Mühasib fırıldaqları (9-cu sxem)

birbank biznes

mühasibMühasibatlıq – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan da çəkinmirlər.

Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının nəbzini öz əllərində məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.


9-cu sxem.
Seminarlarda iştiraka görə ödənilən xərclər zamanı edilən saxtakarlıq

Müəssisədə mühasib çox vaxt cari maliyyə bölüşdürülməsinə də cavabdehlik daşıyır və ödənişləri ödəmək qaydalarını müəyyən edir, o səbəbdən pul məbləği əldə edənlər “düzgün” ödənişlərə görə mühasibi “mükafatla” şirnikləndirməkdə maraqlı ola bilərlər.

Vicdanlı mühasib bu cür təklifləri rədd edir və onlar barədə rəhbərliyə məlumat verir. Daha sırtıq mühasib isə bunları, əsasən də rəhbərlikdə lazımsız suallar yarada bilməyəcək təklifləri asanlıqla qəbul edə bilər.

Mühasib özünün hansısa kurslar, məşğələlər və ya seminarlarda iştirakına görə müəssisə tərəfindən ödənilən ödənişlər zamanı da müəyyən məbləğdə pullar çırpışdıra bilər. Müxtəlif mühasibatlıq məsələlərinə həsr olunan seminarlar hazırda tez-tez keçirilir. Qeyd etmək lazımdır ki, bu seminarlar elə də ucuz başa gəlmir, xüsusilə də bir neçə gün çəkən tədbirlər zamanı xeyli vəsaitlər sərf edilir ki, bu məbləğdən “mükafat” da böyük ola bilər.

Hələ dua etmək lazımdır ki, mühasib o seminarlarda bilavasitə iştirak etsin və öz gələcək fəaliyyəti üçün dəyərli biliklər əldə etsin. Reallıqda isə biz az müşahidə etməmişik ki, mühasib seminarda iştirak edirəm deyib, evdə oturur və işə də gəlmir…

Əksər vaxtlarda müəssisə rəhbəri mühasibin özünə pulu ödənilən “məzuniyyət” götürdüyündən heç şübhələnmir də. Daha inandırıcı görünsün deyə, mühasib özü ilə “seminara” mühasibatlıqdan daha kimisə, məsələn, öz müavinini də aparsın. Təbii ki, belə vəziyyətdə iştirak üçün xərclər də artacaq, “mükafatın” məbləği də yüksələcək.

Buna görə, mühasib hansısa seminar, kurs, məşğələ və s, bu kimi tədbirlərdə iştiraka görə ödəniş etmək üçün razılıq istədikdə, həmin məsələyə çox diqqətlə yanaşmaq lazımdır. İlk növbədə, düşünün, mühasibdən ötrü bu seminar zəruridirmi? Çox mümkündür ki, seminarın mövzusu sizin müəssisənin profilinə uyğun gəlməsin. Misal üçün, sizin müəssisə ofislərə, şəxsi müştərilərə içməli su təchizatı ilə məşğul olur, seminar isə gömrük ödənişləri ilə bağlı hesabata həsr olunub.

Mütləq şəkildə öyrənin ki, seminarı hansı təşkilat həyata keçirir. Rəhbər-kolleqalarınız və ya mühasiblərdən həmin təşkilat barədə soruşub maraqlanın. Ümumiyyətlə, həmin təşkilatın belə seminarlar keçirə bilmək hüququ olub-olmadığı ilə bağlı məlumat toplayın.

Misal üçün, seminara görə ödəniş sənədində pulun köçürülməsində vasitəçi olaraq başqa birinin çıxış etməsi, sizi ən azından şübhələndirə bilər. Belə halda çox güman ki, mühasibiniz nələrisə sizdən gizlədir.

Seminar təşkilatçılarından tədbirin keçiriləcəyi yerlə maraqlanın. Əgər, desələr ki, seminar icarəyə götürülən binada keçiriləcək, icarəyə verənlə əlaqə saxlayıb, seminarın həqiqətən keçirilib-keçirilməməsini dəqiqləşdirin.

Nəhayət yekunda həmin tədbirin ödənişini həyata keçirmək barədə qərar versəniz, onda mühasibinizin orada iştirakını hökmən yoxlayın. Ola bilsin ki, mühasibiniz ümumiyyətlə, ora getməsin və bu əlbəttə ki,  əməkdaşınıza olan etibarı ciddi şəkildə zədələyə bilər.

8-ci sxemi bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email