Sosial sığorta nədir?
Sosial sığorta sosial müavinət, sosial yardım və sosial dəstək mərkəzləri ilə birgə dövlətin sosial müdafiə sisteminin əsasını təşkil edir ki, bu da öz növbəsində:
- bioloji, sənaye, iqtisadi və s. səbəblərdən yaranan sosial risklərin qarşısını alır və minimuma endirir;
- əhalinin maddi və sosial rifahının məqbul səviyyəsini təmin etmək məqsədi daşıyır;
- ictimai sərvət kimi tanınır və müxtəlif səviyyəli büdcələr və sosial ayırmalar hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikasında məcburi sosial sığorta XX əsrin 90-cı illərinin əvvəlində, dövlət büdcədənkənar fondlarının maliyyələşdirilməsi sisteminin yaradılması ilə eyni vaxtda meydana çıxıb.
Hazırda respublikamızda bu sahədə münasibətlər “Sosial sığorta haqqında” AR qanunu ilə tənzimlənir. Qanun sosial sığortanın iki formasını tanıyır:
- məcburi dövlət sığortası;
- könüllü (əlavə) sığorta.
Məcburi dövlət sosial sığortası əmək müqaviləsi (kontraktı) üzrə işləyənləri əhatə edir. Yuxarıda qeyd edilən qanunda digər şəxslərin də məcburi dövlət sosial sığortasına cəlb olunma şərtləri əks olunub.
Sosial sığorta fondu
Dövlət məcburi sosial sığorta ilə könüllü sosial sığorta bir-birindən aşağıdakılarla fərqlənir:
- onun maliyyə təminatı büdcədənkənar fondlara toplanmış sığorta haqları hesabına həyata keçirilir;
- sığorta haqlarının həcmi ilə göstərilən sosial xidmətlərin həcmi arasında əlaqə mövcuddur (məsələn, pensiya təminat halları);
- özündə eyni zamanda səmərəlilik, risklərin birləşdirilməsi və kollektiv həmrəylik prinsiplərini birləşdirir.
Sosial sığorta haqları fəaliyyəti qanunvericiliklə tənzimlənən fondlarda toplanır.
Dövlət Sosial Sığorta Fondu Azərbaycan Respublikasının büdcədənkənar fondları sistemində ən mühümdür. Fond sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanların müəyyən xərclərinin dövlət tərəfindən qarşılanması üçün yaradılıb. Belə sığorta hadisələrinin siyahısı yuxarıda qeyd edilən Qanunun 4-cü maddəsində təsbit olunub. Pensiya yaşına çatmaq, əlillik, xəstəlik, hamiləlik və doğum uşağın anadan olması, uşağa qulluq, ölüm belə hadisələrdəndir.
Məcburi dövlət sosial sığorta haqqı
Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən olunur, bir hissəsi sığortaedənin, digər hissəsi isə sığortaolunanın vəsaitindən ödənir.
Muzdlu işdən əldə edilən gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı:
- sığortaedənin ödədiyi hissə – əməyin ödənişi fonduna və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərə – 22%:
- sığortaolunan tərəfindən ödənilən hissə – işçinin əməkhaqqısına və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinə 3 faiz tətbiq olunmaqla hesablanır.
Bu zaman nəzərə almaq lazımdır ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdlu işdən 01.01.2019-cu il tarixdən aşağıdakı dərəcələr tətbiq edilir:
Sığorta haqqına cəlb edilən aylıq gəlir | Sosial sığorta haqqı dərəcəsi | ||
Cəmi | İşçinin gəlirindən tutulan | İşəgötürənin vəsaiti hesabına ödənilən | |
200 manatadək | 25 faiz | 3 faiz | 22 faiz |
200 manatdan çox olduqda | 25 faiz | 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi | 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi |
Muzdlu işə aid olmayan gəlirlərdən məcburi dövlət sosial sığorta haqqı “Sosial sığorta haqqında” Qanunun 14.5 maddəsi ilə müəyyən olunub.
Sosial sığorta haqları hesabına ödəmələr
Sığorta hadisəsi baş verdikdə xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslərə (sığortaolunana) qanunvericilikdə müəyyən edilmiş pul ödənişləri verilir. Belə ödənişlərə pensiya, pensiyaya əlavələr, sosial müavinətlər və digərləri aiddir. Ödəniş dövlətin məsul etdiyi qurumlar, o cümlədən işçinin əmək müqaviləsi bağlayaraq işlədiyi müəssisə və təşkilatlar tərəfindən, aylıq yaxud birdəfəlik qaydada həyata keçirilir.
Sosial müavinətlər formasında ödənilən vəsait onu alan şəxsin:
- ixtisasından;
- görülən işin mürəkkəbliyindən;
- keyfiyyət və kəmiyyət göstəricilərindən;
- işin görülmə şərtlərindən asılı deyil.
Sığortaolunanların hüquqları sosial təminat və habelə əmək qanunvericiliyi çərçivəsində təmin edilir.
Müavinətlərin təyini, hesablanması və verilməsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi Əsasnamə əsasında aparılır.