Mühasibat uçotunun inkişaf mərhələləri (27-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (27-ci hissə)

26-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun

Mühasibat uçotu,Almaniyada uçotun inkişafı

Almaniyada ticarət və istehsalat mühasibatlığı qarşılıqlı olaraq bir – birini tamamladı, birincisi balansşünaslıqda, ikincisi isə hesablamada  ən mükəmməl nəzəri əsas tapdı.

Sənayenin yüksəlişi və səhmdar cəmiyyətlərinin yayılması nəzəri fikrin sürətli inkişafına gətirib çıxardı. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində orijinal bir istiqamət – balansşünaslıq meydana gəldi. Balansşünaslığın yaranması balansın mühasibat uçotunun əsas təməl konsepsiyası və hüququn xüsusi sahəsini – balans hüququnu yaradan hüquqşünasların fəaliyyəti kimi təbliğ olunması ilə şərtlənmişdi.

Hüquqşünasların xidməti balans tələblərinin formalaşdırılması idi:

1) dəqiqlik; 2) tamlıq; 3) aydınlıq; 4) düzgünlük; 5) ardıcıllıq; 6) balansın vahidliyi.

Balanslara dair müxtəlif tələblər onların təsnifatının zəruriliyini şərtləndirmişdi. Almaniyada ümumi bir balans ayrılmağa başladı – bölüşdürülməmiş mənfəət göstərilməklə və xalis bir balans – artıq paylanmış mənfəət ilə tərtib edilirdi. Balansların daha ətraflı təsnifatı I. Kraybig tərəfindən verildi, o, balansları dörd əsas üzrə bölüşdürdü:

a) təmiz nəticənin əsası üsulu;

b) tərtib etmənin məqsədi;

c) dəyərləndirmə əlaməti;

ç) hesablama subyektlərinə görə.

Alman uçot nəzəriyyəsində prinsipial məsələ qiymətləndirmə metodu olub. Qiymətləndirmə metodlarının özünəməxsus təsnifatı F. Lyaytnerə məxsus idi, bu təsnifata uyğun olaraq qiymətlər mütləq (cari və satış) və nisbi (uçot, nominal, hesablama, maya dəyəri) qiymətlərə bölünürdü. Daha çevik yanaşma I. Kovero üçün xarakterik idi, hansı ki, ləğvetmə qiymətləndirməsini nəzəriyyəsinə əsaslanır və qiymətləndirmələrin aşağıdakı növlərini müəyyən etmişdi: 1) alış qiyməti; 2) balansın tərtib olunduğu gün alış qiyməti; 3) ləğvetmə halında satış qiyməti; 4) adi satış qiyməti; 5) minimum qiymət. Bu qiymətləndirmələr müəssisənin xəyali şəkildə ləğv edilməsi və əmlakın cari bazar qiymətləri ilə qiymətləndirilməsini nəzərdə tuturdu.

Qiymətləndirməyə bu cür yanaşma ilə R. Fişer razı deyildi və uçotda mühasibat nominalizmi ideyasının adını almış maya dəyərinin qiymətləndirilməsini təklif etmişdi. Fişerin bir çox ardıcılları var idi. Lakin maya dəyəri üzrə qiymətləndirmə bir çox mühasibləri qane etmirdi – dəyəri müqayisə olunmaz hala gətirirdi, gizli itkiləri ilə aktivi artırırdı və bəzən mənfəətin azaldılmasına səbəb olurdu.

Alman balansşünaslığında prinsipcə yeni olan əmlakın qiymətləndirilməsinə subyektiv yanaşma idi – subyektiv yanaşma bu hal üçün realdır, lakin bu yanaşma da tənqid olunurdu. Qiymətləndirmənin subyektiv məktəb tərəfindən araşdırmaları normal uçot qiyməti barədə nəticəyə gətirib çıxardı. O, praktiki hallar və qarışıq hesablardan qaçmaq arzusu ilə diktə edilirdi. Uçot qiymətlərinin mənbəyi ya alış, ya da satış qiymətləri ola bilər. Lakin hər vəziyyətdə onlar iqtisadi məlumatların, maliyyə nəticələrinin sabitliyini təmin etdi. Bu qiymətləndirmə mühasibat uçotu üçün böyük nəticələrə gətirib çıxardı və bizim dövrümüzə qədər yaşadı.

Qiymətləndirmələrin müxtəlif növləri uçot kateqoriyası kimi balans qarşısında duran müxtəlif məqsədlərlə şərtlənir. Alman məktəbinin nəzəriyyəsində fərqlənirdi: maliyyə nəticəsini düzgün əks etdirən, lakin əmlakın qiymətləndirilməsini təhrif edə bilən dinamik balans; statistik balans, məqsədi – əmlakın dəyərinin dəqiq əks olunmasıdır. Praktikada iki balans fərqlənirdi – vergi və kommersiya.

Alman uçot məktəbində balans və hesabların münasibətləri ilə bağlı müzakirələr aparılırdı. Bəzi müəlliflər hesablar və balansın müstəqil kateqoriyalar olduğunu iddia edirdi; digərləri güman edirdilər ki, balans elə Əsas kitabda saldo hesablarının məcmusudur. Debet və kreditin yerləşdirilməsinin şərti olduğunu iddia edən iki sıra hesabların məktəbi üstünlük təşkil edirdi. Balansdan hesabların çıxılmasını nəzərdə tutan iki sıra nəzəriyyəsinə görə, hesablar aktiv və passiv olanlara bölünürdü.


28-ci hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *