Rusiyada mühasib peşəsi (II hissə)
Peşəkar fəaliyyət sahələri üzrə mühasibat işinin ixtisaslaşması fərqlənir:
- maliyyə uçotu;
- idarəetmə uçotu;
- vergi uçotu;
- büdcə uçotu;
- bank uçotu;
- auditor fəaliyyəti;
- pedaqoji və elmi-tədqiqat uçot fəaliyyəti.
İdarəetmə uçotu. İdarəetmə uçotu üzrə mühasib də ali iqtisadi təhsilə malik olmalıdır. İdarəetmə uçotu üzrə mühasibin vəzifəsi təşkilatın rəhbərliyini idarəetmə qərarlarının qəbul edilməsi üçün zəruri olan məlumatlarla təmin etməkdir. Təşkilatın səmərəli fəaliyyəti və oğurluqların qarşısını almaq üçün mühasib, gəlir və xərclərin planlaşdırılmasında, smetaların tərtib edilməsində və xərclərin nəzarətində iştirak edir. Onun vəzifələrinə sənədlərin düzgün aparılmasına və daxili hesabatların hazırlanmasına nəzarət daxildir.
Vergi uçotu. Vergi uçotu üzrə mühasib Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödənişlərinin hesablanması və vergi hesabatlarının hazırlanması məqsədi ilə gəlirlərin, xərclərin və vergitutma obyektlərinin uçotunun aparılmasını təşkil edir. Vergi uçotunu aparan mühasib vergi orqanlarına vergilərin hesablanması üçün zəruri olan sənədləri təqdim edir. Həmçinin vergi orqanlarının vergi tutulması və vergi uçotunun təşkili məsələləri üzrə qanuni tələblərini yerinə yetirir. Vergi uçotu üzrə mühasib də ali iqtisadi təhsilə malik olmalıdır.
Maliyyə, idarəetmə və vergi uçotu üzrə baş mühasiblər və mühasiblər peşəkar səriştəliyi yüksəltmək və peşəkar mühasibin ixtisas diplomunun alınması üçün attestasiyadan keçməklə hazırlıqlarını təsdiq etməlidirlər.
Büdcə uçotu. Büdcədən maliyyələşdirilən təşkilatlarda, həmçinin maliyyə orqanlarında işləyən mühasiblər büdcə uçotunda ixtisaslaşırlar ki, bu da bir tərəfdən mühasibat uçotu sisteminin bir hissəsidir. Digər tərəfdən isə xüsusi normativ bazanın olması ilə səciyyələnir. Büdcə uçotunun inkişafının müasir mərhələsi onun iki ənənəvi bölməsinin (büdcənin icrasının və büdcə müəssisələrinin özündə uçotun aparılması) birləşdirilməsini və vahid hesab planına keçidi nəzərdə tutur. Büdcə uçotu məlumatlarına əsasən, deməli, hər bir büdcə müəssisəsində uçot əsasında dövlət balansı formalaşacaq. Bu, informasiyanı daxili və xarici istifadəçilərə keyfiyyətcə yeni əsasda təqdim etməyə imkan verəcək.
Bank uçotu. Bank və digər maliyyə-kredit təşkilatlarının fəaliyyətinin spesifikası uçotun aparılması və hesabatın formalaşdırılması üçün müvafiq qaydaların yaradılmasını müəyyən etmişdir. İqtisadi əməliyyatların ikili qeydiyyat prinsipinə baxmayaraq, banklar mühasibat uçotunun öz normativ bazasını rəhbər tuturlar ki, bu da bank uçotunu peşəkar mühasibat fəaliyyətinin müstəqil sahəsinə ayırmağa imkan verir.
Auditor fəaliyyəti. İqtisadi inkişaf zamanı mühasibat uçotunun və təşkilatların maliyyə hesabatlarının müstəqil yoxlanmasına yönəlmiş sahibkarlıq fəaliyyəti uçot peşə fəaliyyətindən ayrılmışdır. Bu fəaliyyət auditorluq adlanır. Auditorluq fəaliyyəti ilə məşğul olmaq üçün mütəxəssis ali iqtisadi təhsillə yanaşı, auditorun ixtisas attestatına da malik olmalı və auditorların özünü tənzimləyən peşəkar təşkilatı olan ictimai birliyə üzv olmalıdır.
Pedoqoji və elmi-tədqiqat fəaliyyəti. Uçot kadrlarının hazırlanması zərurəti pedaqoji uçot fəaliyyətinin müstəqil peşə sahəsinə ayrılmasını müəyyən etmişdir. Rusiyada artıq müxtəlif təhsil müəssisələrində mühasiblərin hazırlanması üzrə fundamental məktəblər yaranmışdır. Bir çox ali məktəblər mühasiblər hazırlayır, konkret sahələrin və regionların tələbatını təmin edir. Bir çox ali məktəblər mühasiblər hazırlayır, konkret sahələrin və regionların tələbatını təmin edir.