həm yerli, həm də əcnəbi sakinlər beynəlxalq gəlirlərə görə vergi ödəyicisi subyekti hesab olunurlar. Başqa ölkələrlə Braziliya arasında vergilər sahəsində qarşılıqlı əməkdaşlıq barədə saziş varsa, onda müəyyən vergi güzəştləri tətbiq oluna bilər.

Gəlir istənilən öhdəlikdən azad olmalı və əcnəbi vergi yurisdiksiyası tərəfindən bunu təsdiq edən sənədlərin əsli olmalıdır. Vergi qoymaya cəlb olunan gəlir bütün pul-kredit məbləği və əlavə güzəştləri özündə ehtiva edir. Braziliyada işləyən əcnəbilər üçün bu, özündə ailənin daimi yaşayış yerinə gəlişi ilə bağlı xərcləri, mənzil, təhsil, avtomobilə, tibbi xərclərə görə müavinətləri özündə birləşdirir. Bundan əlavə, istənilən ödənilən vergi kompensasiyası vergiyə cəlb olunan gəlirlərə daxil edilir.

Bax: Polşa vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Xidməti avtomobildən istifadə və ya yerli kluba üzvlük kimi qeyri-pul əlavə imtiyazları da vergiyə cəlb olunan gəlirlərə daxildir. Qulluqçu üçün birbaşa şirkət tərəfindən və ya şirkət tərəfindən bilavasitə üçüncü şəxs üçün ödənilən xərclər arasında hər hansı bir fərq qoyulmur. Müəyyən hallar istisna olmaqla daimi müavinətlər vergiyə cəlb olunmur. Braziliya şirkətlərinin fiziki şəxslərə tətbiq etdiyi vergi dərəcələri aşağıda göstərilən mütərəqqi vergi dərəcəsi cədvəlinə əsasən aylıq olaraq ödənilir və özündə fərdi mənfəət vergisini ehtiva edir.

Vergiyə cəlb edilən gəlirdən, digər şeylərdən asılı olaraq:

  • himayədə olan şəxsə görə xərclər – ayda 126 real (bir nəfərə görə)
  • sosial təminat əmanətləri
  • məhkəmələr tərəfindən boşanma qərarına müvafiq olaraq təyin edilən alimentlər
  • təhsil məsrəfləri – illik 2,373 real (bir nəfər üçün)
  • tibbi və stomatoloji xərclərin ödənilməsinə yönələn xərclər
  • Braziliya xüsusi pensiya proqramlarına qoyulan əmanətlər (illik vergiyə cəlb olunan gəlirlərin 12%-dən çox olmamaqla)

Diqqət yetirmək lazımdır ki, xüsusi pensiya proqramlarına qoyulan əmanətlər kimi təhsil və tibblə bağlı xərclər də illik gəlirlə bağlı deklarasiyadan çıxarıla bilər. Bu aylıq vergi tutulmalarında da göstərilmir. Gəlir vergisi ilə bağlı illik fərdi vergi deklarasiyasına məlumatlar daxil edilərkən, əksər vergi ödəyiciləri təklif olunan vergi ayırmalarından birini seçə bilərlər:

a) Deklarasiyada göstərilən və mümkün tutulmaları göstərən faktiki xərclərə uyğun;

b) təklif olunan tutulma metoduna əsaslanan çıxılmalar (vergi gəlirinin 20% bərabər, 11 167 real ilə məhdudlaşan məbləğin tutulması)

Həmçinin bax: İsveçrə vergi sistemi barədə bilmədiklərimiz


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda nizamnamə kapitalı 100.000 AZN olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 100.000 AZN olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “PMD Hospitality” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 1404319021

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1014, Bakı şəhəri, Nizami rayonu, Neftçilər pr., ev 153.

Nizamnamə kapitalı: 100.000 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Musayev Fərid Fərhad oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 10 avqust 2018

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mənfəət vergisini necə hesablamalı?

posted in: Vergi, Xəbər | 0

Mənfəət vergisiAzərbaycanda mövcud olan 9 növ vergi arasında mənfəət vergisi ümumi vergi daxiolmalarındakı payına görə ilk üçlüyə daxildir. Bu vergi üzrə toplanan vəsaitlərin məbləği ənənəvi olaraq ƏDV və gəlir vergisindən sonra üçüncü ən iri vergi növüdür. 

Bəri başdan deyək ki, vergi ödəyicisinin gəliri ilə gəlirdən çıxılan xərci arasındakı fərq onun mənfəəti hesab olunur. Mənfəət vergisi dedikdə, məhz gəlirlərin mənfəət hissəsindən hesablanmış vəsait nəzərdə tutulur ki, bu zaman vergidən azad edilən gəlir mənfəət vergisinə daxil edilmir. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr mənfəət vergisinin ödəyiciləridir. Fiziki şəxs olmayan hər hansı xarici şəxs birgə sahibkarlıq fəaliyyətinin obyekti olmadığını sübut etməyincə, ona mənfəət vergisinin ödəyicisi olan müəssisə kimi baxılır. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış hüquqi şəxslərin sərbəst balansa, cari və ya digər hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri mənfəət vergisinin ödəyiciləri deyil.

Bax: Mənzil kirayəsinə vergi tətbiqi

Rezident müəssisə üçün vergitutma obyekti həm Azərbaycan Respublikasındakı, həm də ölkəmizin hüdudlarından kənardakı mənbələrdən əldə edilmiş mənfəətdir. Qeyri-rezident müəssisələr üçün vergitutma obyekti isə yalnız Azərbaycan Respublikasındakı mənbələrdən əldə edilmiş mənfəətdir. Ölkəmizdə daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisənin daimi nümayəndəliklə bağlı əldə etdiyi mənfəətindən vergi tutulur. Belə vergi ödəyicisi fəaliyyətindən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir.

Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan ümumi gəliri isə xərclər çıxılmadan ödəmə mənbəyində vergiyə cəlb olunur. Qeyri-rezident müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə bağlı olmayan əmlak təqdim etməsindən təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən həmin gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.

Vergi dərəcələrinin hesablanması qaydası

O ki qaldı vergilərin necə hesablanmasına – mənfəət vergisinin ödəyicisi kimi vergi uçotuna alınan hüquqi şəxs hesabat ili ərzində əldə etdiyi mənfəətdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə edilməsinə çəkilən xərclərin fərqindən 20 faiz dərəcə ilə mənfəət vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği hesabat ilindən sonrakı il martın 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Qeyri-rezident hüquqi şəxslərin daimi nümayəndəliklə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDVvə aksizlər çıxılmaqla) ödəmə mənbəyində aşağıdakı dərəcələrlə vergi tutulur:

  • rezident müəssisə tərəfindən ödənilən dividenddən -10 faiz;
  • rezident banklara, maliyyə lizinqi həyata keçirən rezident şəxslərə və ya qeyri-rezidentin banklarına, maliyyə lizinqi həyata keçirən qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər üzrə ödənilən faizlər istisna olmaqla, rezident müəssisə tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən – 10 faiz;
  • rezident müəssisənin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri – 4 faiz;
  • Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin ödəmələrindən – 6 faiz;
  • icarə haqqından və royaltidən – 14 faiz;
  • idman-mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – 10 faiz;
  • siyahısı hər il Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyənləşdirilən güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən – 10 faiz;
  • digər işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə edilən, habelə Azərbaycan mənbəyindən əldə olunan sair gəlirlərdən – 10 faiz;rezident müəssisənin muzdlu işlə əlaqədar ödədiyi gəlir (aylıq gəlir vergisinin dərəcələrinə uyğun olaraq).

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

Qeyri-rezidentin  daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq həmin nümayəndəliyin xalis mənfəətindən ödəmə mənbəyində qeyri-rezidentə köçürdüyü hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Yeri gəlmişkən, mövcud qanunvericiliyə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlir və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa və ya hesablamalar metodu ilə apara bilər.

Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, həmin gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt – gəlirin əldə edildiyi vaxt sayılır. Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi isə gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxtı nəzərə almalıdır. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Bəyannamələri necə təqdim etməli…

Mənfəət vergisinin hesabat dövrü təqvim ili sayılır. Vergi ödəyiciləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə təqdim etməlidirlər. Vergi ili üçün bəyannamənin müəyyən edilmiş vaxtınadək son hesablama aparılmalı və vergi ödənilməlidir. Müəssisə Azər­baycan  Respublikasında sahibkarlıq  fəaliyyətini dayandırdıqda, bu barədə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Belə olan halda, müəssisə üçün hesabat dövrü vergi ilinin əvvəlindən müəssisənin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir. Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, ləğvetmə komissiyası və ya vergi ödəyicisi bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanına məlumat verməlidir. Hüquqi şəxslər rüb başa çatdıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar isə mənfəət vergisini yerli büdcəyə ödəyirlər.

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu iki metoddan birini seçməli və hər il aprelin 15-dək bu barədə vergi orqanına məlumat verməlidir. Verginin məbləğini müəyyənləşdirmək üçün ikinci metod seçildikdə hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədikdə vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilə bilməz. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Mənfəət vergisi bəyannaməsini və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan məyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mənzil kirayəsinə vergi tətbiqi

posted in: Vergi, Xəbər | 0

Mənzil kirayəsiAzərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14% dərəcəsi ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Bax: Mənzil satışından tutulan vergi

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i varsa) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14% dərəcəsi ilə vergini tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.

Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda, kirayəyə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq, hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20% dərəcəsi ilə mənfəət vergisi ödəyir.

Qeyd edək ki, kirayəyə verən şəxs qanunverilicikdə nəzərdə tutulan vergiləri ödəməkdən yayınarsa, o, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır:

  • Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.

Mənbə: vergiler.az

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.