Kadrların seçiminin müasir kriteriyaları və metodları (V hissə)

posted in: Xəbər | 0
birbank biznes

Kadrların seçiminin müasir kriteriyaları və metodları (V hissə)

IV hissəyə nəzər yetirin

Kadr seçimi meyarlarının formalaşmasında müasir tendensiyalar

Əlavə dəyərin yüksək texnologiyalı və innovativ məhsulun yaradılması hesabına formalaşdığı iqtisadiyyatın inkişafı kadrların seçim üsullarına, prinsip və meyarlarına öz düzəlişlərini verir. Kadrların işə qəbulunda müasir meyarlardan bunları qeyd etmək olar:

  1. Diqqəti namizədlərin peşəkar keyfiyyətlərindən şəxsi keyfiyyətlərinə yönəltmək. Əməkdaşların yalnız iş təcrübəsinə görə deyil, şəxsiyyət tipinə görə seçilməsi;
  2. İddiaçıları yalnız baza diplomuna görə deyil, daim öyrənmək və təkmilləşmək qabiliyyətinə görə qiymətləndirmək istəyi;
  3. Namizədlərin problemlərin həllinə qeyri-standart yanaşma və innovativ düşüncə nümayiş etdirmək bacarığının qiymətləndirilməsi metodlarının işlənib hazırlanması;
  4. Seçim zamanı IQ (intellekt əmsalı) və EQ (emosional intellekt) amillərinə eyni cür diqqət yetirilməsi;
  5. Kompüter axtarışı və seçimindən istifadə etmək üçün kütləvi işə qəbuldan ötrü kadr seçimi meyarlarının maksimum alqoritmləşdirilməsi;
  6. Rəqəmsal reputasiya. İddiaçı haqqında alternativ məlumat mənbəyi kimi sosial media məlumatlarından aktiv istifadə.

Beləliklə, kadrların işə qəbul meyarları müasir və ya ənənəvi, fərdi və ya alqoritmik ola bilər.

Ən əsası, onlar biznesin inkişafı strategiyanıza uyğun olmalıdır və iddiaçılar arasında sizə lazım olan istedadları düzgün süzgəcdən keçirməyə imkan verməlidir.


Print Friendly, PDF & Email