Torpaq vergisi kalkulyatoru

posted in: Xəbər | 0
birbank biznes

Torpaq vergisi: qısa icmal

Torpaq vergisi ödəyicilərinin əsas kateqoriyası torpaq mülkiyyətçiləridir. Torpaq icarəçiləri yaxud ondan digər əsalarla istifadə edən fiziki və hüquqi şəxslər də bu vergini ödəyir. Torpaq vergisinin hesablanması:

  • sabit məbləğ şəklində hər il aparılır;
  • təsərrüfat fəaliyyətinin nəticələrindən asılı deyil.

Hesablamalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 208-ci maddəsinə uyğun aparılır. Bu zaman elektron torpaq vergisi kalkulyatoru vergi ödəyicilərinə kömək edə bilər.

Heç də bütün torpaq sahələri vergiyə cəlb edilmir. Bəzi müəssisələr və fiziki şəxslər üçün torpaq vergisi güzəştləri müəyyən edilib (VM, maddə 207). Onlar haqqında buradan oxuya bilərsiniz.

Müəssisələr vergini özləri hesablayır, fiziki şəxslər üçün torpaq vergisinin hesablanması müvafiq vergi qurumu tərəfindən aparılır və vergi ödəyicisinə bildiriş təqdim edilir. Müəssisələr ilkin hesablamaların aparılması, fiziki şəxslər onlara təqdim edilmiş bildirişlərin düzgünlüyünə əmin olmaq üçün torpaq vergisi kalkulyatorundan istifadə edə bilər.

Torpaq vergisinin düzgün hesablanması üçün ondan istifadə təyinatını bilmək lazımdır. Yalnız bundan sonra vergitutma bazası və müvafiq vergi dərəcəsi müəyyən edilir. Torpaq vergisinin hesablanması AR VM-in 208-ci maddəsinə uyğun aparılır. Torpaq vergisinin ödənilməsi qaydası haqqında buradan oxuya bilərsiniz.

Torpaq vergisi kalkulyatorundan istifadə

Torpaq vergisinin hesablanması prosesini avtomatlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti torpaq vergisi kalkulyatoru hazırlayıb. Kalkulyatordan istifadə üçün onu qurumun saytından kompüterə yükləmək lazımdır.

Excel proqramında hazırlanmış kalkulyatorun istifadəsi asandır.  Hesablamalar Vergi Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş vergi dərəcələri tətbiq edilməklə torpağın növündən asılı olaraq üç istiqamətdə aparılır. Aşağıdakı şəkildə torpaq vergisi kalkulyatorunun başlanğıc vəziyyəti əks olunub.

Müxtəlif təyinatlı torpaq sahələri üçün torpaq vergisinin hesablanması kalkulyatoru

Göstərilən istiqamətlərdən birini seçməklə hesablamanı davam etdirmək olar. Məsələn, “Kənd təsərrüfatı torpaqları” seçildikdə növbəti bölmə açılır. Əgər torpaq sahəsi təyinatı üzrə istifadə edilmirsə, torpaq verisi kalkulyatorunun “Torpaq sahəsi” hissəsində sahənin ölçüsü göstərilir. Sonra torpaq vergisinin hesablanması üçün mövcud güzəştlər (əgər varsa) seçilir. Güzəşt hüququ olan fiziki şəxslərin siyahısı VM-in 102.2-ci maddəsinə uyğun tərtib edilib. Hesablamanın nəticəsi “Torpaq vergisinin məbləği” hissəsində əks olunur.

Təyinatına görə istifadə olunan yaxud istifadəsi mümkün olmayan torpaqlar üçün hesablama aparmaq üçün uyğun sətir seçilir. Bu zaman əvvəlkindən fərqli səhifə açılır.

Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi kalkulyatorundan istifadə qaydaları

Burada torpaq vergisi kalkulyatorunun müvafiq sahələrində:

  • torpağın yerləşdiyi ərazi, keyfiyyət qrupu, güzəştlər seçilir;
  • torpaq sahəsinin ölçüsü daxil edilir;
  • torpaq vergisinin hesablanması aparılır.

Torpaq vergisi kalkulyatoru digər təyinatlı torpaq sahələrinə də analoji qaydada tətbiq edilə bilər.

Faylı yükləyə bilərsiniz: Torpaq vergisi kalkulyatoru 


Print Friendly, PDF & Email