Aksiz vergisinin dövlət büdcəsinə təsiri, büdcə gəlirlərinin formalaşmasında onun rolu

posted in: Vergi | 0
birbank biznes

Gəlir proqnozunun tərtibində istifadə olunan modellər

Gəlirlər dövlət büdcəsini formalaşdıran əsas mənbələrdən birdir. Büdcə gəlirlərinin tərkibində aksiz vergisinin öz yeri vardır. Əvvəlki mövzuda aksiz, onun tətbiq məqsədləri haqqında danışmışdıq. İndi isə respublika büdcəsinə təsiri, onun büdcə gəlirlərində yeri haqqında qısa məlumat verək.

Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası və onların icrasına nəzarət qaydaları “Büdcə sistemi haqqında” AR-nın qanunu ilə tənzimlənir. Maliyyə Nazirliyi  büdcənin gəlirlər hissəsi üzrə proqnoz layihəsini hazırlayır. Bu zaman əməl edilməli olan prinsiplər aşağıdakı şəkildə verilib.

Proqnozlaşdırmanın vahidlik, Daxili balanslaşdırma, düzgünlük və reallıq, fasiləsizlik və ardıcıllıq prinsipləri

Ölkənin iqtisadi, eləcə də sosial inkişafına dair proqnozlar, eləcə də məqsədli proqramlar zəruridir. Gəlir proqnozunun hazırlaması bəzi fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən aparılır. Bu zaman ayrı-ayrı rayonların, iqtisadi sahələrin, bütün hüquqi şəxslərin (mülkiyyət formasından asılı olmadan) iqtisadi fəaliyyətinin monitorinqi aparılır. Büdcənin tərtibində iştirak edən qurumların təqdim etdiyi məlumatların tərkibi Maliyyə Nazirliyinin təlimat məktubuna əsasən müəyyən edilir.

Gəlirlərin proqnozlaşdırılması zamanı aşağıdakı modellərdən istifadə edilir (mənbə: “Dövlət gəlirlərinin proqnozlaşdırılması və modelləşdirilməsi metodologiyası”)

Ekonometrik modellər effektiv vergi dərəcəsi modeli gəlirlərin proqnozlaşdırılmasında istifadə edilir


İşə necə düzəlmək olar?  Arzuladığınız vakansiyanı əldə etmək üçün tövsiyələr burada


Ekonometrik modellər dəqiq əmsallarla hesablamalar etməyə imkan verən metoddur. Ekonometrik metodla müxtəlif dəyişənlər arasındakı əlaqələrin müəyyən edilməsi yoluyla olduqca təfərrüatlı nəticələrə nail olmaq olar. Əldə edilmiş nəticələr vasitəsilə büdcə gəlirləri arasındakı təsirləri gözəl şəkildə əks etdirmək mümkün olur.

Effektiv vergi dərəcəsi modelinin 2 hesablama variantı

1-ci variant: Respublika daxili istehsal mallarının aksiz proqnozunun hesablanmasında növbəti il üçün istehsal olunacaq aksizli mal həcmi haqqında məlumatlar istifadə edilir.

İstehsal olunacaq məhsul həcmi, mövcud və istismara yeni verilmiş istehsal gücləri, aksizlı mallar istehsalının həcmində dəyişikliklər (artma yaxud azalma) nəzərə alınmaqla, orta müddətli iqtisadi-sosial inkişaf proqnozlarına əsasən qiymətləndirilir. Proqnozun hesablanmasında respublikamızda mövcud vergi qanunvericiliyi ilə təyin olunan  aksiz dərəcələrindən istifadə edilir.

1-ci variantda aksiz vergisi üzrə proqnoz aksiz məbləğləri, satış həcmləri və aksiz dərəcəyə görə hesablanır

2-ci variantda proqnoz göstəricilərinin hesablanmasında aksizli malların bir-neçə il ərzində istehsal olunan həcmləri haqqında məlumatları lazımdır. Məlumatlar toplanarkən istehsal həcminin, aksiz vergisi dərəcəsinin dəyişməsi (artıb-azalması), müvəqqəti olaraq istehsalın dayanmasını nəzərə almalıyıq.

2-ci variantda aksiz vergisi üzrə proqnoz bir neçə ilin göstəricisinə görə hesablanır

Aksiz mallarının idxalı zamanı aksiz məbləğini proqnozlaşdırmaq üçün malın hər bir növünə əsasən idxal həcmlərinin dəyişməsi təhlil edilir. Hesablamalar gömrük yük hesabatlarına uyğun aparılır.

idxal zamanı proqnozlaşdırma malların hər bir növünə görə həcmin dəyişməsinə görə aparılır

Proqnozlaşdırılan ildə manatın ABŞ dollarına orta illik proqnozlaşdırılan məzənnəsi də nəzərə alınmalıdır.

Aksiz markasının satışından gəlirlərin proqnozlaşdırılması yuxarıda qeyd edilən metodologiyanın 4.2.17. maddəsinə əsasən aparılır.

Aşağıdakı qrafikdə sizə 2019-cu ilin əvvəlindən 2022-ci ilin iyun ayına qədər aksizli malların idxalına görə gömrük orqanlarında tutulan aksiz vergisinin dəyişmə tempini göstərmişik. Gördüyünüz kimi 2019-cu ildə qəfil artım müşahidə edilib. Bunun səbəbi, hesab edirik ki, 2019-cu ilin yanvar ayından etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliyin səbəbi ilə idxal üzrə aksizli malların siyahısının genişlənməsidir. Belə ki, 2018-ci il noyabr dəyişikliyi ilə:

  • energetik içkilər;
  • avtobuslar (sıxılmış qazla işləyən avtobuslar istisna olmaqla);
  • elektron siqaretlər üçün mayelər akzisli malların siyahısına daxil edilmişdir.

2019-cu ildən etibarən istehlak bazarında energetik içkilərə olan maraq və tələbat özünü daha aydın göstərmişdir. Eyni zamanda həmin ildən etibarən ölkəmizə xarici mənşəli iri həcmli müasir avtobusların idxalının artmasını da hər birimiz bilirik.

Qrafikdən göründüyü kimi, 2021-ci ilin əvvəlinə aksiz vergisi üzrə daxilolmalarda enmə müşahidə edilsə də, həmin ilin birinci rübündə artım qeydə alınıb.

2019-2020-ci illərdə gömrük orqanlarında tutulan aksiz vergisinin dəyişmə tempi


Print Friendly, PDF & Email