3 böyük xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

şirkətVergiler.Az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, 3 xarici şirkət ləğv olunduğunu elan edib.

“LONDEKS RESORSİZ  S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.

“MİTSUBİSHİ CORPORATİON” Xarici Hüquqi Şəxsin Nümayəndəliyi (VÖEN: 1700252201) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 43, World Business Center ünvanına bildirə bilərlər.

“QLOBEKS İNTERNƏŞNL LLP” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1700851011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza, 11-ci mərtəbə ünvanına bildirə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ramazan bayramına görə qeyri-iş günlərinin sayı

posted in: Xəbər | 0
ramazan
Ramazan bayramına görə qeyri-iş günlərinin sayı

Nazirlər Kabineti açıqladı: 5 gün iş olmayacaq

Bu sözləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. O bildirib ki, iki bayram eyni günə təsadüf etdiyindən qeyri-iş günlərinin sayı artırılıb:

“Bayram, əslində, iki gündür – 15 və 16 iyun. Ayın 15-i həm də Milli Qurtuluş günüdür. İki bayram üst-üstə düşdüyünə və eyni zamanda ayın 16-sı həftənin şənbə gününə təsadüf etdiyinə görə, əlavə iki (18, 19 iyun) gün də qeyri-iş günü olacaq. Yəni 15, 16, 17, 18, 19-u qeyri-iş günü hesab olunur. İyunun 20-dən etibarən iş başlayacaq”.

İyun ayında olan qeyri-iş günlərinin sayı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sənədsiz mal qalığını necə sənədləşdirməli? – Cavabsız suallar…

posted in: Xəbər | 2

malSual: Müəssisənin mal-material qalığı var, fərdi şəxslərdən alınıb, lakin sənədləri yoxdur. Onu mühasibat uçotunda necə qeyd edə bilərəm? Qeyd olunduğu halda bunun qanunauyğun hər hansı bir cəriməsi varmı? Təşəkkür edirəm.

Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasında mühasibat uçotunun aparılmasında əsas prinsiplərdən biri də informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini özündə ehtiva edən ardıcıllıq prinsipidir. Müvafiq olaraq mal qalıqları indiki dövrdə deyil, onların alındığı dövrdə rəsmiləşdirilməklə mədaxil edilməli idi. Vergi ödəyicisinin sahibliyində olan malların alışının lazımi qaydada rəsmiləşdirilməməsi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Onu da qeyd edək ki, vergilərin düzgün hesablanmaması və vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı vergi qanunvericiliyinin pozulmasının vergi orqanının yoxlamasına qədərki dövrdə vergi ödəyicisinin özü tərəfindən aradan qaldırılması vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hal kimi dəyərləndirilir və faizlərin ödənilməsi istisna olmaqla məsuliyyətə səbəb olmur. Bu baxımdan da maliyyə sanksiyasına məruz qalmamaq üçün uçot məlumatlarında müvafiq düzəlişlərin edilməsini, təqdim olunan vergi hesabatları ilə müqayisədə fərqlər yarandıqda dəqiqləşdirilmiş bəyannamələrin təqdim olunmasını (səyyar vergi yoxlaması ilə əhatə olunmayan dövrlər üzrə) tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 55.1.6-cı, 55.2-ci, 58.8-ci və 130-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 iyul 2007-ci il tarixli I – 73/1 nömrəli əmri ilə təsdiq edilmiş “Kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının konseptual əsasları”.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ödənişli təcrübəçi mühasib tələb olunur

mühasibÖdənişli təcrübəçi mühasib tələb olunur


İşəgötürən: Mazarina
Vəzifə: mühasib (təcrübəçi)

Əmək haqqı: 200-300 AZN

İş barədə məlumat

– İş qrafiki: 09:00-dan 18:00-dək
– Şənbə, Bazar İstirahət günü

Namizədə tələblər

– Ali təhsilli olmalı (təhsilinin maliyyə, mühasibat sahəsində olması üstünlükdür)
– Mühasibat sahəsində nəzəri biliklər
– MS Office proqramlarında (xüsusən Excel) sərbəst işləmək bacarığı
– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.