800 manat məvaciblə Mühasib axtarılır

MühasibVakansiya: Mühasib

İşəgötürən: “ŞEH” təmizlik şirkəti

  • Şəhər: Bakı
  • Yaş: 30 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Sevil xanım

Bax: Nikoil Bank vakansiya elan edir

İş barədə məlumat

– Mal material uçotunun aparılması

– Anbar hesabatının hazırlanması

– İstehsal hesabatının hazırlanması

– Kassa əməliyyatının işlənməsi

– Bank əməliyyatının işlənməsi

– Satış və debitor borc hesabatın hazırlanması

– Alış və kreditor borc hesabatının hazırlanması

– 6 günlük iş qrafiki

– İş saatı: 09:00-dan 18:00-dək

– Regiona ezamiyyet ilə bağlı səfərlər

Bax: Mühasib – Xəzinədar tələb olunur

Namizədə tələblər

– İstehsalat sahəsində təcrübə

– 1c Proqramında işləmək bacarıqı

– Cins: kişi

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib ” qeyd edərək öz CV-lərini  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az

Bax: 3000 manat məvaciblə Maliyyə Müdiri tələb olunur


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Facebook və digər sosial şəbəkələrdə olan reklamlara görə həmin şirkətlərə xidmət haqqı ödənilir. Məlumdur ki, bu sosial şəbəkələr hesab faktura vermir və heç bir məlumat əldə etmək olmur. ƏDV bəyannaməsi əlavə 7-də biz bu xidmətlə bağlı məlumatları necə qeyd edək?

Cavab: Bildiririk ki, qeyri-rezident şəxs tərəfindən virtual məkanda göstərilən reklam xidmətinin alıcısı Azərbaycan Respublikasında yerləşən rezident şəxs olduqda, ƏDV-nin məqsədləri üçün bu xidmətin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilməklə həmin xidmətə görə qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir. Göstərilmiş və dəyəri ödənilmiş bu xidmətlər isə ƏDV-nin bəyannaməsinin 306-cı və 312-ci sətirlərində, eyni zamanda həmin bəyannaməyə əlavə 7-də əks etdirilir. Bununla belə, qeyri-rezidentin adı, rezident olduğu ölkənin adı, göstərilmiş işin (xidmətin) adı, görülmə dövrü, rezident olduğu ölkədəki VÖEN-i, büdcəyə ödənişi təsdiq edən sənədin nömrəsi, tarixi, ödənişin ümumi dəyəri (ƏDV-siz) və ƏDV məbləği ƏDV-nin bəyannaməsinə əlavə 7-dəki sətrlərin müvafiq xanalarında əks etdirilir. Qeyri-rezidentə xidmətlərlə bağlı ödənişlər edilərkən müvafiq məlumatları da həmin zaman əldə edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 159-cu, 169-cu, 173-cü maddələri və Vergilər Nazirliyinin 30.12.2005-ci il tarixli əmri ilə təsdiq edilmiş “ƏDV-nin bəyannaməsinə Əlavə №–7-nin tərtib edilməsi qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nikoil Bank vakansiya elan edir

Nikoil Bankİşəgötürən: Nikoil Bank

Vəzifə: Maliyyə Monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi/aparıcı mütəxəssis

Əsas vəzifələri:

• Xml formatında hesabatların tərtibi;
• Xarici müxbir banklar tərəfindən daxil olan sorğuların cavablandırılması;
• Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsi;
• Əməliyyatların təhlili;
• Verilən digər tapşırıqların icra edilməsi.

Bax: Mühasib-Xəzinədar tələb olunur

Namizədə tələblər:

• Ali təhsil;
• Yaş həddi 22-30 (kişi namizəd);
• Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında  Azərbaycan Respublikasının Qanunu haqqında biliklərin olması;
• Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
• Kompüterdən istifadə etmək bacarığı, “MS Office”;
• XML üzrə biliklərin olması arzuolunandır;
• Bank əməliyyatları (müxabirləşmələr) haqqında anlayışın olması;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Verilmiş tapşırıqları vaxtında yerinə yetirmek bacarığı;
• Azərbaycan, Rus, İngilis dilində sərbəst danışmaq bacarığı;
• AML (Compliance) sahəsi üzrə iş təcrübəsi arzuolunandır;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (AML üzrə mütəxəssisi/ aparıcı mütəxəssisi) qeyd edərək,   / elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: jobsearch.az

Bax: 3000 manat məvaciblə Maliyyə Müdiri tələb olunur


Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri nədir?

posted in: Xəbər | 0
  • Əməyin mühafizəsiəməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməlidir;
  • binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin  təhlükəsizliyinə riayət edilməlidir;
  • bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan işçilərə lazımi normativlərə uyğunlaşdırılmalıdır;
  • işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidməti təşkil edilməlidir;

Bax: Əmək müqaviləsinə xitam verilməsinin əsasları

  • əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi – profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilməlidir;
  • normal əmək və istirahət rejiminə riayət edilməlidir;
  • işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə
    vasitələri verilməlidir; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsi və əməyin mühafizəsinin təbliğ edilməsi təmin edilməlidir;
  • kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil edilməli və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməlidir;
  • Müvafiq icra hakimiyyəti orqanının (ARDSK) müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti, və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatların verilməsini təmin etməlidir.

Mənbə: economy.gov.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.