AGA Group Xəzinədar axtarır

XəzinədarVəzifə: Xəzinədar

İşəgötürən: AGA Group

Vəzifə  öhdəlikləri:

• Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
• Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
• Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar;
• Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
• Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi
• Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
• Kassa kitablarında yazılışlar aparılması.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Xəzinadar kimi ən az 3 il iş təcrübəsi;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik  olmalı;
• MS Office proqramları, xüsusən Exceli mükəmməl  bilməli.

Bax: Mühasib köməkçisi tələb olunur

Qeyd: Vakansiya ilə maraqlanan şəxslərdən öz CV-lərini   ünvanına  mövzu yerində “Xəzinadar” yazaraq göndərməkləri xahiş olunur.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yeni ildə neçə gün iş olmayacaq??

posted in: Xəbər | 0

Yeni ilAzərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

“Report” xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq. Yanvarın 3-ü, həftənin cümə axşamı isə növbəti iş günüdür.

Mənbə: report.az

Bax: ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq

posted in: Vergi, Xəbər | 0

vergiAzərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan və hüquqi şəxs kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəətin 3 il müddətinə vergidən azad olunması təklif olunur.

“Report” bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

Layihədə bildirlir ki, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisininin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2019-cu il 1 yanvar tarixindən 10 il müddətinə vergidən azad olunur. Bildirək ki, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Məcəlləyə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50%-i, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i vergidən azad olunanlar siyahısına əlavə olunur.

Bax: ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq

Bundan başqa, KOB klaster şirkətinin mənfəəti- KOB klaster şirkətinin KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə, KOB klasterin iştirakçısı olan hüquqi şəxsin KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal(iş, xidmət) üzrə əldə etdiyi mənfəətin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə vergidən azad ediləcək.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq

posted in: Vergi, Xəbər | 0

ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq

Əlavə Dəyər Vergisi mexanizmi üzrə də Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

“Real TV”yə verdiyi  müsahibəsində Vergilər Naziri Mikayıl Cabbarov bildirib ki, mübahisə olduğu halda ƏDV depozit hesabındakı vəsaitin silinməsi deyil, dondurulması təklif olunur.
Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

“Hazırda birtərəfli qaydada Vergilər Nazirliyi ƏDV depozit hesabındakı vəsaitin silinməsini həyata keçirə bilər. Bundan sonra vəsaitin bərpası üçün sahibkar Vergilər Nazirliyi və məhkəmə sistemi vasitəsilə müraciət edə bilər. Biz təklif edirik ki, o vəsaiti yalnız donduraq”,- nazir bildirib.

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?