Vergi məbləğlərinin hesablanması zamanı nələrə diqqət etmək zəruridir?

posted in: Vergi, Xəbər | 0

Vergi məbləğlərinin hesablanmasıMüvafiq vergi növləri ilə bağlı vergi məbləğlərinin hesablanması zamanı nələrə diqqət etmək zəruridir?


Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləği

Bu vergi məbləğinin « Vergi kalkulyatoru »nda hesablanması üçün «Ödəyici qrupu» hissəsindən müvafiq seçim edilir. Daha sonra yaşayış sahəsi və qeyri-yaşayış sahəsi xanalarına müvafiq məlumatlar daxil edilir. «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən daşınmaz əmlakın yerləşdiyi ərazi seçilir. Bu zaman təklif edilən variantlardan «Bakı şəhəri» seçilərsə «Zona seçimi» hissəsi aktivləşir və həmin hissənin üzərinə sıxıldıqda «Zona üzrə axtarış» adlı səhifəyə keçid edilərək Bakı şəhərinə uyğun zonalar üzrə axtarış imkanı yaranır.

«Zona üzrə axtarış» səhifəsindəki «Axtarış bölməsi»nə məlumat daxil edilib «Enter»  düyməsi sıxılmaqla axtarış edilir, həmin bölməyə heç bir məlumat daxil edilmədikdə isə bütün zonalar ekranda əks olunur. Bu zaman «Zonalar üzrə xəritə»dən də istifadə olunmaqla axtarış etmək mümkündür. Müəyyən edilmiş zona «Verginin hesablanması» səhifəsindəki «Zona seçimi» bölməsinə daxil edilir. «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən digər ərazilər seçildikdə isə «Zona seçimi» bölməsi deaktivləşir. Sonda sadələşdirilmiş verginin məbləği ekranda əks olunur.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər

Bunun üçün istifadəçi «Ödəyici» qrupu hissəsindən müvafiq seçim edir. «Yaşayış sahəsi» və «Qeyri-yaşayış» sahəsi xanalarına müvafiq məlumatlar daxil edilir, «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən daşınmaz əmlakın yerləşdiyi ərazi seçilir. Bu zaman «Bakı şəhəri» seçildikdə «Zona seçimi» hissəsi aktivləşir və həmin hissənin üzərinə sıxıldıqda «Zona üzrə axtarış» adlı səhifəyə keçid edilərək Bakı şəhərinə uyğun zonalar üzrə axtarış imkanı yaradılır. «Zona üzrə axtarış»dakı «Axtarış bölməsi»nə məlumat daxil edilib «Enter» düyməsi sıxılmaqla axtarış edilir, həmin bölməyə heç bir məlumat daxil edilmədikdə isə bütün zonalar ekranda əks olunur. Bu zaman «Zonalar üzrə xəritə»dən də istifadə olunmaqla axtarış etmək mümkündür. Müəyyən edilmiş zona «Verginin hesablanması» səhifəsindəki «Zona seçimi» bölməsinə daxil edilir. «Daşınmaz əmlakın yerləşdiyi ərazi» hissəsindən digər ərazilər seçildikdə isə «Zona seçimi» bölməsi deaktivləşir. Sonda sadələşdirilmiş verginin məbləği ekranda əks olunur.

Bax: 2019-cu ildən əmək haqqı necə hesablanacaq?
Torpaq vergisinin hesablanması

Bunun üçün ilk növbədə torpağın növü seçilməlidir. Əgər «Torpağın növü» bəndindən «Kənd təsərrüfatı torpaqları» seçilərsə, bu zaman torpağın sahəsinin kvadratmetri yanzılmalıdır. Bundan sonra torpaq vergisinin məbləği  ekranda əks olunur.

Bu torpaq növü üzrə «Təyinatı üzrə istifadə edilən və ya müxtəlif səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları» bəndi aktiv edilərsə, bu zaman ekranda «Ərazi» pəncərəsi açılacaq və buradan torpağın yerləşdiyi ərazi siyahıdan seçilməlidir. Daha sonra keyfiyyət qrupu və torpağın sahəsi qeyd edilməlidir. Torpaq sahəsi biçənək, örüş və ya otlaq olarsa, torpağın sahə ölçüsü də qeyd edilməlidir. Bundan sonra torpaq vergisinin məbləği hesablanır.

Bax: İcarəyə götürülmüş avtomobilə amortizasiya hesablana bilər?

«Torpağın növü» siyahısından «Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar» seçildikdə  torpağın yerləşdiyi ərazinin sahəsi qeyd edilməli və bundan sonra vergi hesablanmalıdır. Torpağın növü yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar olarsa, bu zaman torpağın yerləşdiyi ərazi seçilir, daha sonra torpağın sahəsi qeyd edilir. Bundan sonra torpaq vergisinin məbləği ekranda əks olunur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Nağdsız ödəmələrdə ƏDV qaytarılacaq

posted in: Vergi, Xəbər | 0

ƏDVFiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarıla bilər.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

“Report” bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə istinadən xəbər verir.

“Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir”,- layihədə qeyd olunub.

Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Bax: 2019-cu ildən əmək haqqı necə hesablanacaq?

Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.

Bax: Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün bu sadələşdirilmiş vergi ləğv oluna bilər

Həmçinin 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün bu sadələşdirilmiş vergi ləğv oluna bilər

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergiTicarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv oluna bilər.

“Report” bu barədə Vergi Məcəlləsinə istinadən xəbər verir.

Belə ki, Məcəlləyə təklif edilən dəyişikliklə 220.1-1.1 maddə-ticarət fəaliyyəti üzrə 6% ləğv edilir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdrilimiş vergi dərəcəsi isə saxlanılır.

Bax: ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq

Qeyd edək ki, hazırda Məcəllənin 218.1.2-ci maddəsində (218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər) göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır: ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8%.

Qeyd edək ki, digər dəyişikliyə əsasən, sadələşdirilmiş vergi (məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2% dərəcə ilə hesablanacaq.

Bax: Mikro və ya kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştləri olacaq

Qeyd edək ki, hazırda isə bu vergi Bakı şəhəri üzrə 4%, digər rayonlar və Naxçıvan MR-da 2%-dir.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu ildən əmək haqqı necə hesablanacaq?

posted in: Xəbər | 4

əmək haqqının hesablanması2019-cu ildən əmək haqqının hesablanması qaydası (Layihələr)

2019-cu ilin gəlişinə çox az bir müddət qalmış qanunvericiliyə ediləcək dəyişikliklər, o cümlədən əmək haqqına təsiri hiss olunacaq yeniliklər hər ötən gün daha da maraqla izlənməkdədir.

Qanunvericilik sisteminin tərkib hissəsi sayılan Vergi Məcəlləsi və “Sosial sığorta” haqqında qanun demək olar ki, işçinin əmək haqqı ilə bağlı başlıca əhəmiyyət kəsb edən normativ hüquqi aktlar sayılır. Bu səbəbdən də həmin normativ hüquqi aktlara Azərbaycan Respublikası Milli Məclisinin payız sessiyası müddətində qəbul edəcəyi və ölkə başçısının imzalayacağı yeni əlavə və dəyişikliklər xüsusi bir maraqla gözlənilir.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

Kütləvi informasiya vasitələrinin yazdıqları, rəsmilərin dedikləri, büdcə proqnozlarının və qanunvericilik layihələrinin məzmunundan irəli gələrək bu yazıda 2019-cu il üçün əmək haqqına tətbiqi nəzərdə tutulacaq yeni hesablama qaydasını izah etməyə çalışacağıq.

Onu da qeyd edək ki, qanunvericiliyə ediləcək müvafiq əlavə və dəyişikliklər cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcəyi üçün növbəti yazılarımızda qüvvəyə minmiş normativ hüquqi aktlara əsaslanaraq yeni və dəqiq hesablanma qaydasını izah edəcəyik.

Hazırda əmək haqqının hesablanması qaydasını aşağıdakı adresə daxil olaraq ətraflı oxuya bilərsiniz deyə birbaşa yeni hesablama qaydasını izah edəcəyik.

http://huquqblogu.blogspot.com/2018/01/01-yanvardan-mk-haqq-hesablama-qaydas.html

Qeyd: Bu hesablama yekun və dəqiq hesablama qaydası deyil.

Bax: Bəzi fəaliyyət növləri daha sadələşdirilmiş vergiyə cəlb edilir

Yeni dəyişiklikləri nəzərə alaraq işçi əvvəlcə hansı kateqoriyaya aid edildiyini müəyyən etməli olacaq.

Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində (bu fəaliyyət sahələri hazırda müəyyən edilmədiyi üçün yeni maddələr qüvvəyə mindiyi təqdirdə həmin sahələr də ayrıca qaydada müəyyən ediləcəkdir) işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı kimi hesablanacaqdır:

2019-cu ildən 7 il müddətinə

  1. əmək haqqı (gross, müqavilədə göstərilən, tutulmalar şamil edilməmiş baza) məbləği 8000 AZN-dək olan şəxslər gəlir vergisindən azad edilir.
  2. 8000 AZN-dən çox olan əmək haqqının artıq hissəsi 14% dərəcə ilə gəlir vergisinə cəlb ediləcək.

Buna uyğun olaraq şəxsin əmək haqqı 8100 AZN olarsa, onda onun əmək haqqından yalnız 14 AZN gəlir vergisinə görə tutulacaq.

Ümumiyyətlə isə hər bir işçiyə tətbiq ediləcək olan yenilik isə ondan ibarətdir ki, artıq ölkə üzrə müəyyən edilən yaşayış minimumu deyil, sabit məbləğ əmək haqqından çıxılacaq.

Belə ki, yalnız əmək haqqı 2500 AZN-dək olan şəxslərin əmək haqqından 200 manat məbləğ çıxıldıqdan sonra qalan məbləğ gəlir vergisinə (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyənlərə aid edilmir) cəlb ediləcək.

Bu həm də o deməkdir ki, yuxarıdakı kateqoriyaya aid edilməsə də, 200 AZN-dək əmək haqqı alan şəxslər də gəlir vergisi ödəməkdən azad olunmuş sayılacaq.

Təklif edildiyi bildirilən daha bir yenilik isə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Əmək haqqına tətbiq edilən daha bir tutmanın məcburi dövlət sosial sığorta haqqı olduğunu nəzərə alaraq bu sahədə edilən yeni əlavə və dəyişikliklərin layihəsi üzrə izahı aşağıdakı kimi qeyd edirik.

Bax: Bu məhsul üzrə Aksiz vergisi artırılır

2019-cu ildən etibarən əmək haqqı məbləği nəzərə alınmaqla sosial sığorta haqqı iki cür hesablanacaq.

  1. 200 AZN-dək əmək haqqı alan şəxslərin əmək haqqından əvvəlki kimi 3% dərəcə ilə sosial sığorta haqqı tutulacaq. Əmək haqqının 22% məbləğində isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödəniləcək.
  2. 200 AZN-dən yuxarı əmək haqqı alan şəxslərin əmək haqqından 200 AZN-dək hissəyə görə 6 manat (200 AZN-in 3%-i), 200 AZN-dən yuxarı məbləğin isə 10%-i sosial sığorta haqqına tutulacaq.

Əmək haqqının 200 AZN-dən yuxarı olan işçilərə görə isə işəgötürən tərəfindən isə 44 manat (200 AZN-in 22%%-i) və 200 AZN-dən yuxarı hissənin 15%-i məbləğində sosial sığorta haqqı ödəniləcək

Belə olduğu təqdirdə 180 AZN əmək haqqı alan şəxs 5 manat 40 qəpik sığorta ödəyəcək. (180 AZN-in 3%-i)

500 AZN əmək haqqı alan şəxs isə 6 AZN və 300 AZN-ə (500-200=300) görə 30 AZN (300 AZN-in 10%-i) olmaqla, ümumilikdə 36 AZN sosial sığorta haqqı ödəyəcək. Hazırda isə 500 AZN əmək haqqı olan şəxsdən 15 AZN məbləğində sosial sığorta haqqı tutulur.

Mövzu çərçivəsində qeyd etmək yerinə düşərdi ki, hazırda əmək haqqına tətbiq edilən işsizlikdən sığorta haqqı (əmək haqqının 0.5%-i) ilə bağlı hər hansı bir yeni əlavə və dəyişikliyin olacağı barədə məlumat mövcud deyil.

Bax: ƏDV ilə bağlı dəyişiklik – depozitdə olan vəsait dondurulacaq
Deyilənləri yekunlaşdıraraq 2019-cu il üçün əmək haqqının hesablanması ilə bağlı yeni qaydaları diqqətinizə çatdırırıq.

(yeni əlavə və dəyişikliklər qüvvəyə minmədiyi üçün bu sadəcə olaraq təxmini hesablanmadır)

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əmək haqqı 200 AZN-dən az olanlar üçün nümunə

180 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – tutulmur
  2. b) sosial sığorta haqqı – 180 AZN-in 3%-i = 5.4 AZN
  3. c) işsizlikdən sığorta haqqı – 180 AZN-in 0.5%-i = 0.9 AZN

Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN

1.2) əmək haqqı 200 AZN-dən çox olanlar üçün nümunə

500 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – tutulmur
  2. b) sosial sığorta haqqı – 500 AZN-200 AZN=300 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

300 AZN-ə görə 30 AZN (300 AZN-in 10%-i)

  1. c) işsizlikdən sığorta haqqı – 500 AZN-in 0.5%-i = 2.5 AZN

Yekun 500 AZN-(0+6+30+2.5)=500-38.5=461.5 AZN

1.3) əmək haqqı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

  1. a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

Yekun 8100 AZN-(14+790+6+40.5)=8100-850.5=7249.5 AZN

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əmək haqqı 200 AZN-dən az olanlar üçün nümunə

180 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – tutulmur
b) sosial sığorta haqqı – 180 AZN-in 3%-i = 5.4 AZN
c) işsizlikdən sığorta haqqı – 180 AZN-in 0.5%-i = 0.9 AZN
Yekun 180 AZN-(0+5.4+0.9)=180-6.3=173.7 AZN

2.2) əmək haqqı 200 AZN-dən çox olanlar üçün nümunə
500 AZN əmək haqqı üzrə
a) gəlir vergisi – 500 AZN-200 AZN=300 AZN
300 AZN-in 14%-i = 42 AZN
b) sosial sığorta haqqı – 500 AZN-200 AZN=300 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
300 AZN-ə görə 30 AZN (300 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı – 500 AZN-in 0.5%-i = 2.5 AZN
Yekun 500 AZN-(42+6+30+2.5)=500-80.5=419.5 AZN
2.3) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə
2600 AZN əmək haqqı üzrə
a) gəlir vergisi – 2600 AZN-2500 AZN=100 AZN
2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN
100 AZN-in 25%-i = 25 AZN
b) sosial sığorta haqqı – 2600 AZN-200 AZN=2400 AZN
200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)
2400 AZN-ə görə 240 AZN (2400 AZN-in 10%-i)
c) işsizlikdən sığorta haqqı – 2600 AZN-in 0.5%-i = 13 AZN
Yekun 2600 AZN-(350+25+230+6+13)=2600-624=1976 AZN