Peşəkar mühasib cəmiyyətləri və onların inkişaf tarixi

posted in: Xəbər | 0
birbank biznes

İlk mühasib cəmiyyətləri

Uçot işçilərinin peşəkar mühasib cəmiyyətləri formasında təşkilatlanması orta əsrlərə təsadüf edir. İlk belə cəmiyyət 1581-ci ildə Venesiyada yaradılmışdı. XIX əsrin axırlarında elmi əsası Luka Paçoli tərəfindən qoyulmuş mühasibat uçotu sistemində köklü dəyişikliklər baş verdi:

  • ictimai istehsalın genişlənməsi nəticəsində xüsusi mülkiyyətdən ayrılmış şirkətlər yarandı;
  • səhmdar kapitallar formalaşdı;
  • kapitalın, mənfəətin bölgüsü aparıldı;
  • «qüvvədə olan müəssisələr» anlayışı meydana gəlmişdi;
  • fond birjaları işləməyə başladı;
  • sənayenin, ticarətin gələcək inkişafına xüsusi diqqət yetirilirdi.

Bütün bunlar mühasibliyin müstəqil ixtisasa çevrilməsinə, onun inkişafına zəmin yaratdı. Əgər Edinburqda cəmisi yeddi mühasib (1773) var idisə, XIX əsrin əvvəlinə İngiltərənin, Şotlandiyanın iri şəhərlərində onların sayı əllidən çox olmuşdur. 1844-cü il tarixli şirkətlər haqda qanunda müflisləşmiş firmalarda auditor yoxlaması aparılması tələbi mühasiblərin təşkilatlanmasına, uçot işçilərinin cəmiyyət formasında birləşməsinə zəmin yaratdı.

Kral Xartiyası Edinburqda yaradılmış (1854) belə mühasib cəmiyyətlərinin birinin üzvlərinə «güvənli mühasib» titulu almaq hüququ verirdi.

1880-ci ildə Kraliça Viktoriyanın razılığı ilə İngiltərə və Şotlandiyanın andlı mühasiblər institutu formalaşaraq fəaliyyətə başladı.

Amerikalı peşəkar mühasiblər, saylarının az olmasına baxmayaraq, 1887-ci ilə qədər birgə səyləri nəticəsində Amerika İctimai Mühasiblər Assosiasiyasını yaratdılar.

Nyu-York ştatında yaradılmış (1896) assosiasiyanın üzvləri «diplomlu ictimai mühasiblər» adlandırılırdı.

Uçotun sonrakı evolyusiya mərhələlərində müxtəlif mühasib cəmiyyətləri, assosiasiyalar meydana çıxdı.

Müasir dövrdə mühasiblərin beynəlxalq təşkilatları

Mühasibat uçotu, maliyyə hesabatlarının təkmilləşdirilməsi, onun standartlaşdırılmasıyla məşğul olan beynəlxalq mühasib cəmiyyətləri çoxsaylı, tərkibi kifayət qədər genişdir.

Avropa Mühasiblər Assosasiyası (ing. European Accounting Association (EAA) maliyyə mütəxəssislərinin peşəkar təşkilatıdır. Baş qərargahı Brüsseldə (Belçika) yerləşən assosiasiya mühasibat sektorunda fəaliyyət göstərən Avropa tədris müəssisələrini, tədqiqatçı mütəxəssisləri bir araya gətirir. 1977-ci ildən üzvləri üçün xəbər bülleteni, 1988-ci ildən Avropa mühasibat xəbərləri nəşr olunur. Assosasiyanın beynəlxaq elmi jurnalı European Accounting Review (EAR) — ( Avropa mühasibat icmalı) mühasibat uçotu sahəsində biliklərin inkişafına həsr olunub. Digər jurnal “Accounting in Europe” (“Avropada Mühasibat uçotu “) tədqiqatların dairəsini genişləndirmək, təcrübə ilə daha sıx əlaqə yaratmaq üçün 2004-cü ildə təsis edilmişdir. Müntəzəm olaraq Avropa Mühasiblər Assosasiyasının konqresləri keçirilir.

Beynəlxalq Mühasiblər Federasiyası (BMF) (ing. International Federation of Accountants (IFAC) – mühasiblərin qlobal təşkilatıdır. 1977-ci ilin oktyabrında müxtəlif ölkənin 63 peşəkar mühasibat təşkilatı tərəfindən təssis edilib. Hazırda 135 ölkədə 180 üzv və assosiativ təşkilatı, 3 milyondan çox peşəkar mühasibi öz ətrafında birləşdirir. IFAC şuraları vasitəsilə mühasibat etikası, audit, mütəxəssis hazırlığı, həmçinin ictimai sektorda mühasibat uçotu üzrə beynəlxalq standartları müəyyən edir.

Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası ( BMUSŞ, ing. International Accounting Standards Board) qeyri-dövlət sektorunda fəaliyyət göstərən şirkətlər üçün ümumi məqsədli maliyyə hesabatı standartlarını hazırlayır. Beynəlxalq Maliyyə Hesabatları Standartları Komitəsinin yenidən qurulması (2001) kimi yaradılıb. Ofisi Londonda, Böyük Britaniyada yerləşir.

Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyalarının Mühasiblər Federasiyası beş ölkənin –  İndoneziya, Malayziya, Filippin, Sinqapur, Tailandın mühasibat təşkilatlarını birləşdirir.

Avropa Mühasibləri Federasiyası (1986) Ümumi Bazar, həmçinin Avropa ölkələrini təmsil edən iki peşəkar assosiasiyanın birləşməsi nəticəsində yaradılmışdır.

1904-cü ildə yaradılan Peşəkar Mühasiblər Assosiasiyası (ACCA) mühasibat uçotu, maliyyə sahəsində peşəkar sertifikatlaşdırılmanı təmin edən beynəlxalq qeyri-kommersiya təşkilatıdır.

Məsləhətçi və Mühasibat firmaları Assosasiyası “PrimeGlobal” 112 ölkədən 300-dən çox müstəqil firmanı birləşdirir. Mühasibat xidmətləri bazarında 10 ildən çox xidmət göstərən “Accounting.Az” onun ilk və hələ ki, yeganə üzvüdür.

Yuxarıda adları sadalanan və sadalanmayan mühasiblərin peşəkar qurumları beynəlxalq uçotun uyğunlaşdırılması, onun standartlaşdırılmasıyla məşğul olur. Ümimilikdə, onları aşağıdakı qruplara bölmək olar:

  • regional mühasib cəmiyyətləri;
  • beynəlxalq (qlobal) təşkilatlar.

Hansı qrupa aid olmasından asılı olmayaraq, onların əsas məqsədləri:

  • iqtisadiyyatın müasir inkişaf səviyyəsinin tələblərinə cavab verən yeni mühasibat uçotu formalarının tətbiqinə köməklik;
  • mühasib, auditor assosiasiyalarının əlaqələndirilməsini təmin etmək;
  • mühasibatlıq peşəsinin nüfuzunun yüksəldilməsinə yardımçı olmaqdır.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM)

Azərbaycanda peşəkar mühasib cəmiyyəti – APFM 2007-ci ildə ictimai təşkilat kimi yaradılıb. 2019-cu il tarixdən peşəkar təşkilat kimi fəaliyyət göstərir (AR NK, q-01 saylı qərar, 26.08.2019).  Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür.

APFM-nin işçi heyəti aşağıdakı struktur vahidlərinin tərkibində fəaliyyət göstərir:

  • 6 tənzimləyici Komitə;
  • Beynəlxalq Sertifikasiya Mərkəzi;
  • Ekspert Qrupu;
  • təlimçilər, metodistlər heyəti.

Mühasibat uçotunun inkişafında əhəmiyyətli rola malik APFM bu mühasib cəmiyyətlərinin Azərbaycanda rəsmi nümayəndəsidir:

  • Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutu (ing. Institute of Certified Financial Managers UK)
  • Sertifikatlı Mühasiblər İnstitutunun (ung.The Institute of Certified Bookkeepers ICB UK)

Regional peşəkar mühasib cəmiyyətlərinin formalaşmasında mühüm rola malik assosiasiya haqqında buradan oxuya bilərsiz.

Print Friendly, PDF & Email