Təsisçi və Direktor eyni şəxs olduqda icarə müqaviləsi bağlanmalıdır?

birbank biznes

Təsisçi və Direktor eyni şəxs olduqda icarə müqaviləsi bağlanmalıdır?


Sual: Obyektin mülkiyyət sənədləri öz adımadır, yəni fiziki şəxs olaraq. Həmçinin “AAA” MMC-nin yeganə təsisçisi olaraq tam mülkiyyətçisiyəm. Həmin obyekti “AAA” MMC-nin mülkiyyətində olaraq vergi orqanında uçota salmaq istəyirəm. Lakin vergi orqanından tələb olunur ki, mən hüquqi şəxslə icarə müqaviləsi bağlamalıyam. İcarə müqaviləsini özüm özümlə bağlamalıyammı? Çünki hər iki halda mülkiyyətçi özüməm və buna uyğun olaraq icarə haqqından gəlir vergisini ödəməliyəm. Xahiş edirəm köməklik edəsiniz. Bu məsələ hansı qanunla tənzimlənir onu mənə izah etməyinizi sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, Mülki Məcəllənin müddəalarına əsasən icarə müqaviləsinə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

Digər tərəfdən, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.
Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.

Əlavə olaraq qeyd etmək istərdik ki, hüquqi şəxsin yeganə təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır.

Əlavə suallarınız yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Elçin
    |

    Mən mühasibəm və sizin sayt mənə çox kömək edər.