Dünya ölkələrində əmlak vergisi (7-ci hissə)
Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.
Bu dəfəki yazımızda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Portuqaliyada mövcud olan göstəricilərdən bəhs edəcəyik.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ). Bu ölkədə yalnız bir vergi növü mövcuddur. Ərəb əmirliklərində daşınmaz əmlakın satın alınmasından sonra qeydiyyata alınması zamanı 4 faizlik vergi tutulur. BƏƏ-də hətta fiziki və hüquqi şəxslərdən gəlir vergisi belə tutulmur.