2500 manat məvaciblə Baş mühasib tələb olunur

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Səba Şirkətlər Qrupu

İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin  təşkili və nəzarət etmək.
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
– Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
– Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
– Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
– Banklara müqaavilələr üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etməli.

Həmçinin bax: Veysəloğlu Şirkətlər Qrupu Vakansiya elan edir

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– Ümumilikdə 10 il iş təcrübəsi və baş mühasib kimi 3 il iş təcrübəsi tələb olunur;
– 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı və “Panorama”, “Logo” proqramlarında işləyə bilməsi arzuolunandır;
– Stresədavamlı, tələbkar, məsuliyyətli;
– Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;
– Vergi qanunvericiliyi bilmək;
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək.
– İstehsalat sahəsində iş təcrübəsi olması arzuolunandır.

Bax: IDC 2000 LLC “Mühasib” axtarır

Əmək haqqı məbləği: 2500 AZN

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla və vakansiyanın adı ilə adlandıraraq,  zəhmət olmazsa,   / elektron ünvanına göndəriz.

Bu elanla bağlı telefon zənglərinin cavablandırılmayacağını və baxılmayacağının nəzərə alınması xahiş olunur.
Yalnız, elektron qaydada daxil olmuş CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Mənbə: jobsearch.az

Həmçinin bax: 1700 manat məvaciblə Aparıcı mühasib axtarılır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Azərbaycanda vergi və mühasibat uçotu şəffaf olan sahibkarlar güzəştlər əldə edəcəklər

posted in: Vergi, Xəbər | 0

sahibkarlar “Azərbaycanda vergi və mühasibat uçotunu vaxtında və şəffaf aparan vergi ödəyicilərinə münasibətdə bir sıra güzəştlər tətbiq ediləcək”.

Bu barədə Bakıda keçirilən “Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər” mövzusunda konfransda Vergilər Nazirliyinin nümayəndəsi Nicat İmanov bildirib.

Bax: Xidmətə görə E-qaimə həmin ayın sonuncu günü yoxsa növbəti ayın 1-i verilməlidir?

Onun sözlərinə görə, bu məsələ vergi qanunvericiliyinə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

N.İmanov həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində, vergi və mühasibat uçotu üzrə pozuntulara yol verən vergi ödəciyilərinin cərimələnməsi nəzərdə tutulub.

“Uçotu şəffaf aparan vergi ödəyicisi ilə qeyri-şəffaf aparan vergi ödəyicisi arasında həmişə fərq qoyulacaq və bu, dövlət-vergi ödəyicisi münasibətlərinin şəffaflığını göstərəcək”, – nazirlik rəsmisi qeyd edib.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

posted in: Xəbər | 0

ixtisar1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir:

  • şəhid ailəsinin üzvlərinə;
  • müharibə iştirakçılarına;
  • əsgər və zabitlərin arvadına (ərinə);
  • öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

Bax: Əmək müqaviləsi işəgötürən tərəfindən hansı əsaslarla ləğv edilə bilər?

  • həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara;
  • xüsusi məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
  • kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Mənbə: economy.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Franşiza nədir?

posted in: Xəbər | 0

Franşiza XÜLASƏ

Qəza heç də hər kəsin gözlədiyi və ya əvvəlcədən bildiyi bir hal deyildir. Buna görə də qəzadan qaçmaq mümkünsüzdür. Həmçinin qəza kimsənin arzulamadığı bir hal olduğu üçün ondan qorunmağın yolları da konkretlik tapmamışdır. Sığorta isə qəzaların qarşısını almaq deyil, qəzaların, gözlənilməz halların yaratdığı maddi zərərlərin aradan qaldırılması yoludur.

Onu da nəzərə almaq lazımdır ki, sığorta heç də bütün maddi zərəri deyil, yalnız franşiza çıxılmaqla təminat verilmiş həddə zərəri aradan qaldırır. Bəs franşiza nədir?

AÇAR SÖZLƏR

Franşiza, Franşiz, azadolma, sığorta, sığorta ödənişi, sığorta hüququ, hüquqşünas məsləhəti

ƏSAS HİSSƏ

Franşiza və ya Azərbaycan qanunvericiliyinə və sığorta praktikasına görə azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.

Verilən anlayışdan da aydın olduğu kimi sığorta hadisəsi (sığorta növündən və sinfindən asılı olaraq müxtəlif hadisələr məs: daşınmaz əmlakın icbari sığortası üzrə yanğın, subasma və s) nəticəsində şəxsin əmlakına dəymiş zərərin həcmindən asılı olmayaraq həmin zərərlə bağlı sığorta müqaviləsi ilə hansı həcmdə təminat verilmişdirsə, bu təminatdan çıxılan məbləğ, yəni zərərçəkmişin öz hesabına aradan qaldırmalı olduğu məbləğ franşiza hesab olunur. Bunu daha da sadə bir misalla izah etmək mümkündür:

A əmlakını Z sığorta şirkəti ASC-də könüllü sığorta növü üzrə sığortaladığından onun əmlakına və evdəki əşyalarına dəyəcək zərər üzrə 50000 AZN sığorta məbləği həcmində təminat verilmiş, 1000 AZN məbləğində isə müqavilə ilə franşiza – azadolma məbləği müəyyən edilmişdir.

Yeni il gecəsi A adlı şəxsin evi elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanmış və aparılmış qiymətləndirmə nəticəsində onun əmlakına, o cümlədən evdəki əşyalarına 36000 AZN məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Bu halda Z sığorta şirkəti ASC tərəfindən A adlı şəxsə ödəniləcək məbləğ 1000 AZN franşiza – azadolma məbləği çıxılmaqla 35000 AZN olacaqdır.

Franşiza – azadolma məbləği aydınlaşdırıldıqdan sonra onun növləri barədə danışmaq mümkündür. Qanunvericiliyə əsasən iki növ – şərtli və şərtsiz azadolma məbləği hazırda tətbiq olunur. Qeyd etmək lazımdır ki, hər bir halda sığorta müqaviləsində mütləq qaydada azadolma məbləğinin tətbiq edilib-edilməməsi barədə şərt göstərilməlidir. Azərbaycan Respublikası ərazisində kasko və ya avtomobil nəqliyyatı vasitələrinin tam sığortası müqavilələri üzrə mövcud qanunvericiliyə əsasən əgər şərtli və ya şərtsiz azadolma məbləği barədə qeyd yoxdursa, həmin müqavilələr üzrə şərtsiz azadolma məbləğinin tətbiq edilməsi əsas götürülür.

Bəs nədir bu şərtli yaxud şərtsiz azadolma məbləği?

Şərtli azadolma məbləğini sadə misalla belə izah etmək mümkündür. A adlı şəxsin avtomobili Z sığorta şirkəti ASC-də (sığorta şirkətləri təşkilati-hüquqi baxımdan yalnız Açıq Səhmdar Cəmiyyəti formasında təşkil edilir) kasko sığortalanmışdır. Müqavilədə isə qeyd edilmişdir ki, şərtli azadolma məbləği 500 AZN və ya sürücünün 60-dan çox yaşı olduqda 700 AZN şərtli azadolma məbləği tətbiq edilir.

A adlı şəxs toydan “yaxşı” çıxdıqdan sonra əvvəlcədən avtomobilini idarə etməyə etibarnamə verdiyi babasından avtomobili əvəzinə sürməsini xahiş edir. Babasının isə 63 yaşı var. Babası toy korteji ilə qayıdarkən qəza törədir və avtomobili binanın yaxınlığındakı dayanacağa vurur. Aydındır ki, avtomobilin icbari sığortası dayanacağa dəymiş zərəri ödəyir. A adlı şəxsin avtomobilinə isə dəymiş zərər 400 AZN təşkil edir. Bu halda heç bir ödəniş ala bilməyəcəkdir. Ona görə ki, şərtli azadolma məbləği müəyyən edildiyi halda həmin məbləğədək zərərlər ödənilmir. Yaxud hansısa bir hal (60-dan çox yaş misal) şərt kimi göstərilirsə, həmin şərt baş verdiyi zaman göstərilən məbləğdən aşağı zərər ödənilmir. Zərər şərtli azadolma məbləğindən artıq olduqda isə azadolma tətbiq edilmir, tam məbləğdə zərər ödənilir. Yuxarıdakı misalda zərər 1000 AZN olsaydı tam həcmdə ödəniş verilməli idi.

İndi isə şərtsiz azadolma barədə qeyd edək. Şərtsiz azadolma o deməkdir ki, müqavilədə bu barədə qeyd mövcuddursa, baş vermiş hər bir hadisə zamanı həmin məbləğ zərərdən çıxılacaq. A-nın evinin yanması zamanı tutulan 1000 AZN şərtsiz azadolma hesab olunur. Yaxud A-nın avtomobili kasko sığortalanıb. Müqaviləyə görə 500 AZN şərtsiz azadolma barədə qeyd olunub. Bundan sonra isə A-nın avtomobili duvara dəymiş və 1500 AZN zərər dəymişdir. Bu halda A-ya 1000 AZN ödəniş verilir.

Praktikada bunlarla yanaşı konkret məbləğlərdə müəyyən edilmiş azadolmalara da rast gəlmək mümkündür. Belə ki, Azərbaycan Respublikası “İcbari Sığortalar haqqında” qanununun 39.3-cü maddəsinə görə yerləşdiyi yerdən asılı olaraq daşınmaz əmlakın icbari sığortası növü üzrə yaşayış evləri və mənzillərlə bağlı tətbiq olunan azadolma məbləği – franşiza məbləğləri aşağıdakı kimidir:

–         Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 250 manat,

–         Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 200 manat,

–         digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə azadolma məbləği 150 manat təşkil edir.

Bununla yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə heç bir azadolma məbləğinin tətbiq edilmədiyini xatırlatmaq yerinə düşərdi.

Bəs franşizanın tətbiqi zamanı ortaya çıxan başlıca problemlər nədən ibarətdir?

Hazırda istər praktikada, istərsə də məhkəmə iclasları zamanı bir çox halda proseslərin uzanmasına, sığorta şirkətindən narazılığa və müxtəlif diskusiyaların yaranmasına başlıca səbəb franşizanın – azadolma məbləğlərinin düzgün başa düşülməməsi, ətraflı izah olunmamasından ibarətdir. Hətta məhkəmə prosesi başa çatdıqdan sonra bir çox halda sığorta şirkətlərinin nümayəndələri qətnamə qəbul olunduqdan sonra məcbur olub qətnamə qüvvəyə minənədək ərizə ilə müraciət edib, franşizanın zərər məbləğindən çıxılması barədə əlavə qətnamə qəbul olunmasını xahiş edirlər.

Zənnimizcə franşizanın, ümumiyyətlə sığorta hüququnun, sığorta anlayışlarının daha dəqiq və düzgün başa düşülməsi üçün sırf daha geniş təlimlərin keçirilməsinə, o cümlədən belə təlimlərdə iştiraka marağın artmasına zərurət vardır.

Müəllif: Şəhriyar Həbilov / Praktiki hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.