Mühasibat uçotunun inkişaf mərhələləri (47-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu – inkişaf mərhələləri (47-ci hissə / Yekun)

46-cı hissəyə nəzər yetirmək üçün keçidə daxil olun


inventarlaşdırma, Mühasibat uçotu,Kameral mühasibatlıq dövlət xərclərinin və gəlirlərinin uçotunu, yəni büdcənin uçotunu təmin edirdi. Lakin milli gəlirin və milli sərvətin uçotunu təmin etmirdi. Bir çoxları kameral mühasibatlığı tamamlamamağın asan olduğuna və problemi həll ediləcəyinə inanırdılar, amma, səhv yol verdilər. Kameral mühasibatlıq müasirləri tərəfindən kəskin tənqid edilmişdi. Müasir şəraitdə büdcə və ona əsaslanan mühasibatlığın effektiv idarəetmə vasitəsi hesab edilə bilməyəcəyi iddia edilirdi. Çünki iqtisadi həyat faktlarının mürəkkəb tərkibi və onların daim artan sayı iqtisadi proseslərin inkişafını və ya onların mahiyyətini izləməyə imkan vermirdi.

Kameral uçotun müvəqqəti bir il ilə məhdudlaşdırılması, uzunmüddətli maliyyə planlaşdırmasına mane olurdu. Büdcənin icrasının uçotu kommunal müəssisələrin əmlak vəziyyəti, ilk növbədə kommunal əmlakın dəyəri haqqında lazımi məlumatların əldə edilməsinə imkan vermirdi. Maddi dəyərlərin pul qiymətləndirilməsinin olmaması onların müasir dəyərinin müəyyənləşdirilməsinin mümkünsüzlüyünə gətirib çıxarır və amortizasiya hesablanmasına imkan vermirdi. Bütün bu çatışmazlıqlar ikili və kameral uçotun sintezi ilə aradan qaldırıla bilərdi.

Bu halda müəssisələrin maliyyələşdirilməsinin büdcə prinsipi saxlanılır; mühasibat uçotunu təşkil etməklə yanaşı, mühasibat uçotunun avtomatlaşdırılması zamanı əməliyyatların uğurlu kodlaşdırılmasının şərtinə xidmət edən müxtəlif iqtisadi funksiyalar üzrə təsərrüfat əməliyyatlarının ətraflı təsnifatı; büdcənin icrasına və onun düzgün işləməsinə nəzarət etmək; qısamüddətli maliyyə planlaşdırılması asanlaşır.

İnteqrasiya olunmuş uçotda büdcə və əmlak nəticələrini fərqləndirmək lazımdır.

Birinci, kreditlər menecerinin hesabı ilə hüquqlarının əhatə dairəsi və onların icrası arasındakı fərq kimi müəyyən edilir.

İkinci, icraçıların uçot məlumatlarına əsasən, onların idarə etdikləri aktiv və passivlərin və hesab üzrə uçot nəticələrinin gəlir və xərclərinin fərqlərinin məbləği kimi hesablanır. Büdcə nəticələri bütün kameral hesablar bağlandıqdan və onların dövriyyələrini büdcə dövrünün yekun hesabına köçürdükdən sonra müəyyən edilir. Debetinə görə bütün xərc növləri, kredit üzrə isə bu büdcə ili üçün əldə edilmiş bütün gəlirlər öz əksini tapır.

Xərclər və gəlirlər, normal, müstəsna və ehtiyatlara bölünür; büdcə nəticələri hər bir qrup üzrə ayrılıqda müəyyən edilir, bundan sonra onlara əvvəlki dövrlərin büdcə nəticəsi qoşulur.

Mühasibat uçotu inteqrasiyası büdcə planlaşdırmalarını əmlak uçotu sayəsində mümkün olan iqtisadi təhlillə tamamlayır. Büdcə maddələrinin vaxtında müqayisəli təhlili ilə yanaşı, bir sıra nisbi göstəricilərin hesablanması təklif olunur: amortizasiya faizlərinin öyrənilməsi; borcların təhlili üçün müəssisələrin öz fondlarına və onun aktivlərinin yekununa, ümumi dəyərinə olan münasibətlər hesablanır; müəssisələrin likvidliyinin qiymətləndirilməsi və s.

Hal-hazırda kameral mühasibatlığın tərəfdarları qeyd edirlər ki, hesablama texnikasının inkişafı təkcə konstant-mühasibatlığına keçmək üçün şərait yaratmayıb, həm də onu inqilabiləşdirib və kompüter vasitəsilə kameral və əmlak uçotunun avtomatik birləşdirilməsini mümkün edib. Beləliklə, kameral mühasibatlıq özünün konstant formasında sorakı inkişaf üçün də güclü impuls almış oldu.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *