Bölüşdürülməmiş mənfəətin xərcə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaradırmı?

posted in: Xəbər | 0

bölüşdürülməmiş mənfəətSual: Daşınmaz əmlakı icarəyə verən müəssisənin binanın daxili və xarici hissələrinin təmiri nəticəsində 10.000 manat məbləğində təmir xərci yaranmışdır. Müəssisənin əvvəlki illərindən 12.000 manat istifadə edilməmiş bölüşdürülməmiş mənfəət yaranmışdır.

  • Yaranmış 10.000 manatlıq təmir xərcini müəssisənin əvvəlki illərinin bölüşdürülməmiş mənfəət hesabına (12.000 manatın 10.000 manat təmir xərcinə istifadəsi) silinməsi mümkündürmü?
  • Mümkündürsə bölüşdürülməmiş mənfəətin təmir xərcinə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaratmır ki?
  • Əgər təmir xərcinin bölüşdürülməmiş hesabına silinməsi mümkündürsə mənfəət bəyannaməsinin əlavəsində bölüşdürülməmiş mənfəətdən təqdim edilmə və ya silinmə hissəsinə yazmaqla yekunlaşdırırıq?
Bax: Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?
Cavab: Bildiririk ki, vergi ödəyicisinin təmir xərcləri Vergi Məcəlləsinin 115.1-ci maddəsində müəyyən edilən həddlərdə gəlirdən çıxılır. Təmir xərclərinin müəyyən edilmiş normadan artıq olan məbləği cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına aid edilir və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Bununla belə, Vergi Məcəlləsinin müddəaları, yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr, o cümlədən də bölüşdürülməmiş mənfəət hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir. Bölüşdürülməmiş mənfəətin istifadəsi “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-nin “Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət” sətirinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütünlarından birində göstərilməlidir.
Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Bax: Vergi Məcəlləsinin 15.8-ci maddəsi, vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №–-li Əmri ilə təsdiq edilmiş ““Mənfəət vergisinin bəyannaməsi’nə Əlavə №– 1-in tərtib edilməsi Qaydası”

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

900 manat məvaciblə Mühasib tələb olunur

MühasibVəzifə: Mühasib

İşəgötürən: İmperium Construction MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Nizamnamə kapitalı 48 min manat olan ASC yaradıldı

posted in: Vergi, Xəbər | 0

ASCVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 48436.6 manat olan ASC yaradılıb.

Kommersiya qurumunun adı: “Beyləqan Su-Tikinti-14” Açıq Səhmdar Cəmiyyəti

Qeydiyyat nömrəsi (VÖEN): 3901408801

Təşkilati-hüquqi forması: ASC

Hüquqi ünvanı: AZ1200

Nizamnamə kapitalı: 48436.6 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Feyziyev Mahir İbrahim oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 28 sentyabr 2018

Mənbə: vergiler.az

Bax: 4 xarici şirkət Azərbaycandan getdi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə nə qədər cərimə tətbiq olunacaq?

posted in: Xəbər | 0

DərmanAzərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib.

Bununla İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 221-ci (Dərman vasitələri haqqında qanunvericiliyin pozulması) maddəsinə 10 və 11-ci bəndlər əlavə olunur.
Bax: Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

Əlavəyə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 2 500 manatdan 4 500 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.

Bax: 4 xarici şirkət Azərbaycandan getdi

İnzibati Xətalar Məcəlləsinin 452-ci (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının pozulması) maddəsində nəzərdə tutulan cəzalar həm də aptek təşkilatlarına dair tələblərin pozulmasına da aid ediləcək.

Maddəyə edilən əlavə bəndlərə əsasən, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə olunur.

Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədildikdə-vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə edilir.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.