Müxtəlif dünya ölkələrinin pensiya sistemləri ilə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Müxtəlif dünya ölkələrinin pensiya sistemləri

pensiya sistemləri,

ABŞ-da pensiya yaşı 67 ildir. Orta pensiya məbləği ayda 1500 dollardır.

Bu ölkədə üç pensiya növü var və onların müxtəlif qeydiyyat üsulları var:

  • Sosial pensiya. Bu pensiyanı almaq üçün son on il ərzində müntəzəm olaraq əməkhaqqının 15 faizi həcmində üzvlük haqqı ödəməlisən.
  • Korporativ pensiya. Belə bir pensiya növündən yararlanmaq üçün hər hansı bir şirkətdə beş-altı il ərzində işləməlisən və müntəzəm olaraq fiksasiya olunmuş məbləğdə (il ərzində maksimal olaraq 18 000 dollar) ödəniş etməlisən.
  • Ən geniş yayılmış, qayğısız qocalığı təmin edən pensiya növü də var ki, burada fiksasiya olunmuş məbləğ olmur və məbləğ insanların özləri tərəfindən təyin edilir.

Pensiya sisteminin unikallığı. ABŞ-ın pensiya sistemini xarakterizə edərkən, qeyd etmək lazımdır ki, pensiya aktivlərinin ümumi həcmi 2015-ci il üçün 24 trilyon dollar təşkil edib. Çox böyük məbləğdir deyilmi?! Bu sistemin xüsusiyyəti ondan ibarətdir ki, bu yığımlar pensiyaçılar üçün ödənişlərə deyil, maliyyə alətlərinə, investisiyalara, o cümlədən istiqrazlara yatırılır. Bu cür yatırımlar həm ölkə iqtisadiyyatında yüksəlişi təmin edir və eyni zamanda indiki ödəyicilərin qürurlu bir qocalıq yaşamasını təmin edir. ABŞ-da pensiya sahəsində siyasətin idarə olunması ilə təkcə dövlət orqanları deyil, həm də fərdi fondlar və Sosial Müdafiə İdarəsi də məşğul olur.

İsraildə pensiya yaşı 60-62 ildir. Orta pensiya məbləği 1500 dollardır (o şərtlə ki, 30 il ərzində fiksasiya olunmuş məbləğdə ödənişlər edilmiş olsun).

Öz qocalığına yatırımlar arzu etdiyin pensiya məbləğinin həcmindən asılıdır: ayda 370 dollar pensiya almaq istəyən şəxs öz əməkhaqqısının 6,65%-dən 18,5%-dək məbləğini Milli Sığorta İdarəsinə ödəməlidir; ayda 700 dollar pensiya üçün isə siz minimum on il ərzində pensiya fonduna ödənişlər etməlisiniz.

Sistemin unikallığı. 2016-cı il məlumatlarına görə pensiya yığımları 170 milyard dollar təşkil edir. Pensiya sisteminin başlıca xüsusiyyəti ölkədə bir neçə növdə pensiya fondlarının olmasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində əmanətçilərin sayı sürətlə artmağa başladı ki, bu da defisitin yaranmasına gətirib çıxardı. Yaranmış vəziyyəti yoluna qoymaq üçün hökumət fondların sağlamlaşdırılması ilə məşğul oldu, əmanətçilər üçün pensiya yaşı 64-67 yaşa kimi artırıldı. Amma problemi tam şəkildə yalnız 2000-ci ildə, yeni kommersiya pensiya fondlarının yaranması ilə yoluna qoymaq oldu. Bura həm işçilər, həm də şirkətlər əmanətlər qoya bilidilər. Orta aylıq əmanətlər əməkhaqqının 11%-ni təşkil edirdi.



Böyük Britaniyada pensiya yaşı 60-65 ildir. Pensiyanın orta həcmi ayda 1590 funt sterlinq (2000 dollara yaxın) təşkil edir.

Britaniyada iki pensiya növü mövcuddur və onların əldə olunması üsulu da ikidir:

  • Dövlət pensiyası. Bu növ pensiyanı sənədləşdirmək üçün on il ərzində hər ay fiksasiya olunmuş məbləğ Pensiya fonduna köçürülməlidir.
  • Qeyri-dövlət pensiyası. Bu tip pensiyanın alınması üçün siz öz pensiya hesabınıza sərbəst şəkildə pullar yatırmalısınız. Bu növün xüsusiyyəti ondan ibarətdir ki, gələcək pensiya məbləğini siz özünüz sərbəst şəkildə seçirsiniz.

Pensiya sisteminin unikallığı. Böyük Britaniyanın pensiya sisteminin xüsusiyyətlərindən danışsaq, pensiyaların yığım qaydalarının dəyişməsi faktını qeyd etməliyik. Bu dəyişikliklər yeni pensiya alanlara şamil olunur. İndi onlar həftədə maksimum 155,65 funt həcmində dövlət pensiyası ala biləcəklər. Dövlət pensiyasının həftəlik orta həddi 130 funt təşkil edir. Çoxdan pensiya alanlar üçün isə dövlətdən alınan baza pensiya məbləği həftədə maksimum 119,3 funt təşkil edir. Əlavə olaraq, əgər, onlar “State Earnings Related Pension Scheme” sistemi üzrə əlavə ödəniş ediblərsə, onda əlavə məbləğ də (həftədə maksimum 160 funt) ala biləcəklər.

Fransada pensiya yaşı 60-62 ildir. Orta pensiya məbləği ayda 1000 avrodur.

Pensiya alınması qaydaları: Pensiya fondundakı hesaba aylıq gəlirlərin 16,35%-i həcmində ödəniş etməlisən. Əgər, siz pensiyanızın baza hissəsinə əlavə artım istəyirsinizsə, onda xüsusi bonus balları əldə etmək üçün “Arrco” və “Agirc” sığorta kassalarına hər ay fiksasiya olunmuş məbləğdə pul köçürməlisiniz.

Pensiya sisteminin unikallığı. Fransada pensiya yaşına çatmış bütün ölkə vətəndaşları pensiya almaq hüququna malikdirlər, lakin pensiya məbləğinin yüksəlməsindən ötrü 40 ildən çox iş stajı lazımdır. Əgər, staj 40 ildən azdırsa, onda fransızlar həmrəylik pensiyası alırlar. Adətən isə pensiyalar pensiya fonduna və xüsusi sığorta kassalarına ödənişlərdən və bonuslardan asılı olur.


Güclü mühasibin 10 prinsipi


Çində pensiya yaşı 50-60 ildir. Orta aylıq pensiya 1000 yuandır (150 ABŞ dolları).

Çin pensiya sistemi pensiyaların təyin olunması üçün iki üsul təklif təklif edir: dövlət qulluğunda 15 ildən az olmayan iş stajı; hər ay pensiya fonduna əməkhaqqının 11% həcmində ödəniş etməli.

Pensiya sisteminin unikallığı. Çinin pensiya sistemindən söz açdıqda, xatırlatmaq lazımdır ki, bundan əvvəl yalnız stajı olan dövlət qulluqçuları pensiya ala bilirdilər. Lakin bu mənfi tendensiya Çin hökumətinə pensiya sistemini yenidən nəzərdən keçirməyə və bu sistemin həm də fəhlələrə şamil olunması ilə bağlı qərar qəbul etməyə məcbur etdi. Müasir dövrdə Çində pensiyaçıların yarıdan çoxu pensiya alır. Pensiya məbləğinin həcmi əməkhaqqıdan və yaşayış yerindən asılıdır: şəhərlilər kəndlilərə nisbətən daha çox pensiya alırlar.

Ukraynada pensiya yaşı 60 ildir. Pensiyaların orta məbləği – 1670 qrivnadır (67 dollar).

Ukraynada iki pensiya növü mövcuddur və sənədləşdirilməsi ilə bağlı da müvafiq olaraq iki üsul var:

  • Əmək pensiyası. Əgər, belə bir pensiya almaq istəyirsinizsə, onda faydalı əməklə məşğul olmalı və müəyyən staja malik olmalısınız.
  • Sosial pensiya. Bu pensiya növünü bütün vətəndaşlar, o cümlədən əmək qabiliyyəti olmayanlar da sənədləşdirə bilərlər.

Pensiya sisteminin xüsusiyyətləri. Ukrayna pensiya sistemindən söz açsaq, qeyd etmək lazımdır ki, hazırda yığım sisteminə keçid nəzərdə tutulur. Mahiyyətcə bu üç səviyyəli pensiya sistemi olacaq:

  • 1-ci səviyyə – həmrəylik pensiyası, hansı ki, onun həmrəylik və subsidiyalaşdırma əsasında, Ukrayna pensiya fondunun vəsaitləri hesabına ödənilməsi nəzərdə tutulur.
  • 2-ci səviyyə – yığım sisteminə əsaslanan pensiya sığortasıdır. Bu səviyyə zamanı üzvlük haqlarının bir hissəsi toplanılacaq və gələcəkdə fərdi qaydada nəzərə alınacaq.
  • 3-cü səviyyə – qeyri-dövlət pensiya sistemidir və vətəndaşların könüllülük əsasında gələcək pensiyaları üçün öz hesablarına pul köçürmələrindən ibarət olacaq.

Böyük Piter Drukerin müdrikliyi


Print Friendly, PDF & Email